Məhkəmə qərarları › İş №3(125)-2638/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2638/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2638/2025 21.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi polis kapitanı, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 23 avqust 1983-cü il tarixdə Ermənistanın Hamamalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 21 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 14 iyun 2025ci il tarixdə saat 16:00-da Heydər Əliyev prospektində yerləşən “By-Vüsalə” qadın salonunda, xx.xx.1988-ci il təvəllüdlü X3 döymüşdür. Beləliklə də, Əliyeva X7 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi polis kapitanı X5 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Elmi Təhqiqat universitetinin işçisidir, həm də bu universitetin disertantıdır. Buna görə də onda vaxt məhdudiyyəti var. Normalda iş saatı 8 saatdır, lakin disertant olduğu üçün iş saatından əlavə işləyir. xx.xx.2025-ci il tarixdə lazer seansına getmiş, xx.xx.2025-ci il tarixə qədər isə korreksiya üçün getməli idi. Bunun üçün xx.xx.2025-ci il tarixdə korreksiyaya getmək üçün vaxt müəyyən etmək istəyib və buna görə də lazer seansından 10 gün keçəndən sonra Aynurə Əhmədovaya müraciət etmişdir. Aynurə Əhmədovaya saat 12-də gələ biləcəyini demiş, lakin Aynurə Əhmədova “Whatsapp” vasitəsilə saat 1-də boş olduğunu bildirmişdir. O isə digər vaxtları axşam 5-6 radələrində Aynurə Əhmədovanın boş olub-olmadığını soruşduqda Aynurə Əhmədova vaxtının olmadığını bildirmişdir. Daha sonra o, Aynurə Əhmədovaya nə zaman onun boş olduğunu soruşduqda Aynurə Əhmədova “Whatsapp”-da səs yazıları ilə təhqir etmişdir. O isə əgər korreksiya olunmayacaqsa, o halda ödədiyi 35 (otuz beş) manat məbləğin yarısının geri qaytarılmasını bildirmişdir. Aynurə Əhmədova isə nə pulu verəcəyini, nə də korreksiya edəcəyini bildirmişdir. O, ayın xx.xx.2025-ci il tarixdə 16:00-da Aynurə Əhmədovanın yanına yaxınlaşmışdır. Aynurə Əhmədova həmin vaxt boş imiş, lakin ona vaxtının olmadığını bildirmiş və ona qarşı nalayiq ifadələr işlədərək onu döymüşdür. O, özünü təqsirli bilmir. Sonda iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: -21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, aparılan araşdırma zamanı barəsində açılmış inzibati icraat materialı əsasında vətəndaş Əliyeva X7 xəta haqqında toplanmış materiallar əsasında protokolu imzalamaqdan imtina etmişdir. -Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi polis kapitanı, X5 tərəfindən tərtib edilmiş 21 iyul 2025-ci il tarixli MN № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 14 iyun 2025-ci il tarixdə saat 16:00-da Heydər Əliyev prospektində yerləşən “By-Vüsalə” qadın salonunda, xx.xx.1988-ci il təvəllüdlü X3 döymüşdür. Beləliklə də, Əliyeva X7 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. -30 iyun 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospekti, bina 149, mənzil 48-də yaşayan X6 1-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, Nuriyə adlı qadın onu döymüşdür. Həmin Nuriyə adlı qadının barəsində tədbir görülməsini xahiş etmişdir. -30 iyun 2025-ci il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında Qərardan görünür ki, Şəxs əməlində cinаyət tərkibi оlmаdığından cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə şəhər 1-ci Polis Şöbəsinə göndərilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekpertiza və X4 112 nömrəli ekspert rəyində göstərilmişdi ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər hər iki said və sol bud nahiyələrinin qançırları - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə inzibati tənbeh təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qadına qarşı şiddətin yolverilməzliyini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Belə olan halda, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində cərimə tənbehi tətbiq edilməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar