Məhkəmə qərarları › İş №3(125)-264/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-264/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-264/2023 21.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olmamış, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X23 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X12 xx.xx.2022-ci il tarixdə saat 11-00-da Volkswagen Passat minik markalı 90GU102 markalı avtombillə İXM-nin 327.1 və 327.8-ci maddələrdə nəzərdə tutulan xətaları törətmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X11 izahatında bildirdi ki, X6 idarə etdiyi Vaz 21-074 markalı avtombillə Gəncə Göygöl yolu ilə hərəkətdə olan zaman Hyundai markalı avtobus onların hərkət yoluna çıxmış və nəticədə avtoqəza baş vermiş və o yüngül xəsarət almışdır. X4 heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs X13 izahatında bildirdi ki, idarə etdiyi Vaz 21- 074 markalı avtombillə Gəncə Göygöl yolu ilə hərəkətdə olan zaman Hyundai markalı avtobus onların hərkət yoluna çıxmış və nəticədə avtoqəza baş vermiş və o yüngül xəsarət almışdır. X4 heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş inzibati icraat aparılan şəxs, digər zərər çəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin müstəntiqi, polis mayoru X15 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X24 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Araşdırma zamanı izahatı alınmış Şəxs izahatında göstərmişdir ki, uzun illərdir ki, avtombil idarə edir, BECE kateqoriyalı sürücülük vəsiqəsi vardır. Etibarnamə əsasında özünə məxsus olan “Volkswagen Passat” markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomobili var, 31 oktyabr 2022-ci il tarixdə saat təxminən 11-radələrində etibarnamə ilə idarə etdiyi avtomobillə Gəncə-Göygöl yolu ilə Göygöl rayonu istiqamətində təxminən 50-60 km/saat surətlə hərəkət edərkən idarə etdiyi avtombildən təxminən 20 metr qabaqda hərəkət istiqamətinin sağ tərəfi ilə “Hyundai” markalı avtobus getmiş, həmin avtobus yol ayırıcına çıxdıqda qəflətən onun hərəkət yoluna çıxaraq dönmə əməliyyatı keçirtməyə başlamış, həmin vaxt o idarə etdiyi avtomobili saxlamaq üçün əyləci basmış, lakin onun idarə etdiyi avtomobil təxminən 15-16 metr gedib həmin “Hyundai” markalı avtobusun arxa sol tərəfinə dəymiş, bundan sonra həmin “Hyundai” markalı avtomobil dönmə əməliyyatını davam etdirərək qarşı yola çıxmış və qarşıdan gələn VAZ2107 markalı avtomobil isə avtobusa dəymiş, həmin vaxtı başı qanadığı üçün özünü çox pis hiss etmiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları gəlib ona yardım göstərmişlər. Araşdırma zamanı izahatı alınmış X9 izahatında göstərmişdir ki, 30 radələrində şirkətin qarajından Hyundai markalı, **-TA-*** dövlət avtobusu götürüb 5 nömrəli marşurut xəttinə çıxmış, 5 nömrəli marşurut şəhəri, Abbas Səhhət adına xəstəxananın qarşısından Gülüstan qəsəbəsi “Teleqüllənin yanı” deyilən yerə qədər gedir, o 31 oktyabr 2022-ci il tarixdə saat 11 radələridə idarə etidiyi avtobusla Gəncə-Göygöl avtomobil yolu ilə Göygöl rayonu istiqamətində hərəkət etmiş, yol ayrıcına çatan vaxt arxaya qayıtmaq üçün sola dönmə həyata keçirtməyə başlamış, həmin vaxt idarə etdiyi avtobusun surətini dayanma həddinə qədər azaldıb yol ayrıcında durmuş, durmaqda məqsədi qarşı tərəfdən gələn maşınların getməsini gözləmək olmuş, həmin vaxt arxa tərəfdən gələn sonradan markasını bildiyi «Volkvagen Passat» markalı avtomobil onun idarə etdiyi avtobusun arxa tərəfindən vurmuş, zərbədən onun idarə etdiyi avtobus qarşı yola çıxmış həmin onu tərəfdən yüksək surətlə gələn ağ rəngli VAZ-2107 markalı avtomobil onun idarə etdiyi avtobusun orta hissəsindən dəymiş, bundan sonra isə onun idarə etdiyi avtobus bir qədər də qabağa getdiyi üçün VAZ- 2107 markalı avtomobilin qabaq tərəfi avtobusun arxa tərəfində dayanmış, sonra o idarə etdiyi avtobusda bir nəfər kişinin „gəldiyini və bir nəfər də qadının ayağının ağrıdığını bildirdiyi üçün əvvəlcə Təcili Tibbi yardıma zəng vuraraq məlumat vermiş, bundan sonra isə Daxili İşlər Nazirliyi 102 xidmətinə müraciət etmiş, avtobusdan düşdükdə «Volksvagen Passat» avtomobilin sürücüsünün başı qanamış, həmçinin VAZ-2107 markalı avtombilin sürücüsünün isə sinəsində ağrılar olmuş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Araşdırma zamanı izahatı alınmış X13 izahatında göstərmişdir ki, uzun illərdir ki, avtomobil idarə edir, B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi olmuş, etibarnamə əsasında özünə məxsus olan “VAZ-21074” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtombili olmuş, 31 oktyabr 2022-ci il tarixdə, saat təxminən 11 radələrində etibarnamə ilə idarə etdiyi VAZ-21074 markalı avtombillə Gəncə-Göygöl yolu ilə Gəncə şəhəri istiqamətində hərəkət etmiş, idarə etdiyi avtombildə iki nəfər də sərnişin X11 və X10 olmuş, Elşən Ağalarov idarə etdiyi avtombilib qabaq sağ oturacağında, Elmir Hüseynov isə arxa oturacaqda oturmuş, o idarə etdiyi avtomobillə hərəkətdə olan vaxt təxminən 15 metr qabaqda yol ayırıcında hərəkət istiqamətinin sol tərəfindən “Hyundai” markalı avtobusun dönmək üçün dayandığını görmüş, o həmin vaxt hərkətini davam etdirmiş, o avtobusun onun yoluna çıxacağını fikirləşməyərək hərəkətini gəldiyi kimi davam etdirmiş, lakin həmin avtobus qəfildən onun hərəkət yoluna çıxmış və o idarə etdiyi avtomobilin əyləcini basmış, lakinməsafə az olduğu üçün idarə etdiyi VAZ-21074 markalı avtomobil “Hyundai” markalı avtomobilin orta hissəsindən dəymiş, bundan sonra isə avtobus yenə hərəkətini davam etdirmiş, avtobusun arxa tərəfi onun idarə etdiyi avtomobilin qabağında dayanmış, zərbədən onun idarə etdiyi VAZ-21074 markalı avtomobilin qabaq hissəsi əzilmiş və o xəsarət almış, həmçinin avtombildə olan digər sərnişinlər Elmir Hüseynov və Elşən Ağalarovda xəsarət almış,bundan sonra o avtomobildən düşmüş, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım həkimləri gəlmiş, həmin həkimlər onu təcili tibbi yardım avtomobili ilə Gəncə şəhər 1 saylı xəstəxanaya aparmışlar, xəstəxanada ona ilkin yardım göstərdikdən sonra evə buraxmışlar. Araşdırma zamanı izahatı alınmış X10 və X11 izahatlarını X7 izahatına uyğun vermişlər. Məhkəmə tibbi exspertin 1994 nömrəli xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Şəxs bədəni üzərində alın nahiyyəsinin əzilmiş yarası xəsarətiolmuş və həmin xəsarət xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə tibbi expertin 1982 nömrəli xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, X6 bədəni üzərində döş qəfəsinin ön səthinin yumuşaq toxumalarının əzilməsi, hematoması, alın nahiyəsinin sıyrığı xəsarətləri olmuş və xəsarətlər xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə tibbi ekspertin 1983 nömrəli xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, X5 bədəni üzərində sağ aşıq baldır yumşaq toxumalarının əzilməsi, hematoması, sol əlin arxa səthinin qançırı xəsarətləri olmuş və həmin xəsarətlər xx.xx.2022ci il tarixdə baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə tibbi ekspertin 1988 nömrəli xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, X2 bədəni üzərində burun sümüyünün yerdəyişmiş sınığı, sol gözün bayır bucağının və sol gicgah təpə nahiyələrinin qançırları, burunun sol qanadının sıyrığı xəsarətləri olmuş və həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə tibbi exspertin 1990 nömrəli xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, X1 bədəni üzərində sağ diz oynağı nahiyyəsinin ön səthinin qançırı xəsarəti olmuş və həmin xəsarət xx.xx.2022-ci il tarixli tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X8 tərəfindən verilmiş sərxoşluq aktlarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X9 hadisə vaxtı ayıq olmuş, spirtli içkilərdən istifadə etməmişdir. X8 tərəfindən verilmiş sərxoşluq aktlarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs hadisə vaxtı ayıq olmuş, spirtli içkilərdən istifadə etməmişdir. X8 tərəfindən verilmiş sərxoşluq aktlarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, X13 hadisə vaxtı ayıq olmuş, spirtli içkilərdən istifadə etməmişdir. Məhkəmə yol-nəqliyyat exspertizasının 8/3320 nömrəli 21 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, “Hyundai” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. “Volkvagen Passat” markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

3. “VAZ-21074” markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxslərin izahatları, ekspertiza rəyləri, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs zərərçəkmiş şəxslərin bir qisminin şikayət və tələbinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hal kimi kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməlidir. İXM-in 327.8-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur Bundan başqa Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X23 Şöbəsinə göndərilməlidir . Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X23 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar