Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-265/2023 24.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X7 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X7 məhkəməyə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 18 noyabr 2022-ci il tarixdə, saat 01:20-də ekipaj yoldaşı X1 ilə birlikdə 1517 saylı marşurutda 4682 saylı patrul avto maşında xidmətdə olarkən 4691 saylı patrul avtomaşını ağ rəngli Mercedes Benz markalı, **-NT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin “ İmperial” şadliq sarayının qarşısından üzü “Sosial binalar” istiqamətində getdiyini bildirmiş, həmin ünvan onların ərazisi olduğu ekipaj yoldaşı ilə birlikdə həmin istiqamətdə hərəkət etmişlər. Onla irəliləyərək “Metalluq” stadionu kimi tanınan yer istiqamətində getmişlər, həmin stadiona çatmamış sola dönərək Dədə Qorqud prospekti istiqamətində hərəkət etdmişlər. Dədə Qorqud prospektinə keçib həmin prospektlə hərəkət edən zaman **-NT-*** dövlət qeydiyyat nömrə nişanlı Mercedes Benz markalı avtomobilin yolun əks istiqaməti ilə onun idarə etdiyi patrul avtomaşınının üzərinə gəldiyini görmüş, həmin vaxt o, idarə etdiyi patrul avtomobilini dayandırıb **-NT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin nə edəcəyini gözləmişlər. **-NT-*** dövlət qeydiyyat nömrə nişanlı Mercedes Benz markalı avtomobil onların xidmətdə olduqları Fiat Doblo markalı, 90-PS838 dövlət qeydiyyat nömrə nişanlı patrul avtomaşınının sol krılo və sol qapısını vurub qaçmışdır. O, cəld hərəkət edib həmin avtomobili dayandıraraq onların patrul avtomaşınını vurub qaçdığını bildirmək üçün sonuncunun arxası ilə hərəkət etməyə başlamışdır. Həmin vaxt **-NT-*** dövlət qeydiyyat nömrə nişanlı Mercedes Benz markalı avtomobil sürətlə hərəkət edərək binaların arasına girib gözdən itmişdir. O, həmin avtomobili qabaqlamaq üçün geriyə qayıtmaq üçün arxaya doğru avtomobili idarə edəndə avtomobilin arxa sol tərəfi ilə arxada olan mobed markalı motosikleti vurmuş, daha sonra o, ekipaj yoldaşı ilə cəld avtomobildən yerə düşüb yerdə uzanmış vəziyyətdə olan mopedin sürücüsü olan qadını ayağa qaldırıb patrul avtomaşınına əyləşdirmişlər və Gəncə şəhər X4 aparmışlar. Bundan sonra həkimlər həmin qadının səhhətinin yaxşı olduğunu bildirib evə buraxmışlar. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun inzibati xəta törətməsinə səbəb hadisənin baş verməsinə səbəb mopedin ön işiqları yanmadan onların arxasında dayanması olmuşdur. İlkin araşdırma zamanı veridiyi izahatı təsdiq edir. Barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 bildirmişdir ki, barəsində icraat aparılan şəxsdən şikayətçi deyil. Onun mopedin ön işıqlarını yandırmaması səbəbindən hadisə baş vermişdir. Barəsində icraat aparılan şəxsə mümkün qədər yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 2068 saylı rəyində göstərilmişdir ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ bud nahiyəsinin yumşaq toxumalarının hematoma halında əzilməsi, sağ baldır nahiyəsinin qançırı, yarası bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamığa yüngül zərər vurmaya aid edilir. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində icraat aparılan şəxsin səmimi etirafı iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir və iş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə işin hallarını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş qaydada barəsində cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl etməsi ruhunda tərbiyələndirməyi, habelə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 118-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-265/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-265/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver