Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2659/2025 12.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Şahid2 Cəbrayıl oğlunun iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Daşkəsən rayonu, Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci i tarixdə sürücü, Şəxs sürücülük vəsiqəsi olmaqla, ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus “Mercedes Benz” minik markalı **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, İ.Qayıbov küçəsi ilə düzünə hərəkətdə olub, avtomobilləri ötmə əməliyyatı edən zaman idarəetməni itirərək həmin küçədə qarşı tərəflə düzünə hərəkətdə olan sürücü, Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi olmaqla, ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus “Chevrolet Cruze” minik markalı **-EK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, toqquşmanın təsiri nəticəsində Şəxs idarə etdiyi “Mercedes Benz” minik markalı avtomobil yolun kənarında dayanmış vəziyyətdə olan sürücü, Şahid2 Cəbrayıl oğluna məxsus “QAZ- 33021” minik markalı **-ER-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə, sonra isə “QAZ-33021” minik markalı avtomobilin qarşısında dayanmış vəziyyətdə olan sürücü, Şahid1 məxsus “X3 311” yük markalı **-EH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs YÜNGÜL dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, hadisə baş verdiyi gün o, atasını xəstəxanaya aparırdı. Nəticədə idarəetməni itirmiş digər avtomobillərlə toqquşmuşdur. Özünü təqsirli bilir, əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmış və onlara vurulan ziyanı ödəmişdir. Onların ondan heç bir şikayətləri yoxdur. O, zərərçəkmiş şəxslərə vurulan ziyanı ödəmək üçün 4000 manata yaxın borc almışdır. Sonda o, həmin borcları ödəmək üçün taksi fəaliyyəti ilə məşğul olacağını bildirərək barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnu məhdudlaşdırma cəzasının verilməməsini, cərimə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, onlar barışmışdır. Şəxs tərəfindən ona vurulan ziyan ödənilmişdir. Onun heç bir şikayəti yoxdur. Sonda inzibati icraat aparılan şəxs ilə barışıdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şahid2 Cəbrayıl oğlu bildirmişdir ki, Şəxs tərəfindən ona vurulan ziyan ödənilmişdir. Onun heç bir şikayəti yoxdur. Sonda inzibati icraat aparılan şəxs ilə barışıdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi və digər zəzərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarıda olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş -Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X7 Şöbəsinə göndərilməsi qərara alınmışdır. -Araşdırma zamanı izahatı alınmış Şəxs izahatında göstərmişdir ki, idarə etdiyi “Mersedes” markalı ** CC *** d.q.n-lı avtomobil ona məxsusdur. Həmin avtomobili BC kateqoriyalı sürücülük hüququ olduğundan jdarə edir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində həmin avtomobil ilə Gəncə şəhəri, İ.Qayıbov küçəsi ilə hərəkətdə olan zaman önündə olan avtomobili ötmə əməliyyatı etmək məqsədi ilə əks yola çıxmışdır. Bu vaxt öz ehtiyatsızlığı nəticəsində qarşı yoldan gələn Chevrolet Cruz markalı avtomobili görə bilməmiş və yolun sağ kənarında dayanan Qazel markalı yük avtomobili ilə daha sonra isə Mercedes Sprinter markalı avtomobillə toqquşmuşdur. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və müayinə etmişlər. Bundan sonra narkoloji dispanserə getmişlər və orada ayıq olmağı müəyyən olunmuşdur. -Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, idarə etdiyi “Chevrolet Cruz” markalı ** EK *** d.q.n-lı avtomobil ona məxsusdur. Həmin avtomobili BC kateqoriyalı sürücülük hüququ olduğundan idarə edir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində həmin avtomobil ilə Gəncə şəhəri İ.Qayıbov küçəsi ilə hərəkətdə olan zaman əks yoldan gələn Mercedes markalı bir avtomobil anidən qarşısındakı avtomobili ötmək üçün manevrə başlamış və onun hərəkət yoluna çıxaraq Mercedes markalı avtomobilin ön hissəsi ilə avtomobilin sol tərəfi toqquşmuşdur. Toqquşma nəticəsində xəsarət almışdır. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və müayinə etmişlər. Bundan sonra narkoloji dispanserə gedilmiş və orada ayıq olmağı müəyyən olunmuşdur. -Araşdırma zamanı izahatı alınmış Şahid2 Cəbrayıl oğlu izahatında göstərmişdir ki, idarə etdiyi “Qaz 33021” markalı ** ER *** d.q.n-lı yük avtomobili ona məxsusdur. Həmin avtomobili B kateqoriyalı sürücülük hüququ olduğundan idarə edir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində həmin yük avtomobili yaşadığı evin qarşısında yolun kənarında dayanmışdır. Bu vaxt o, evdə olmuşdur. Birdən küçədən bərk səslər gəlmiş və çölə çıxmışdır. Bu vaxt görmüşdür ki, Mercedes markalı bir avtomobil yolun kənarında saxladığı yük avtomobili ilə toqquşub. Toqquşma zamanı yük avtomobilində heç kim olmamışdır. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və müayinə etmişlər. -Araşdırma zamanı izahatı alınmış Şahid1 izahatında göstərmişdir ki, idarə etdiyi “X3 311” yük markalı **-EH-*** d.q.n-lı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobili BC kateqoriyalı sürücülük hüququ olduğundan idarə edir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində həmin yük avtomobilini Gəncə şəhəri, İ.Qayıbov küçəsində yolun kənarında saxlayaraq mağazaya getmişdir. Birdən küçədən bərk səslər gəlmiş və çölə çıxmışdır. Bu vaxt görmüşdür ki, Mercedes markalı bir avtomobil yolun kənarında saxladığı yük avtomobili ilə toqquşub. Toqquşma zamanı yük avtomobilində heç kim olmamışdır. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və müayinə etmişlər. -579 nömrəli xx.xx.2025-ci il tarixli məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- ənsə nahiyyəsinin əzilmiş yarası - küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarı təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. -2191/2025 nömrəli 07 iyun 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs nəqliyyat vasitəsini idarə edən zaman ayıq vəziyyətdə olmuşdur. -2192/2025 nömrəli 07 iyun 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edən zaman ayıq vəziyyətdə olmuşdur. -Şahid2 Cəbrayıl oğlunun notarial qaydada təsdiq olunmuş 07 avqust 2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onlar halhazırda barışmışlar. Onun Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. -Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 06 avqust 2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onlar halhazırda barışmışlar. Onun Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. -X1 notarial qaydada təsdiq olunmuş 12 avqust 2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onlar hal-hazırda barışmışlar. Onun Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş şəxsin etirafedici ifadəsi, inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs öz əməlini etiraf etməsini, əməlindən səmimi peşmanlıq keçirməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və onlara dəymiş ziyanı tamamilə ödəməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzər alır. Şəxs məsuliyyətini məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməlidir. İXM-in 327.8-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur Bundan başqa Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi. üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X6 Şöbəsinə göndərilməlidir Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X6 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-2659/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2659/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver