Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2662/2025 22.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Həsənli Məhəmməd Vahid oğlu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 19 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayəti və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X3 şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək 19 may 2025-ci il tarixli MN ******* nömrəli tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan X2 geri qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X1 mübahisələndirdiyi qərar 19 may 2025-ci il tarixdə qəbul edilmişdir. X3 tərəfindən hazırki şikayətə sözügedən qərarın surəti əlavə edilsə də, qərarın rəsmi qaydada hansı tarixdə ona təqdim edilməsinə dair sübut şikayətə əlavə edilməmişdir. Şikayət isə 21 iyul 2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar ona qanunla müəyyən edilmiş müddət ərzində təqdim edilmişdirsə, onun inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürdüyü müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərarın şəxsə rəsmi qaydada təqdim edildiyi vaxt dəqiq müəyyən edildikdən və şikayətin qanunla müəyyən edilmiş müddət ərzində verildiyi müəyyən olunduqdan sonra inzibati xəta haqqında qərardan verilmiş şikayətə baxılması mümkün ola bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu araşdırılır. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1, 132.1.2 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 19 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-2662/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2662/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver