Məhkəmə qərarları › İş №3(125)-2664/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2664/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2664/2023 20.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X7, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə; xx.xx.1968-ci il tarixdə Daşkəsən, Qıyıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, deməsinə görə məhkum olunmamış, Gəncə şəhəri, Qızılqaya qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhər BPİ-nin 1-ci PŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə təqsirli bilinərək, barəsində Gəncə şəhər BPİ-nin 1-ci PŞ-də 20 oktyabr 2023-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs vətəndaş X2 dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 157, 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünə məxsus torpaq sahəsini zərər çəkmiş çəxs Elməddin Verdiyevə satmaq barədə razılaşmışlar. Hal-hazırda aralarındakı mübahisəyə inzibati məhkəmədə baxılır. Belə ki, Elməddin Verdiyevə satdığı torpaq sahəsinin çıxarışı olmadığına görə aralarında dəfələrlə mübahisə olmuşdur. xx.xx.2023-cü il tarixdə Elməddin Verdiyev ona zəng edərək arvadının ona qarğış tökməsini bildirmiş, onu küçəyə çağırmış, o da küçəyə gəlmiş və bu zaman aralarında mübahisə olmuş, mübahisə zamanı Elməddin Verdiyev yumruq və təpiklə bədəninin müxtəlif yerlərinə zərbələr endirmişdir. O da əsəbləşərək əlindəki həsa ilə Elməddin Verdiyevin sol qol və kürək nahiyələrindən vurmuş, bundan sonra Elməddin Verdiyevin ona xəsarət yetirdiyinə görə onun dostunun avtomobilinin arxa şüşəsini qəsdən vuraraq sındırmışdır. X6 ilə aralarında barışıq olmuş və onun dostunun avtomobilinə vurduğu ziyanı 2 ay ərzində ödəyəcəyinə söz vermişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs onun qonşusudur və torpaq məsələsinə görə aralarında mübahisə düşmüşdür Belə ki, o, Şəxs torpaq sahəsi almış və Şəxs ona torpaq sahəsinin sənədlərini vermədiyinə görə problem yaranmışdır. xx.xx.2023-cü il tarixində yaşadığı evin qarşısında kol-kos yandırmış, həmin vaxtı Muradın arvadı ona qarğışlar etməyə başlamışdır. Həmin gün axşam saatlarında Murad ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş, o da, Muradla küçədə görüşmüş, onun sərxaş olduğunu hiss etmişdir. Görüş zamanı Şəxs ona torpaq sahəsinin sənədlərini verməyəcəyini bildirmiş, eyni zamanda əlavə olaraq pul istəmiş, o da Şəxs sərxoş halda olmasını görərək, daha sonra söhbət etmələrini bildirmişdir. O, Şəxs uzaqlaşmış, lakin, Şəxs onun arxasınca gələrək, onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bununla da onlar arasında mübahisə yaranmış, əlbə-yaxa olmuşlar. Hadisə zamanı Şəxs onun dostuna məxsus “Opel Vectra” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Hazırda Şəxs ilə aralarında İXM-nın 157-ci maddəsinə münasibətdə barışıq olmuş və həmin əmələ münasibətdə ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Lakin dostunun avtomobilinə dəyən ziyana münasibətdə Murad həmin ziyanı 2 ay ərzində ödəyəcəyinə söz vermişdir. Odur ki, işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X7 tərəflər arasında mülki mübahisə olduğunu, bu səbəbdən də dava-dalaş baş verdiyini və hal-hazırda barışdıqlarını bildirərək, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi, Şəxs qonşusu X2 məxsus “Opel Vectra” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa alın şüşəsini sındırmaqla Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 1513 nömrəli ekspert rəyinin surətindən görünür ki, vətəndaş X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol bazu nahiyəsinin qançırı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə ilk növbədə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun izahatı, zərərşəkmiş şəxsin izahatı eyni zamanda iş materialları ilə sübuta yetirilir. Lakin, zərərçəkmiş şəxs X3 inzibаti xətаnı törədən şəxs ilə bаrışdıqlаrındаn Şəxs bаrəsində İXM-in 157-ci mаddəsi ilə bаşlаnmış inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olunması sübut olunmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “Opel Vectra” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurduğunu, ziyanı 2 ay ərzində ödəyəcəyini bildirsə də, həmin avtomobilin zərərçəkmiş şəxsə məxsus olması, həmin avtomobilə hansı məbləğdə ziyan vurulması sübut olunmur. Ona görə də məhkəmə hesab edir ki, onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 13–cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 53.0.2–ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 53.0.9-cu-maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnmış icrааtа isə xitаm verilir. 114.2.1-cı mаddəsinə görə, bu Məcəllənin 53-cü mаddəsində nəzərdə tutulmuş hаllаrdаn biri mövcud оlduqdа, inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edir. İnzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаrın surəti bаrələrində belə qərаr qəbul edilmiş şəxslərə göndərilir. 75–ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1–ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına İXM-nin 157-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxslə barışması əsasına görə, İXM-nin 232-1-cı maddəsinə münasibətdə isə əməlində inzibati xətanın tərkibi olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə şərh оlunаnlаrа əsаslаnаrаq və Аzərbаycаn Respublikаsı İXM-in 30-34, 53, 106-115 və 157-ci mаddələrini rəhbər tutаrаq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1–ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına İXM-nin 157-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxslə barışması əsasına görə, İXM-nin 232-1-ci maddəsinə münasibətdə isə əməlində inzibati xətanın tərkibi olmaması əsası ilə xitam verilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar