Məhkəmə qərarları › İş №3(125)-2665/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2665/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2665/2023 20.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X5, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə; xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Qızılqaya qəsəbəsində yaşayan Şəxs barəsində Gəncə şəhər BPİ-nin 1-ci PŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Gəncə şəhər BPİ-nin 1-ci PŞ-də 20 oktyabr 2023-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 20 oktyabr 2023-cü il tarixdə, MN ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs vətəndaş X2 dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, zərərçəkmiş şəxs Murad Abbasov onun qonşusudur və torpaq məsələsi ilə bağlı aralarında mübahisə düşmüşdür Belə ki, o, Murad Abbasovdan torpaq sahəsi almış və Murad Abbasov ona torpaq sahəsinin sənədlərini vermədiyinə görə problem yaranmışdır. xx.xx.2023-cü il tarixində yaşadığı evin qarşısında kol-kos yandırmış, həmin vaxt Muradın arvadı ona qarğışlar etməyə başlamışdır. Həmin gün axşam saatlarında Murad ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş, o da, Muradla küçədə görüşmüş, onun sərxoş olduğunu hiss etmişdir. Görüş zamanı Murad Abbasov ona torpaq sahəsinin sənədlərini verməyəcəyini bildirmiş, eyni zamanda əlavə olaraq pul istəmiş, o da Murad Abbasovun sərxoş halda olmasını görərək, daha sonra söhbət etmələrini bildirmişdir. O, Murad Abbasovdan uzaqlaşmış, lakin, Murad Abbasov onun arxasınca gələrək, onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bununla da onlar arasında mübahisə yaranmış, əlbəyaxa olmuşlar. Hadisə zamanı Murad Abbasov onun dostuna məxsus “Opel Vectra” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Hazırda barışdıqları üçün işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında göstərdi ki, özünə məxsus torpaq sahəsini Şəxs satmaq barədə razılaşmışlar. Hal-hazırda aralarındakı mübahisəyə inzibati məhkəmədə baxılır. Belə ki, Şəxs satdığı torpaq sahəsinin çıxarışı olmadığına görə aralarında dəfələrlə mübahisə olmuşdur. 27 sentyabr 2023-cü il tarixdə Şəxs ona zəng edərək arvadının ona qarğış tökməsini bildirmiş, onu küçəyə çağırmış, o da küçəyə gəlmişdir. Bu zaman aralarında mübahisə olmuş, mübahisə zamanı Şəxs yumruq və təpiklə bədəninin müxtəlif yerlərinə zərbələr endirmişdir. O da əsəbləşərək əlindəki həsa ilə Şəxs sol qol və kürək nahiyələrindən vurmuşdur. Bundan sonra Şəxs ona xəsarət yetirdiyinə görə onun dostunun avtomobilinin arxa şüşəsini qəsdən vuraraq sındırmışdır. Hazırda Şəxs ilə aralarında barışıq olmuş və onun dostunun avtomobilinə dəymiş ziyanı 2 ay ərzində ödəyəcəyinə söz vermişdir. Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və bu barədə məhkəməyə ərizə təqdim edərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 tərəflər arasında mülki mübahisə olduğunu, bu səbəbdən də dava-dalaş baş verdiyini və hal-hazırda barışdıqlarını bildirərək, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi, X4 qonşusu Şəxs məxsus “Opel Vectra” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa alın şüşəsini sındırmaqla Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 1557 nömrəli ekspert rəyinin surətindən görünür ki, vətəndaş X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol bazu nahiyəsinin qançırları və sağ diz oynaqları nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə protokollaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.0.9-cu-maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnmış icrааtа isə xitаm verilir. 114.2.1-cı mаddəsinə görə, bu Məcəllənin 53-cü mаddəsində nəzərdə tutulmuş hаllаrdаn biri mövcud оlduqdа, inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edir. İnzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаrın surəti bаrələrində belə qərаr qəbul edilmiş şəxslərə göndərilir. Оnа görə də, məhkəmə hesаb edir ki, zərərçəkmiş şəxs X4 inzibаti xətаnı törədən şəxs ilə bаrışdıqlаrındаn Şəxs bаrəsində İXM-in 157-ci mаddəsi ilə bаşlаnmış inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edilməlidir. Məhkəmə şərh оlunаnlаrа əsаslаnаrаq və Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 30-34, 53, 106-115 və 157-ci mаddələrini rəhbər tutаrаq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar