Məhkəmə qərarları › İş №3(125)-267/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-267/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-267/2025 03.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş şəxs Nümayəndə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 13 yanvar 2025-ci il tarixində saat 11:05 radələrində idarə etdiyi VAZ 21214 Minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, Əttarlar küçəsi ilə hərəkətdə olarkən Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsinin polis əməkdaşları tərəfindən heç bir əsas olmadan saxlanılmışdır. Polis əməkdaşı adını sonradan bildiyi Müjdalı adlı şəxs ona yaxınlaşaraq bildirmişdir ki, təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. O isə özü ona bildirmişdir ki, onun təhlükəsizlik kəmərimbağlı olmuşdur. Bir az mübahisə etdikdən sonra ona məxsus avtomobilin yaylarına baxmışlar. Avtomobilin yaylarının yerində olduğunu bildikdən sonra, ekipaj üzvi olan İlkin adlı polis əməkdaşına bildirmişdir ki, avtomobilin gecə işıqlarını yandırsın. Avtomobilin işıqlarını yandırdıqdan sonra bildirdi ki, avomobilin işıqları standartlara uyğun deyil bu səbəbdən duracağa təmin edilməlidir. Onun fikirlərinə məhəl qoymadan avtomobil Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsinin duracağına aparılmışdır. Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsinin həyətinə çatdıqda güya avtomobilin gecə işıqlarına müdaxilə etdiyini bildirmişlər. O, polis inspektoruna etirazını bildirərək qeyd etmişdir ki, onun avtomobilində qeyd edilən inzibati xəta ilə bağlı heç bir pozuntu mövcud deyildir. Avtomobili duracağa yerləşdirildikdən sonra heç bir mütəxəsis dəvət olunmadan ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci 327.1-ci maddələri ilə cərimə tətbiq edilərək barəsində TP ******* nömrəli qərar tərtib edilərək 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. Avtomobilində olan avadanlığın olub-olmamasını sübut etmək üçün mütəxəsis va hal şahidləri dəvət olunmasını dəfələrlə tələb etsədə onun haqlı tələblərinə məhəl qoyulmamışdırlar. Hesab edir ki, Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* sayli inzibati xəta haqqında qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, hazırkı iş üzrə məhkəməavtotexniki ekspertizası keçirilərsə onun təqsirli olmadığı sübuta yetirilər. Avtomobilində olan avadanlığın olub-olmamasını sübut etmək üçün mütəxəsis va hal şahidləri dəvət olunmasını dəfələrlə tələb etsədə onun haqlı tələblərinə məhəl qoyulmamışdırlar. Ona məlum olmayan səbəbdən hadisə üzrə düzgün araşdırma aparmadan, onu inzibati xəta haqqında iş üzrə təqsirli şəxs kimi tanımaqla qeyri-qanuni qərar qəbul edilmişdir. Barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə bildirmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə Gəncə şəhər X4 Şöbəsinin ərazisində saat ona məxsus “Lada 21214” minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən normativ tələbləri pozmaqla avadanlığın qurlaşdırılması, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində inzibati xəta törətmişdir. Bu səbəbdən şəxsin avtomobili dayanacağa aparılmışdır. Onlar onun maşınının işıqlarının led işıqlar olduğunu fikirləşərək ona cərimə cəzası tətbiq etmişlər. Onlar avtomobili yoxlamaq üçün mütəxəsis dəvət etməmişlər. Onlar eyni zamanda hadisə yerinə hal şahid də dəvət etməmişlər. Hal şahidi əgər şəxs sərxoş halda olsa idi onlar tərəfindən çağırıla bilərdi. Sonda o, şikayətin rədd edilərək inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, X2 xx.xx.2025-cii il tarixdə Gəncə şəhər X4 Şöbəsinin ərazisində saat 11:32 radələrində ona məxsus “Lada 21214” minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə normativ tələbləri pazmaqla avadanlığın qurlaşdırılması, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində inzibati xəta törətmişdir, yəni Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və hazırkı qərar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İXM-nin 342.2.2 və 327.1ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, onun barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Videogörüntüdən görünür ki, Lada 21214” minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin işığı polis əməkdaşları tərəfindən yandıırlır və yoxlama yekunlaşır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə əlavə araşdırma aparılaraq zəruri hesab edildiyi təqdirdə yol-nəqliyyat hadisəsi ekspertizası keçirilməli və əlavə araşdırma aparıldıqdan sonra tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin həmin inzibati xətanı törədib-törətməməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 327.1-ci maddəsində qeyd olunur ki, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. 342.2.2-ci maddəsində qeyd olunur ki, Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görəyüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X2 qeyd edilən qayda pozuntusunu törətmədiyini bildirmişdir. Eyni zamanda iş materiallarına hadisənin video görüntüsüdə əlavə edilməmişdir. İş materiallarına əlavə olunmuş şəkildən bu halı müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda məhkəmə İXM-nin 342.2.2-ci maddəsinə münasibətdə qeyd edir ki, qeyd edir ki, “Lada 21214” minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə normativ tələbləri pazmaqla quraşdırılması iddia edilən avadanlığın həqiqətən də normativ tələblərin tələblərinə uyğun olub –olmamsı ilə bağlı hər hansı mütəxəsiss rəyi və s. təsdiqedici sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qərar qəbul edilərkən bütün faktiki hallar araşdırılmadığından xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X2 barəsində qərar qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Gəncə şəhər X4 Şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar