Məhkəmə qərarları › İş №3(125)-2672/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2672/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2672/2024 22.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novuz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və zərər çəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Abdulla Şaiq küçəsi, ev 71-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, A.Şaiq küçəsi ev 71-də X3 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən polis sahə rəisi X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, A.Şaiq küçəsi ev 71-də X3 döymüşdür. 16 oktyabr 2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş, inzibati icraat aparılan şəxs qaçıb gizləndiyindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış, 20 iyul 2024-cü il tarixdə isə təzələnmişdir. Bununla da o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, zərərçəkmiş X5 onun maşınını daşla vurub əzmişdir. O bu barədə polisə məlumat vermişdir və məhkəmənin qərarı ilə ona dəymiş ziyanın ödənilməsi qət edilmişdir. O X3 döyməmişdir və ümumiyyətlə ona toxunmamışdır. X5 maşını sındırdıqdan sonra hər ikisi polis şöbəsinə getmiş, X7 polisə də müqavimət göstərdiyi üçün 08 gün müddətinə həbs edilmişir. Hadisədən 4 ay sonra o ekspertizadan keçərək xəsarət aldığın qeyd etmişdir. Onun xəsarəti hansı şəraitdə alması barədə hər hansı məlumatı yoxdur. Odur ki, barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, qonşusu yolu bağlayaraq ağac əkmiş, digər hissəsində isə maşınını saxlamışdır. O da maşını daşlar vuraraq sındırmışdır. Daha sonra qonşusu onu yerə yıxaraq təpiklə vurmuşdur. Polis əməkdaşalrı gəldikdən sonra onları şöbəyə aparmış, orda olan zaman ona sənə kömək etmək üçün polis əməkdaşlarına müqavimət göstərməsini etiraf etməsini bildirmişlər. O isə etiraf etmək istəmədikdə onu polis əməkdaşları döymüşdür. Ona görə də o məhkəmə polis əməkdşalarına müqavimət göstərdiyini qeyd etmiş, məhkəmənin qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həbsdən çıxandan sonra ombudsmana, Prezident aparatına şikayətlər etmiş, şikayətlərdən sonra o ekspertizadan keçmişdir. Ekspertizadan 04 ay sonra keçməsinə səbəb dövlət orqanın onun işini araşdırmaması olmuşdur. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin dispozisiyaları ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Şəxs tərəfindən X3 döyməsi sübuta yetirilməmiş, onun inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. İnzibati protokol cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar əsasında tərtib edilmiş, Şəxs inzibati xətanı törətməsində təqsirini sübuta yetirmək üçün inzibati araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibinin əlamətləri olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti 2-ci Polis Şöbəsinə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 731 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müayinə zamanı üst çənəsində bir ədəd dişin tac hissəsində cuzi qopma-deffekt və sol diz nahiyyəsində qəhvəyi rəngli piqmentasiya sahəsi aşkar edilidi. X5 məhkəmə-tibbi ekpertizasına gec müraciət etdiyindən və ilkin tibbi sənədlər olmadığından qeyd olunan piqmentasiya sahəsinin və dişin tac hissəsində olan deffektin əmələ gəlmə mexanimini və müddətini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə barəsində inzibati icraata aparılan şəxs Şəxs ilə qoşusu X7 arasında mübahisə baş vermişdir. Lakin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 731 nömrəli rəyindən görünür ki, X5 məhkəmə-tibbi ekpertizasına gec müraciət etdiyindən və ilkin tibbi sənədlər olmadığından qeyd olunan piqmentasiya sahəsinin və dişin tac hissəsində olan deffektin əmələ gəlmə mexanimini və müddətini müəyyən etmək mümkün deyil. Eyni zamanda zərərçəkmiş şəxsin izahatında Şəxs tərəfindən döyüldükdən sonra polis əməkdaşları tərəfindən də döyüldüyünü qeyd etmişdir. Göstərilən hallar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan Şəxs təqsirli olmaması sübuta yetirildiyindən, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə həmin protokol üzrə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar