Məhkəmə qərarları › İş №3(125)-2676/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2676/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2676/2024 13.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33- 1600/012/001960 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli 2023-1 nömrəli müqavilə əsasında xx.xx.2023-cü il tarixli **********0420 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 6130.00 kq, dəyəri 3000.02 ABŞ dolları olan “mərmər məhsulları” yükü Gəncə Gömrük İdarəsində rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. Şəxs MMC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 3000.02 (üç min dollar iki sent) ABŞ dolları və yaxud 5100.03 (beş min yüz manat üç qəpik) manat olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda olan Şəxs MMC barəsində aparılan araşdırma ilə əlaqədar olaraq MMC-nin ünvanına xx.xx.2024-cü il tarixli 3-33-1600/2000711/2024 saylı məktub göndərilərək xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Gəncə Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə dəvət olunmuşdur. Lakin Şəxs MMC-nin nümayəndəsi Gəncə Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə gəlməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat verərək protokolun təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs MMC və “X1 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 2023-1 nömrəli müqaviləyə əsasən Şəxs MMC tərəfindən Rusiya Federasiyasına çəkisi 6130.00 kq, dəyəri 3000.02 ABŞ dolları olan “mərmər məhsulları” məhsulu göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin surətindən məlum olur ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyasına çəkisi 6130.00 kq, dəyəri 3000.02 ABŞ dolları olan “mərmər məhsulları” məhsulu ixrac edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İXM-in 483-cü maddəsinin qeydinə əsasən bu maddədə “az miqdarda” dedikdə iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin ixrac etdiyi malın dəyərinin 3000.02 (üç min dollar iki sent) ABŞ dolları və yaxud 5100.03 (beş min yüz manat üç qəpik) manat hissəsinin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülmədiyi, bununla da Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.2-ci maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə tətbiq ediləcək inzibati cərimə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 31, 40, 48-51, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş xarici valyutanın dəyəri olan 5100.03 (beş min yüz manat üç qəpik) otuz faizi məbləğində - yəni 1530,01 manat (min beş yüz otuz manat bir qəpik) inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar