Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2679/2024 18.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə Gömrük İdarəsinin nümayəndəsi X1, “X8” MMC-nin nümayəndəsi X2 iştirakları ilə, «X8» MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: «X8» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Gömrük İdarəsində 00900-00326/24 nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün material ilə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Gəncə Gömrük İdarəsinin, Rəsmişləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1600/012/001424 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin İran İslam Respublikasının Sahand Jame” şirkətindən idxal etdiyi və xx.xx.2024-cü il tarixdə “Biləsuvar” gömrük idarəsindən keçməklə 99UD775/99ZX775 qeydiyyat nişanlı nəqliyyat vasitəsində daşınan “Süşə” yükü xx.xx.2024-cü il tarixli **********1377 nömrəli gömrük bəyannaməsilə Gəncə gömrük idarəsində (Gəncə səhəri) bəyan edildiyi və bəyan edilmiş mallara xx.xx.2024cü il tarixdə Gəncə gömrük iarəsinin inzibati binasının həyətində baxış zamanı xx.xx.2024-cü il tarixli **********1377 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunan Qalınlığı 3.5 mm-dən çox, lakin 4.5 mm-dən çox oİmayan, ölçüsü 2500*1605 - 305 əd, 1223.81 m2 olan “şəffaf şüşələr” yükünün faktiki olaraq qalınlığı 3.5 mm-dən çox, lakin 4,5 mm-dən çox olmayan, ölçüsü 2500*1605 - 305 əd, 1223.81 m2 olan “qəhvəyi-reflektiv süsələr" yükü olduğu aşkar edildiyi qeyd edilmişdir. Aşkar edilmiş qalınlığı 3.5 mm-dən çox, lakin 4.5 mmdən çox olmayan, ölçüsü 2500*1605 - 05 əd, 1223.81 m2 olan “qəhvəyi-reflektiv süsələr" yükü Şəxs MMC-nə məxsus anbara qoyularaq AA956371, AA956372, AA956373 və AA956374 nömrəli stikerlər vurulmaqla gömrük təminatı altına alındığı qeyd edilmişdir. Raportun araşdırılması nəticəsində Şəxs MMC-nin qeydiyyatda olduğu nvanına xx.xx.2024cü il tarixli, 3-33-1600/2-000521/2024 savlı və xx.xx.2024-cü il tarixli, 3-33-600/2- 000612/2024 saylı məktublar göndərilərək Gəncə Gömrük İdarəsi Yevlax Gömrük postuna (Əməliyyat və Təhqiqat Şöbəsi) dəvət olunmuşdur. Lakin MMC-nin heç bir nümavəndəsi Gəncə Gömrük İdarəsi Yevlax Gömrük postuna (Əməliyyat və Təhqiqat Şöbəsi) gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı müraciət etməmişdir. Bundan əlavə qeyd edilən yükün rəsmiləsdirilməsində etibarnamə ilə nümayəndə təyin edilmiş X6 ilə əfələrlə ona məxsus olan 055 ***-**-** mobil nömrə ilə əlaqə saxlanılaraq aparılan araşdırma ilə ağlı izahat verilməsi məqsədilə Yevlax Gömrük postuna (Əməliyyat və Təhqiqat Şöbəsi) dəvət edilmiş, o gələcəyini bildirsədə bu günə kimi dəvət olunduğu verə gəlməmişdir. Bundan əlavə faktiki aşkar olunan qalınlığı 3.5 mm-dən cox, lakin 4.5 mm-dən çox olmayan, öİçüsü 2500*1605 - 305 əd, 1223.81 m2 olan “qəhvəyi-reflektiv şüşələr” yükünün faktiki bazar qiymətinin öyrənilməsi məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinə xx.xx.2024-cü il tarixli 3-33-1600/2-000514/2024 nömrəli məktub ünvanlanmışdır. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3477 nömrəli Ekspert rəyinə əsasən faktiki aşkar edilmiş yüklərin xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 40385.73 manat müəyyən edilmişdir. Məhkəmə iclası zamanı Gəncə Gömrük İdarəsinin nümayəndəsi X3 protokolu müdafiə edərək bildirdi ki, hüquqpozma olduğuna reflektiv şüşülərin qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və Məhkəmə Ekpertiza Mərkəzinə göndərilmişdir. Məhkəmə ekpertiza Mərkəzi tərəfindən relfektiv şüşlərin orta bazar qiyməti müəyyən edilmişdir. Daha sonra digər xərclər çıxılmaqla malların gömrük dəyəri müəyyən edilmişdir. “X8” MMC malları düzgün bəyan etsə idi reflektiv şüşlərin 1 kvadartmetri 4.5 dollardan hesablanacaqdı. Lakin hüquqpozma olduğuna görə artıq qiyməti Gömrük orqanı deyil ekspertiza mərkəzi müəyyən etmişdir. Odur ki, protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı “X8” MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, malları aldığı İran şirkəti yükü düz yüklənmədiyi üçün Gömrük orqanına bilmədən səhv bəyan etmişlər. Lakin bununla belə tərtib olunan protokol üzrə qeyd olunan qiymətlər şişirdilmiş qiymətlərdir. Belə ki, onların keçiridiyi qalınlığı 4mm olan “qəhvəyi-reflektiv süsələr" yükün gömrük qiyməti hər zaman 4.5 dollardan hesablanmışdır. Bütün respublika üzrə qiymətlər hal-hazırda da belə müəyyən edilmişdir. Ona görə “qəhvəyi-reflektiv süsələr" yükünün kvadrat metri 4.5 dollardan hesablanmaqla cərimənin ödənilməsi ilə razıdırlar. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Gəncə Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin baş inspektoru X7 məhkəmə iclasında bildirmişdir ki, Gömrük Komitəsinin rəsmi saitində qalınlığı 4mm olan “qəhvəyi-reflektiv süsələr" yükünün gömrük qiməti 4.5 dollar müəyyən edilmişdir. Lakin hüquqpozma olduğuna görə artıq qiyməti Gömrük orqanı deyil ekspertiza mərkəzi müəyyən etmişdir. Verilmiş suallara cavab olaraq bildirilmişdir ki, gömrük dəyərinin hesablanma qaydası orta bazar qiyməti ilə müəyyən edilmişdir. Gömrük dəyərinin hesablanmasının digər üsullarla aparılmamasının səbəbi İran Respublikasının etibarlı tərəfdaş olmamasıdır. İş materiallarında olan **********1377 saylı xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, «X8» MMC-nin Azərbaycan Respublikasındakı Filialınin ünvanına Biləsuvar gömrük postundan “Şəffaf şüşələr” yükü gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. İş materiallarında olan 22 aprel 2024-cü il tarixli protokoldan görünür ki, nəqliyyat vasitələri yoxlanılmış, yükə baxış həyata keçirilmiş və fotoşəkilər çəkilərək iş materillarına əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3477 nömrəli Ekspert rəyindən görünür ki, faktiki aşkar edilmiş yüklərin xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 40385.73 manat müəvvən edilmişdir. İş materillarında olan məhkəmənin sorğusuna cavabdan görünür ki, sizin xx.xx.2024-cü il tarixli 3-33-1600/013/002196 nömrəli xidməti qeydinizə əlavə olaraq bildiririk ki, malların gömrük dəyəri müəyyən edilməsi Azərbaycan Respublikasının xx.xx.2013-cü il tarixli 687-İVQ nömrəli “Gömrük tarifi haqqında" qanununa və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli 3-33/3-2-000212/2023 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Gömrük dəyərinin müəyyən edilməsinin vahid metodikası”na əsasən müəyyən edilir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********1377 sorğu nömrəli gömrük bəyannaməsilə bəyan olunan “Qalınlığı 3.5 mm-dən çox, lakin 4.5 mm-dən çox olmayan, ölçüsü 2500*1605 - 305 əd, 1223.81 m2 olan “şəffaf şüşələr” yükünə baxış zamanı “qalınlığı 3.5 mm-dən çox, lakin 4.5 mm-dən çox olmayan, ölçüsü 2500*1605 - 305 əd, 1223.81 m2 olan “qəhvəyi-reflektiv şüşələr” olduğu aşkar edilmişdir. Həmin yüklər, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının müvafiq rəyinə əsasən 40385.73 manat dəyərində olduğu müəyyən edilmişdir. Mənfəət norması = 20%, ƏDV = 18% Gömrük rüsumu = 15% Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesablama aşağıdakı kimi aparılıb: 40385.73 AZN / 1.20 = 33654.78 AZN mənfəət çıxıldıqdan sonra, 33654.78 AZN / 1.18 = 28521 AZN ƏDV çıxıldıqdan sonra, 28521 AZN / 1.15 = 24800,87 AZN gömrük rüsumu çıxıldıqdan sonra gömrük dəyəri. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 168 nömrəli “Gömrük yığımlarının məbləğlər'fnin təsdiq edilməsi barədə Qərarında göstərilənlərə əsasən sözügedən yükə dair gömrük yığımı 240 AZN olduğu müəyyən edilmişdir. İş materillarında olan İran İslam Respublikasından idxal edilən “şüşə vərəqələr”in statistik dəyəri barədə Dövlət Gömrük Komitəsinin məlumatlarından görünür ki, qalınlığı 4mm olan “qəhvəyi-reflektiv süsələr" yükün gömrük qiyməti hər zaman 4.5 dollardan hesablanmışdır. İş materiallarına əlavə edilmiş bəyannamələrin surətindən görünür ki, əvvəllər keçirilmiş qalınlığı 4mm olan “qəhvəyi-reflektiv süsələr" yükün gömrük qiyməti hər zaman 4.5 dollardan hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Gömrük tarifi haqqında Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən gömrük dəyərinin müəyyən edilməsinin aşağıdakı üsulları mövcuddur. 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan «X8»nin MMC gələn malları gömrük orqanına düzgün bəyan etməmişdir. Bununla da, «X8»nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsi tərəfindən protokol tərtib edilərkən gömrük dəyərinin müəyyən edilməsi qaydası düzgün tətbiq edilməmişdir. Belə ki, Gömrük tarifi haqqında Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən gömrük dəyərinin müəyyən edilməsinin 6 növ üsulu müəyyən edilmişdir. Həmin qanunun tələbinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Lakin barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs İran Respublikasından malları aldıqları qiymətin invoysunu təqdim etmişdir.Gömrük Komitəsi həmin qiymət ilə razı olmayaraq İran Respublikasından daxil olan qalınlığı 4mm olan “qəhvəyi-reflektiv süsələr" yükünün gömrük qiymətini Respublika üzrə 4.5 dollar müəyyən etmişdir. Bu tərəflərin izahatı və Gömrük Komitəsindən çıxarılan çıxarış ilə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsi tərəfindən protokol tərtib edilərkən gömrük dəyərinin müəyyən edilməsi qaydası əsassız olaraq 1-ci üsulla yox sonuncu üsul ilə müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, «X8» MMC-nin düzgün bəyan etmədiyi 2500*1605 - 305 əd, 1223.81 m2 olan qalınlığı 4mm olan “qəhvəyi-reflektiv şüşələr” yükünün qiyməti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş qiymət ilə yəni 4.5 dollar (7 manat 65 qəpik) hesablanmaqla həmin məbləğə münasibətdə cəzalandırılmalıdır. Həmin qiymətə əsasən isə yükün gömrük dəyəri 1223.81 m2 X 7,65 manat olmaqla 9.362,15(doqquz min üç yüz altmış iki manat on beş qəpik) müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. «X8» MMC əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 482.2 maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, «X8» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati xətanın bilavasitə obyekti olan malların otuz faizi miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: «X8» MMC-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 9.362,15 (doqquz min üç yüz altmış iki manat on beş qəpik) valyuta vəsaitinin 30 (otuz) faizi miqdarında, yəni 2.808,64 ( iki min səkkiz yüz səkkiz manat altmış dörd qəpik) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2679/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2679/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver