Məhkəmə qərarları › İş №3(125)-268/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-268/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-268/2025 24.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Firəngiz Elçin qızının katibliyi, X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X7, X1 iştirakı ilə, X3 X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 10 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 10 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X4 şəhər prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024cü il tarixli qərarını əsas götürərək, heç bir müstəqil araşdırma aparmadan, tamamilə qanunsuz və əsassız olaraq “İnzibati tənbeh vermə haqqında” 10 yanvar 2025-ci il tarixli Qərar qəbul etmişdir. X18 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X16 iş üzrə heç bir izahat almadan, işdə heç bir sübut olmadan əsassız olaraq onu inzibati məsuliyyətə cəlb edərək, ona inzibati tənbeh tətbiq etmişdir. Hesab edir ki, X18 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X16 tərəfindən qəbul edilmiş “İnzibat tənbeh vermə haqında” 10 yanvar 2025-ci il tarixli qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, X18 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X16 tərəfindən qəbul edilmiş “İnzibat tənbeh vermə haqında” 10 yanvar 2025-ci il tarixli qərarla o, 3500 (üç min beş yüz) manat cərimə olunmuşdur. Heç bir müstəqil araşdırma aparmadan, tamamilə qanunsuz və əsassız olaraq qərar qəbul edilmişdir. Onunla işləyən bütün işçilərin əmək müqaviləsi olmuşdur. Sonda məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X13 izahat verərək bildirdi ki, inzibati tənbehvermə haqqında qərar Gəncə Şəhər Prokurorluğunun “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərarı əsasında qəbul edilmişdir. Məhkəmədən şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında iş üzrə qərarı nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş: -X3 barəsində tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat inzibati cərimə olunmuşdur. -Elektron Prokurorluq informasiya sistemi əmək müqaviləsi məlumatlarından görünür ki, X5 xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-in sərancamverici direktoru vəzifəsinə təyin edilmişdir. -Elektron Prokurorluq informasiya sistemi əmək müqaviləsi məlumatlarından görünür ki, "xxxx" MMC ilə X21 arasında mühafizəçi vəzifəsində işləməsi ilə bağlı 03 may 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. - Elektron Prokurorluq informasiya sistemi əmək müqaviləsi məlumatlarından görünür ki, "xxxx" MMC ilə X22 arasında xadimə vəzifəsində işləməsi ilə bağlı 12 avqust 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. - Elektron Prokurorluq informasiya sistemi əmək müqaviləsi məlumatlarından görünür ki, "xxxx" MMC ilə X8 arasında bağban vəzifəsində işləməsi ilə bağlı 25 yanvar 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-81/2025 nömrəli qərarından görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Vəzifəli şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “inzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında qərarda qeyd edilmişdir ki, Hüquqi şəxs "xxxx" MMC-in xeyrinə və maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X5 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) barədə bildiriş əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən MMC-nin Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən binasında X14 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xadimə, X15 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mühafizəçi, X6 isə 2024-cü ilin may ayından bu günədək sürücü kimi işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Lakin, bu faktlar məhkəmə iclasında araşdırılmış və müəyyən edilmişdir ki, X22, X21 və X9 əmək müqaviləsi bağlanıldıqdan sonra işə cəlb edilmişlər. Vəzifəli şəxsin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibi olması üçün əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi lazım idi. Lakin iş materiallarında olan Elektron Prokurorluq informasiya sistemi əmək müqaviləsi məlumatlarından görünür ki, Elvin, İslam və İlkin Əmək müqaviləsi əsasında işə cəlb edilmişlər. Onlar əmək müqaviləsi olmadan ”Gəncə Bazar Store” MMC tərəfindən hər hansı bir işin görülməsinə cəlb edilməmişlər. Bu əsasla da Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-81/2025 nömrəli qərarı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Belə olan halda eyni əsasla həmin hüquqi şəxsin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X3 təqsiri təsdiq olunmur. Buna görə də, X3 X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib olunmuş 10 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib olunmuş 10 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar