Məhkəmə qərarları › İş №3(125)-2680/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2680/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2680/2024 07.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında DGK Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X3 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 00900-00329/24 saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Gəncə Gömrük İdarəsi, X1 və Təhqiqat şöbəsinə xx.xx.2024-cü il tarixli 3-33- 1600/012/001957 saylı raport daxil olmuşdur. Raportun araşdırılması nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC tərəfindən xx.xx.2020-ci il tarixli, RVİ-SHİ-180220 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli, **********3035 saylı gömrük bəyannaməsi üzrə çəkisi 18688 kq, dəyəri 26163.20 ABŞ dolları, xx.xx.2023cü il tarixli, **********3506 saylı gömrük bəyannaməsi üzrə çəkisi 18688 kq, dəyəri 24294.40 ABŞ dolları, xx.xx.2023-cü il tarixli, **********4729 saylı gömrük bəyannaməsi üzrə çəkisi 18655 kq, dəyəri 18655.00 ABŞ dolları və xx.xx.2023-cü il tarixli, **********8054 saylı gömrük bəyannaməsi üzrə çəkisi 18600 kq, dəyəri 26040.00 ABŞ dolları olan “ Nektarın, Şaftalı və alma “ yükü Gəncə gömrük idarəsində rəsmiləşdirilərək Rusya Federasiyasına ixrac edilmişdir. Şəxs QSC tərəfindən xx.xx.2023-cü il tarixli, **********3035 saylı gömrük bəyannaməsilə ixrac edilən yükün dəyərinin 989.57 ABŞ dolları, xx.xx.2023-cü il tarixli, **********3506 saylı gömrük bəyannaməsilə ixrac edilən yükün dəyərinin 243.02 ABŞ dolları, xx.xx.2023-cü il tarixli, **********4729 saylı gömrük bəyannaməsilə ixrac edilən yükün dəyərinin 180.87 ABŞ dolları və xx.xx.2023-cü il tarixli, **********8054 saylı gömrük bəyannaməsilə ixrac edilən yükün dəyərinin 347.27 ABŞ dolları (4 (dörd) bəyannamə üzrə geri qaytarılmayan məbləğ 1760.73 ABŞ dolları) olan valyuta vəsaiti malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmiş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin müdafiəçisi Nümayəndə bildirdi ki, Şəxs QSC-in ixrac etdiyi mallar kənd təsərrüfatı mallarıdır, yəni meyvə məhsullarıdır. Meyvə məhsullarının ixracı zamanı riskləri yüksəkdir. Belə ki, bu məhsulların daşınma, saxlanc, qablaşdırma, temperatur rejimində dəyişikliklər və s. səbəbdən xarab olma ehtimalı yüksəkdir. Müqavilənin bəndinə əsasən malların xarab olma və standarta cavab verməyən hissəsinin dəyərinin alıcı tərəfindən ödənilməyəcəyi əvvəlcədən tərəflər arasında razılaşdırılmışdır. Malın dəyərinin ödənişi zamanı xarab olan mallara görə 1760.73 ABŞ dolları çıxılmışdır. Bununla bağlı yarasız malların qiymətləndirilməsi aparılmış, miqdarı və qiyməti müəyyən edildikdən sonra həmin məbləğdə vəsaitin şirkətə ödənilməsindən imtina edilmişdir. Bundan əlavə, bu formada yarasız malların ödənilməsindən imtina edilməsi şərti alqı-satqı müqaviləsində xüsusi olaraq qeyd edilmiş, müqavilə bütövlükdə müvafiq orqanlarla, o cümlədən Dövlət Gömrük Komitəsi ilə də razılaşdırılmışdır. Sonda inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X3 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-yə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: - Gəncə Gömrük İdarəsi tərəfindən Şəxs QSC-yə QSC tərəfindən ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 gün ərzində müvvəkil bankda olan hesablara köçürülməsi barədə bildiriş göndərilmiş və inzibati qaydada cərimələnəcəyi barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli **********3035 nömrəli Gömrük bəyannaməsi üzrə 65 nömrəli invoysa əsasən, 26163.20 ABŞ dolları dəyərində “təzə nektarin”-in xarab olan hissəsinin dəyəri 989.57 ABŞ dolları təşkil edir - xx.xx.2023-cü il tarixli **********3506 nömrəli Gömrük bəyannaməsi 66 nömrəli invoysa əsasən, 24294.40 ABŞ dolları dəyərində “təzə şaftalı”-ın xarab olan hissəsinin dəyəri 243.02 ABŞ dolları təşkil edir - xx.xx.2023-cü il tarixli **********4729 nömrəli Gömrük bəyannaməsi 67 nömrəli invoysa əsasən, 18655.0 ABŞ dolları dəyərində “təzə alma”-ın xarab olan hissəsinin dəyəri 180.87 ABŞ dolları təşkil edir - xx.xx.2023-cü il tarixli **********8054 nömrəli Gömrük bəyannaməsi 68 nömrəli invoysa əsasən, 26040.0 ABŞ dolları dəyərində “təzə şaftalı”-ın xarab olan hissəsinin dəyəri 347.27 ABŞ dolları təşkil edir -08 iyun 2024-cü il traixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış məktubdan görünür ki, Şəxs QSC barəsində Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində xx.xx.2024-cü il tarixli 3-33-1600/012/001957 saylı raport üzrə aparılan araşdırma ilə əlaqədar işin halları ilə bağlı izahat verilməsi üçün səlahiyyətli nümayəndənin (şəxsiyyətini təsdiq edən sənəd və etibarnamə ilə birlikdə) xx.xx.2024-cü il tarixdə saat 11:00-da X5 (Əməliyyat və Təhqiqat Şöbəsi) gəlməsinin təmin edilməsi tələb olunmuşdur. -01 iyul 2024-cü il traixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış məktubdan görünür ki, Şəxs MMC barəsində Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində xx.xx.2024-cü il tarixli 3-33-1600/012/001957 saylı raport üzrə aparılan araşdırma ilə əlaqədar işin halları ilə bağlı izahat verilməsi üçün səlahiyyətli nümayəndənin (şəxsiyyətini təsdiq edən sənəd və etibarnamə ilə birlikdə) xx.xx.2024-cü il tarixdə saat 12:00-da X5 (Əməliyyat və Təhqiqat Şöbəsi) gəlməsinin təmin edilməsi tələb olunmuşdur. -xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” Qərardaddan görünür ki, Şəxs QSC barəsində Azərbaycan Respublikaı İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və inzibati araşdırma aparılması qərara alınmışdır. Məhkəmə nümayəndələri dinləyib, tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, hüquqi şəxs Şəxs QSC-nin hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində göstərilirki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair xəbərdarlıq və bildirişin hüquqi şəxsə məlumat verilməsi barədə məktublar iş materiallarında olsa da, həmin xəbərdarlıq və bildirişin hüquqi şəxsə çatdırılması barədə heç bir sənəd materiala əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Rusiya Federasiyasında qeydiyyatdan yeçmiş “AO “ARVİAY” şirkəti ilə “ŞİRİN AQRO" Qapalı Səhmdar Cəmiyyəti arasında pağlanmış xx.xx.2020-ci il tarixli, RVİ-SHİ-180220 nömrəli ixrac müqaviləsinin 6, 7 və 8-ci bəndlərinə əsasən riskləri sığortalamaq üçün, malların xarab olan, zədələnən və standarta uyğun olmayan hissəsini aktlaşdıraraq aktı kredit-nota ilə məlumat teqdim edilir. Malların xarab olan və standarta cavab verməyən hissəsinin dəyərinin alıcı tərəfindən ödənilməyəcəyi əvvəlcədən tərəflər arasında razılaşdırılmışdır. Göründüyü kimi Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bəyan edilmiş xx.xx.2023-cü il tarixli, **********3035 nömrəli gömrük bəyannaməsi üzrə 989.57 ABŞ dolları, xx.xx.2023-cü il tarixli, **********3506 nömrəli gömrük bəyannaməsi üzrə 243.02 ABŞ dolları, xx.xx.2023cü il tarixli, **********4729 nömrəli gömrük bəyannaməsi üzrə 180.87 ABŞ dolları, xx.xx.2023-cü il tarixli, **********8054 nömrəli gömrük bəyannaməsi üzrə 347.27 ABŞ dolları və ümumilikdə 1760.73 ABŞ dolları məbləğində pul vəsaitləri tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ödənilməmişdir. Belə olan halda, barəsində icraat aparılan hüquqi şəxsin hərəkətində qərəz müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibinin əlaməti olan subyektiv cəhət əməldə mövcud deyildir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2 və 114.1.4-cü maddəllərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şəxs QSC-in barəsində xx.xx.2024-cü il tarixli, 00900-00329/24 saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar