Məhkəmə qərarları › İş №3(125)-2683/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2683/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2683/2023 20.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Gəncə şəhəri BPİ-in 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx xxxxxxxx 1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-in 3-cü Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri BPİ-in 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilir ki, vətəndaş Şəxs xx.xx.2023-cü ildə polis əməkdaşlarına qarşı tabesizlik nümayiş etdirmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmir, əvvəllər xırda talamaya görə 1 ay müddətinə inzibati həbs növündə tənbeh olunmuşdur. 19 oktyabr 2023-cü il tarixində saat 13:00 radələrində spirtli içki qəbul edərək Gəncə şəhəri, Təbriz küçəsi, 16 nömrəli məktəb ilə üzbəüz dönərxanada səs-küy salmış, ucadan nalayiq ifadələr işlətmiş, eyni zamanda dönərxana sahibini təpiklə vurmuşdur. Polis əməkdaşları ona yaxınlaşaraq, onu nizam-intizama dəvət etmiş, lakin o, polis əməkdaşlarının göstərişlərinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır, ona görə də məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X3 inzibati protokoldakı xüsusatları təsdiq edərək,əlavə olaraq bildirdi ki, Şəxs 19 oktyabr 2023-cü il tarixində saat 13:00 radələrində spirtli içki qəbul edərək Gəncə şəhəri, Təbriz küçəsi, 16 nömrəli məktəb ilə üzbəüz dönərxanada səs-küy salmış, bundan sonra dönərxana sahibinin zənginə əsasən ora polis getmiş, lakin Şəxs hüquqazidd hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. Hətta dəfələrlə onu nizam-intizama dəvət etsələr də, yenə də Şəxs o, öz qanunsuz hərəkətlərini davam etdirərək, tabesizlik göstərmişdir. Buna baxmayaraq əməkdaşların səhvi ucbatından inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoşluq müayinəsindən keçirilməmişdir. Odur ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Şəxs tanıyır. Belə ki, Gündüz tez-tez onun işlətdiyi dönərxanaya gələrək ondan nisyə dönər alır və pulunu əksər hallarda vermir. Bir çox hallarda Gündüz ondan dönər alıb pulunu verməmişdir. 19 oktyabr 2023-cü il tarixində saat təxminən 13:00 radələrində spirtli içki qəbul etmiş Şəxs yenə ona məxsus olan dönərxanaya gələrək yemək sifarişi vermiş və həmin vaxt onlar 2 nəfər olmuşlar. Sonra Gündüz orada səs-küy salmış, ucadan nalayiq ifadələr işlətmiş və münaqişə yaratmağa başlamışdır. Bu dərhal polis əməkdaşları oraya çağırmış, lakin polis əməkdaşları Gündüzü sakitləşdirməyə çalışsa da sonuncu polis əməkdaşlarının tələbinə əməl etməmişdir. Polislər gələnə kimi isə Gündüz ona təpik atmış və stolu aşırmışdır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-in 3-cü Polis Bölməsinin polis əməkdaşı X2 ifadəsində bildirdi ki, 19 oktyabr 2023-cü il tarixində saat təxminən 13:00 radələrində Gəncə şəhəri, Təbriz küçəsində xidmətdə olan zaman vətəndaş Şəxs münaqişə yaratmasını və ucadan nalayiq ifadələr işlətməsini görmüşlər. Onlar dərhal hadisə yerinə getmiş və Şəxs yaxınlaşaraq onu sakitləşdirməyə və nizamintizama dəvət etmişlər. Lakin, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirərək onlara qarşı tabesizlik göstərmişdir. Buna görə də Şəxs Gəncə şəhəri BPİ-in 3-cü X4 Hissəsinə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş: 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2023-cü ildə polis əməkdaşlarına qarşı tabesizlik nümayiş etdirmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “İnzibati qaydada tutma haqqında” 19 oktyabr 2023-cü il tarixli, MM1896146 nömrəli protokoldan görünür ki, Şəxs 19 oktyabr 2023-cü il tarixdə saat 14:00-da inzibati qaydada tutulmuşdur. “Həbsə alma və həbsdə saxlamanın əsaslı olduğunu təsdiq etmək üçün məhkəməyə təqdim olunan materiallara barəsində inzibati icraat aparılan şəxsi tanış etmə haqqında” 20 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Gəncə şəhəri BPİ-in 3-cü Polis Bölməsinin polis sahə rəisi X3 hazırki inzibati iş üzrə Şəxs barəsində tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlərlə tanış etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs materiallarla tanış olmuşdur. Heç bir etiraz və vəsatəti olmamışdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal onun səmimi peşmançılığıdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs və digər şəxslərin bildirməsi ilə müəyyən olundu ki, Şəxs inzibati xəta törədən zaman sərxoş halda olmuşdur. Lakin polis əməkdaşlarının səhvi ucbatından Şəxs sərxoşluğu rəsmi qaydada müəyyən olunmamışdır. Buna baxmayaraq, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini İXM-in 33.1.7-ci maddəsinə əsasən olan məsuliyyətini ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, məsuliyyətini ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş halda törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni, 19 oktyabr 2023-cü il tarixdən, saat 14:00-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli inzibati qaydada tutulduğu 19 oktyabr 2023-cü il tаrixdən, saat 14:00-dan hesablansın. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim edilsin. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X6 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar