Məhkəmə qərarları › İş №3(125)-2684/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2684/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2684/2023 20.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Gəncə şəhəri BPİ-in 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, X19, ev 58A, mənzil 21 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs barəsində Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri BPİ-in 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokolda qeyd edilir ki, Şəxs ictimai qaydanı pozaraq xuliqanlıq etmiş və polisin qanuni əmrinə tabe olmaması müəyyən edilmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 20 oktyabr 2023-cü il tarixində iş yoldaşı X6 ilə birlikdə işdən çıxaraq, şəhərə getmiş Gəncə şəhəri, X13 gələrək siqaret almış və dayanmışlar. Eşqin Məmmədovda o da spirtli içki qəbul etmişlər. O, Eşqin Məmmədova tualetə getmək istədiyini bildirmiş və Peşə liseyinin inzibati ərazisinə daxil olmuşlar. Bu zaman liseyin direktoru Azər Rüstəmov onlara irad bildirmiş və onları ərazidən kənarlaşdırmışdır. Onlar yenidən liseyin inzibati ərazisinə daxil olmuş, ucadan nalayiq ifadələr işlətmişlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq onları nizam-intizama dəvət etmiş, lakin onlar polisin qanuni tələblərinə əməl etməyərək, öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Hal-hazırda əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in 1-ci PŞnin İTB-nin polis sahə rəisi, polis mayoru X10 inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin İTB-nin YYÇPİTQ-nin baş inspektoru, polis mayoru X7 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 07:56 radələrində Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin inzibati ərazisində olan əvvəllər tanıdığı Peşə liseyinin direktoru Azər Rüstəmov mobil telefon ilə ona məlumat verərək, liseyin həyətinə tanımadığı 2 nəfər şəxsin avtomobil ilə girərək icazəsiz daxil olduğunu, lakin məktəb rəhbərliyi tərəfindən kənarlaşdırıldıqdan sonra təkrar liseyin inzibati binasına daxil olaraq kobud şəkildə tualetdən istifadə edəcəyini bildirmiş, bu səbəbdən də polis yaxınlaşmasını istədiyini bildirmişdir. Bu barədə dərhal əməliyyat qrupunun üzvləri polis leytenantı Nəsib Qəmbərov və polis leytenantı Fərdi Azadlı ilə birlikdə hadisə yerinə gedilərək, həmin şəxslərin Peşə liseyinin direktoru Azər İbrahimov ilə mübahisə etdiyini görmüşlər və daha sonra özlərini təqdim etdikdən sonra adları sonradan onlara məlum olan Şəxs və X6 ictimai qaydanı kobud şəkildə pozaraq nalayiq ifadələr işlətməyə başlamışlar. Onları nizam-intizama dəvət etsələr də, polisin qanuni tələblərini kobud şəkildə pozaraq öz hərəkətlərini davam etdirmişlər. Həmin şəxsləri Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nə gətirərək, Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin polis sahə rəisi, polis leytenantı X5 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixində 2 nəfər şəxsin Peşə liseyinin inzibati ərazisinə daxil olması barədə liseyin direktoru Azər Rüstəmov məlumat vermişdir. Dərhal o, xx.xx.2023-cü il tarixində əməliyyat qrupu ilə birlikdə Peşə liseyinə yaxınlaşmışdır. Bu zaman 2 nəfər şəxsin Azər Rüstəmov ilə mübahisə etdiyini, ünvansız nalayiq söyüşlər işlətdiyini görmüşlər. Onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra adları sonradan onlara məlum olan Şəxs və X6 onların qanuni tələblərinə kobud şəkildə tabe olmamış, eyni zamanda X6 avtomobili işə salaraq ərazidən qaçmaq və uzaqlaşmaq istəmişdir. Bu zaman həmin ərazidə olan 3 avtomobilə ziyan vurmuşdur. Şəxs və X1 Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nə gətirilmişlər. Eyni zamanda həmin şəxslər orta dərəcəli sərxoş olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin İTB-nin YYÇPİTQ-nin inspektoru, polis kapitanı X2 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixində saat 08:00 radələrində onunla birgə işləyən 1-ci PŞ-nin YYÇPİTQ-nin baş inspektoru X17 liseyinin direktoru Azər Rüstəmovla 2 nəfər şəxsin mübahisə etdiklərini, həmin şəxslərin nalayiq ifadələr işlətdikləri, eyni zamanda tabesizlik göstərdiklərini bildirərək, kömək istəmişdir. O, həmin yerə yaxınlaşaraq özünü təqdim etmiş və adları ona daha sonra məlum olan Şəxs və X6 polisin qanuni tələblərinə tabe olmamış, eyni zamanda X6 avtomobili işə salaraq həmin ərazidən uzaqlaşmaq istəmişdir. Bu zaman həmin avtomobilə və həmin ərazidə olan 2 avtomobilə ziyan dəymişdir. Şəxs və X6 dərhal saxlanılaraq, Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nə gətirilmişdir. İş materiallarına əlavə edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 3290/2023 nömrəli, protokoldan görünür ki, Şəxs ağızdan alkoqol və ya digər maddənin iyisini gəlmir, ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. 20 oktyabr 2023-cü il tarixli, ******* nömrəli protokoldan görünür ki, Şəxs ictimai qaydanı pozaraq xuliqanlıq etməsi və polisin qanuni əmrinə tabe olmaması müəyyən edilmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Həbsə alma və həbsdə saxlamanın əsaslı olduğunu təsdiq etmək üçün məhkəməyə təqdim olunan materiallara barəsində inzibati icraat aparılan şəxsi tanış etmə haqqında” 20 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Gəncə şəhəri BPİ-in 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X8 hazırki inzibati iş üzrə Şəxs barəsində tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlərlə tanış etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs materiallarla tanış olmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal onun səmimi peşmançılığıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 535.1-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. İnzibati həbsin əvvəli 20 oktyabr 2023-cü il tarixdən, saat 18:15-dən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 20 oktyabr 2023-cü il tаrixdən, saat 18:15-dən hesablansın. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna təqdim edilsin. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X9 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar