Məhkəmə qərarları › İş №3(125)-2685/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2685/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2685/2023 20.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Gəncə şəhəri BPİ-in 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Daşkəsən, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Qabaqtəpə Ərazi Dairəsi, Təzəkənd kəndində qeydiyyatda olan və Göygöl rayonu, Bəhrəmbağ kəndində yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri BPİ-in 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokolda qeyd edilir ki, Şəxs ictimai qaydanı pozaraq xuliqanlıq etməsi və polisin qanuni əmrinə tabe olmaması müəyyən edilmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, əvvəllər oğurluq etdiyinə görə məhkum edilmişdir. X4 onun iş yoldaşıdır və onu 9 ay müddət olar ki, tanıyır. 19 oktyabr 2023-cü il tarixində “Vüsal” şadlıq sarayında işlərini görüb çıxdıqdan sonra Elvin İsmayılov ilə birlikdə spirtli içki qəbul etmişlər. Evə gedən zaman marketə daxil olaraq siqaret, həmçinin yenədə spirtli içki almışlar. Daha sonra Elvin İsmayılov ona tualetə getmək istədiyini bildirmiş və onlar avtomobil ilə Peşə liseyinin həyətinə daxil olmuşlar. Məktəb rəhbərliyi tərəfindən liseyin inzibati ərazisindən kənarlaşdırılmalarına baxmayaraq, təkrarən liseyin inzibati ərazisinə daxil olmuşlar. Gecə saatlarında dostu ilə birlikdə maşının üstündə sadəcə olaraq spirtli içki qəbul etmişlər. O, nalayiq ifadələr işlətməmişdir, ictimai qaydanı pozmamış və polisə tabesizlik göstərməmişdir. Odur ki, məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in 1-ci PŞnin İTB-nin polis sahə rəisi, polis mayoru X9 inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin İTB-nin YYÇPİTQ-nin baş inspektoru, polis mayoru X6 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 07:56 radələrində Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin inzibati ərazisində olan əvvəllər tanıdığı Peşə liseyinin direktoru Azər Rüstəmov mobil telefon ilə ona məlumat verərək, liseyin həyətinə tanımadığı 2 nəfər şəxsin avtomobil ilə girərək icazəsiz daxil olduğunu, lakin məktəb rəhbərliyi tərəfindən kənarlaşdırıldıqdan sonra təkrar liseyin inzibati binasına daxil olaraq kobud şəkildə tualetdən istifadə edəcəyini bildirmiş, bu səbəbdən də polis yaxınlaşmasını istədiyini bildirmişdir. Bu barədə dərhal əməliyyat qrupunun üzvləri polis leytenantı Nəsib Qəmbərov və polis leytenantı Fərdi Azadlı ilə birlikdə hadisə yerinə gedilərək, həmin şəxslərin Peşə liseyinin direktoru Azər İbrahimov ilə mübahisə etdiyini görmüşlər və daha sonra özlərini təqdim etdikdən sonra adları sonradan onlara məlum olan X4 və Şəxs ictimai qaydanı kobud şəkildə pozaraq nalayiq ifadələr işlətməyə başlamışlar. Onları nizam-intizama dəvət etsələr də, polisin qanuni tələblərini kobud şəkildə pozaraq öz hərəkətlərini davam etdirmişlər. Həmin şəxsləri Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nə gətirərək, Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin polis sahə rəisi, polis leytenantı X5 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixində 2 nəfər şəxsin Peşə liseyinin inzibati ərazisinə daxil olması barədə liseyin direktoru Azər Rüstəmov məlumat vermişdir. Dərhal o, xx.xx.2023-cü il tarixində əməliyyat qrupu ilə birlikdə Peşə liseyinə yaxınlaşmışdır. Bu zaman 2 nəfər şəxsin Azər Rüstəmov ilə mübahisə etdiyini, ünvansız nalayiq söyüşlər işlətdiyini görmüşlər. Onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra adları sonradan onlara məlum olan X4 və Şəxs onların qanuni tələblərinə kobud şəkildə tabe olmamış, eyni zamanda Şəxs avtomobili işə salaraq ərazidən qaçmaq və uzaqlaşmaq istəmişdir. Bu zaman həmin ərazidə olan avtomobilə ziyan vurmuşdur. X4 və Şəxs saxlanılaraq Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nə gətirilmişlər. Eyni zamanda həmin şəxslər orta dərəcəli sərxoş olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin İTB-nin YYÇPİTQ-nin inspektoru, polis kapitanı X1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixində saat 08:00 radələrində onunla birgə işləyən 1-ci PŞ-nin YYÇPİTQ-nin baş inspektoru X15 liseyinin direktoru Azər Rüstəmovla 2 nəfər şəxsin mübahisə etdiklərini, həmin şəxslərin nalayiq ifadələr işlətdikləri, eyni zamanda tabesizlik göstərdiklərini bildirərək, kömək istəmişdir. O, həmin yerə yaxınlaşaraq özünü təqdim etmiş və adları ona daha sonra məlum olan X4 və Şəxs polisin qanuni tələblərinə tabe olmamış, eyni zamanda Şəxs avtomobili işə salaraq həmin ərazidən uzaqlaşmaq istəmişdir. Bu zaman həmin avtomobilə və həmin ərazidə olan avtomobilə ziyan dəymişdir. X4 və Şəxs dərhal saxlanılaraq, Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nə gətirilmişdir. İş materiallarına əlavə edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 3290/2023 nömrəli, protokoldan görünür ki, Şəxs ağızdan alkoqol və ya digər maddənin iyisini gəlmir, ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. 20 oktyabr 2023-cü il tarixli, ******* nömrəli protokoldan görünür ki, Şəxs ictimai qaydanı pozaraq xuliqanlıq etməsi və polisin qanuni əmrinə tabe olmaması müəyyən edilmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Həbsə alma və həbsdə saxlamanın əsaslı olduğunu təsdiq etmək üçün məhkəməyə təqdim olunan materiallara barəsində inzibati icraat aparılan şəxsi tanış etmə haqqında” 20 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Gəncə şəhəri BPİ-in 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X7 hazırki inzibati iş üzrə Şəxs barəsində tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlərlə tanış etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs materiallarla tanış olmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. İş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 535.1-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. İnzibati həbsin əvvəli 20 oktyabr 2023-cü il tarixdən, saat 18:30-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 20 oktyabr 2023-cü il tаrixdən, saat 18:30-dan hesablansın. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim edilsin. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X8 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar