Məhkəmə qərarları › İş №3(125)-269/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-269/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-269/2025 24.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22856223 nömrəli, xx.xx.2024-cu il tarixli, EQ 23292782 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 23417584, xx.xx.2024-cü il tarixli EQ 23843772, xx.xx.2024-cü il tarixli EQ 24409730 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 24706262 saylı və xx.xx.2024-cü il tarixli EQ 25035802 saylı inzibati tənbeh vermə haqqında qərarlardan X2 tərəfindən verilmiş şikayəti və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdi: X2 şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22856223 nömrəli, xx.xx.2024cu il tarixli, EQ 23292782 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 23417584, xx.xx.2024-cü il tarixli EQ 23843772, xx.xx.2024-cü il tarixli EQ 24409730 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 24706262 saylı və xx.xx.2024-cü il tarixli EQ 25035802 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X2 tərəfindən hazırki şikayətə 5-dən çox qərar əlavə edilmişdir. Həmin qərarlardan şikayətə bir məhkəmə icraatında baxılması qeyri mümkündür. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X1 mübahisələndirdiyi qərarlar müxtəlif tarixlərdə qəbul edilmişdir. X2 tərəfindən hazırki şikayətə sözügedən qərarların surəti əlavə edilsə də, nə şikayətin məzmununda qərarın ona rəsmi qaydada hansı tarixdə təqdim edilməsi qeyd edilməmiş, nə də buna dair sübut şikayətə əlavə edilməmişdir. Şikayət isə xx.xx.2025-ci il tarixdə tərtib olunaraq, məhkəməyə təqdim edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar ona qanunla müəyyən edilmiş müddət ərzində təqdim edilmişdirsə, onun inzibati tənbeh vermə haqqında qərarlardan şikayət vermə müddətini ötürdüyü müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərarın şəxsə rəsmi qaydada təqdim edildiyi vaxt dəqiq müəyyən edildikdən və şikayətin qanunla müəyyən edilmiş müddət ərzində verildiyi müəyyən olunduqdan və eyni icraatda 5-dən çox inzibati tənbeh vermə haqqında qərara münasibətdə baxılıb fərqli qərarlar qəbul edilməsi mümkün olduğundan, məhkəmə hesab edir ki, qərarlardan verilmiş şikayət hər qərara münasibətdə ayrı-ayrı verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22856223 nömrəli, xx.xx.2024-cu il tarixli, EQ 23292782 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 23417584, xx.xx.2024-cü il tarixli EQ 23843772 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 24409730 nömrəli, xx.xx.2024-cü il tarixli EQ 24706262 nömrəli və xx.xx.2024-cü il tarixli EQ 25035802 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar