Məhkəmə qərarları › İş №3(125)-2699/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2699/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2699/2025 22.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il Noemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Gəncə şəhəri, Əriklik bağı sahəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 22 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqsinə əsasən MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesirindən Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisində yerləşən və xüsusi mülkiyyət nüququ üzrə tələbkar X4 məxsus olan 1,0 ha torpaq sahəsində borclular X8, X11, Şəxs, X9, X5, X10 və X12 tərəfindən inşa edilmiş özbaşına tikintilər borcluların hesabına sökülməlidir, borclular, həmçinin tələbkarın mülkiyyət hüququnun reallaşmasına maneə törədən şəxslər borcluların zəbt etdikləri torpaq sahəsindən çıxarılmalı və borcluların zəbt etdikləri torpaq sahəsi boşaldılaraq tələbkar X4 təhvil verilməlidir. Gəncə Şəhər Məhkəməsinin Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və müxtəlif tarixlərdə inzibatı məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar borcluya təqdim edilmiş, eyni zamanda izahatı alınmış. Bundan əlavə tələbin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən tələbi icra etməyəcəyini bildirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirmişdir ki, Şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqsinə əsasən MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesirindən Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisində yerləşən və xüsusi mülkiyyət nüququ üzrə tələbkar X4 məxsus olan 1,0 ha torpaq sahəsində borclular X8, X11, Şəxs, X9, X5, X10 və X12 tərəfindən inşa edilmiş özbaşına tikintilər borcluların hesabına sökülməlidir, borclular, həmçinin tələbkarın mülkiyyət hüququnun reallaşmasına maneə törədən şəxslər borcluların zəbt etdikləri torpaq sahəsindən çıxarılmalı və borcluların zəbt etdikləri torpaq sahəsi boşaldılaraq tələbkar X4 təhvil verilməlidir. Gəncə Şəhər Məhkəməsinin Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və müxtəlif tarixlərdə inzibatı məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar borcluya təqdim edilmiş, eyni zamanda izahatı alınmış. Bundan əlavə tələbin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən tələbi icra etməyəcəyini bildirmişdir. Qeyd edilənləri əsas gətirib Şəxs barəsində tərtib edilmiş protokolun təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisində yerləşən tikinti ona məxsusdur. Həmin tikinti onundur, orada başqa heç kim yaşaya bilməz. O, həmin torpaq sahəsinin boşaldılaraq tələbkar X4 təhvil verilməsinə icazə vermir. Qeyd edir ki, Venera ilə aralarında razılıq ola bilərdi, lakin Venera xanım torpağın sotuna çox pul tələb edir. Belə ki, Venera əvvəllər 20000, sonra isə 10000 manata razılaşacağını bildirmiş, lakin bu məbləğlərlə razı deyil, o, torpağın sotuna 2000 manat verə bilər. Sonda qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. -İş materiallarına əlavə edilmiş 22 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. -İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə iddiaçı X4 məxsus olan 1,0 ha torpaq sahəsində cavabdehlər X8, X11, Şəxs, X9, X7, X10 və X12 tərəfindən inşa edilmiş özbaşına tikintilər cavabdehlərin hesabına sökülməsi, cavabdehlər, həmçinin iddiaçının mülklyyət hüququnun reallaşmasına maneə törədən digər şəxslər cavabdehlərin zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları və cavabdehlərin zəbt etdikləri torpaq sahəsinin boşaldılaraq iddiaçı X4 verilməsi qət edilmişdir. -Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi icraata qəbul edilmişdir. -İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, icra vərəqəsinin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisində yerləşən və xüsusi mülkiyyət nüququ üzrə tələbkar X4 məxsus olan 1,0 ha torpaq sahəsində inşa edilmiş özbaşına tikinti sökülməmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs cəzasını yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar