Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2702/2025 07.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə şəhəri Yanğından Mühafizə Cəmiyyətinin sədri Nümayəndə iştirakı ilə, Gəncə şəhəri Yanğından Mühafizə Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyənetdi: Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Gəncə şəhəri Yanğından Mühafizə Cəmiyyəti verilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı bugünədək təqdim etməmişdir. Bununla da hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə şəhəri Yanğından Mühafizə Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirdi ki, Gəncə şəhəri Yanğından Mühafizə Cəmiyyətinə məxsus CHANQAN QİYAN Q. (05 H.20224 il buraxılışı, ağ rəngli) markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat mövcuddur. Onlar həmin nəqliyyat vasitəsinin sürücsü barədə məlumatı polis şöbəsinə göndərmişlər. xx.xx.2025-ci il tarixdə gedib, bütün cərimələri ödəyib. Lakin buna baxmayaraq Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları həmin məlumatları əldə etməsi üçün ətraflı araşdırma aparmamış, Gəncə şəhəri Yanğından Mühafizə Cəmiyyətinin barəsində əsassız protokol tərtib etmişdir. İş materiallarından görünür ki, Gəncə şəhər BPİ-nin DYPŞ tərəfindən xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri Yanğından Mühafizə Cəmiyyətinə sorğu məktubu ünvanlamış və həmin məktubda xx.xx.2025-ci il tarixdə saat 12:52-də Gəncə şəhəri Yanğından Mühafizə Cəmiyyətinin barəsində AR İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi haqqında İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, nümayəndələrinin on gün müddətində Gəncə şəhər BPİ DYPŞ-nə gəlməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan X1 Mühafizə Cəmiyyətinin sədri Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixli Gəncə şəhər BPİ-nin DYPŞ-ə ünvanlanmış məktubla bildirilmişdir ki, X1 Mühafizə Cəmiyyətinin balansında olan ** AA *** dövlət qeydiyyat nömrə nişanlı (CHANQAN QİYAN Q. 05 H.2024 il buraxılışı,ağ rəngli) nəqliyyat vasitəsi-avtomobil xx.xx.2024 cü il tarixdən xx.xx.2025-ci il tarixədək Nümayəndə həvalə olunub. Hazırkı iş üzrə Gəncə şəhər DYPŞ-nin sorğu məktubu X1 Mühafizə Cəmiyyətinin ünvanlansa da, həmin sorğunun faktiki olaraq hüquqi şəxsə göndərilməsini və hüquqi şəxsin vəzifəli şəxsi tərəfindən qəbul olunmasını təsdiq edən mötəbər sənəd əlavə olunmamışdır. Belə ki, poçt xəbərnaməsində həmin sorğunun kim tərəfindən qəbul edilməsini aydınlaşdırmaq mümükün deyil (oxunmur), bunu sübut etməyə borclu Gəncə şəhər DYPŞ isə məhkəmə iclasında iştirak etməyərək hər hansı əlavə sübut təqdim etməmişdir. Bundan başqa yuxarıda göstərilən qanunvericiliyin normasından da göründüyü kimi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən inzibati xəta törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə dərhal sorğu göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsin müvafiq vəzifəli şəxsinə təqdim olunmalı və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Beləliklə, məhkəmə iclasında Gəncə şəhəri Yanğından Mühafizə Cəmiyyətinə sorğunun vaxtında göndərilməsi və müvafiq vəzifəli şəxsi tərəfindən qəbul olunması sübut olunmamaqla, eyni zamanda Gəncə şəhəri Yanğından Mühafizə Cəmiyyəti tərəfindən sürücü barəsində olan məlumatlar bağlı Gəncə şəhər BPİ-nin DYPŞ-ə məlumat verilməsi müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Gəncə şəhəri Yanğından Mühafizə Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Gəncə şəhəri Yanğından Mühafizə Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(125)-2702/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2702/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver