Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2705/2024 06.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Salmanzadə Ülkər Hikmət qızının katibliyi, X10 protokol tərtib etmiş şəxs Daşkəsən rayon Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X2 iştirakı ilə, X3 Daşkəsən rayon X9 X11 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon X9 X11 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X1 rayon X9 X11 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1 və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. X7 hesab edir ki, qeyd edilən qərar əsassız və qərəzlidir. Belə ki, o, hərbi hissədə manqa komandiri vəzifəsində çalışır və ümumiyyətlə vəzifəsi ilə əlaqədar spirtli içki qəbul etmir. xx.xx.2024-cü il tarixdə saat 09-45 də o, işdən çıxıb Gəncə şəhərində yerləşən yaşadığı evə gələn zaman Yol polisi tərəfindən saxlanılaraq sərxoş olduğunu bildirmişlər. O isə etiraz edərək həkimdən müayinədən keçirilməyini tələb etmişdir. Bundan sonra, onun idarə etdiyi Opel Astra markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilini cərimə meydançasına aparmışlar. O yenə də həkim müayinəsindən keçirilməyini tələb etdikdə onlar ona tərəf çönüb “artıq gecdir”deyib getmişlər. O isə sərxoş olmadığına əmin olduğu üçün və polis əməkdaşları tərəfindən onun sərxoş olmağı barədə qeyri-qanuni olaraq protokol tərtib etdiklərinə görə Gəncə şəhər Narkoloji Dispanserdən keçərək sərxoş olmadığı barədə xx.xx.2024-cü il tarixli 2102 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı almışdır. Ona məlum olmayan səbəbdən o, həkim müayinəsindən keçirilmədən barəsində X10 protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli X10 potokol və Qərar əsassız olduğu üçün ləğv edilməlidir. Onun mülkiyyət hüququ pozularaq bir ay ərzində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək avtomobili cərimə meydançasında saxlanılmışdır. 01 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş şikayətçi X7 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X10 protokol tərtib etmiş şəxs Daşkəsən rayon Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X4 bildirdi ki, şəxsin saxlanmasının və inzibati məsuliyyətə cəlb edilməsinin videogörüntüsünü əks etdirən DVD diski məhkəməyə təqdim edir və X3 barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayət vermiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə qərardan şikayət vermiş şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş: X3 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1 və 342.2.2-ci maddələri ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Alkotester qəbzindən görünür ki, X3 nəfəsində alkoqol miqdarı 0.934 promil müəyyən edilmişdir. Məhkəmə iclasında Daşkəsən rayon Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X4 tərəfindən təqdim edilmiş DVD diskə baxış keçirilmişdir. Diskə baxış zamanı müəyyən olunmuşdur ki, o, spirtli içki qəbul etməsini etiraf etmiş və barəsində tərtib olunan protokolu imzalamışdır. 26 may 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X7 müayinə edilmiş və onun ayıq olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, X3 şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində X10 iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1 və 342.2.2-ci maddələri ilə təqsirli bilinməsinə dair X10 iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X3 təqsiri təsdiq olunur. Beləliklə, X3 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş materiallarına baxış keçirərkən müəyyən etmişdir ki, şikayətçinin məhkəmə iclasında və şikaət ərizəsində bildirdikləri iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, o, şikayətində yol-patrul xidməti əməkdaşlarından onun müayinəyə aparılmasını tələb etməsini qeyd etsə də, videomateriala baxış zamanı bu fakt öz təsdiqini tapmır, əksinə alkotester müayinə qəbzinə imza atması və etirazının olmaması barədə həmin qəbzə qeyd daxil etməsi müəyyən edilmişdir. Bu ziddiyyət özü özlüyündə 26 may 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının mötəbərliyini də şübhə altına alır. Buna görə də, X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2705/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2705/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver