Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2707/2024 19.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə X5 Gəncə şəhər X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 28 noyabr 2023-cü il tarixdə Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi ilə hərəkətdə olarkən qarşı tərəfdən avtomobili idarə edən Gəncə şəhər sakini X1 idarə etdiyi Mersedes Benz C180 minik markalı ** CR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə ilk növbədə X3 idarə etdiyi Chevrolet Cruze markalı avtomobillə sonra isə onun idarə etdiyi Mersedes markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobillə sonra isə X4 idarə etdiyi Vaz 21043 markalı, 90BB 283 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bundan sonra o və X6 şəhər TTY-xəstəxanasına müraciət etmişlər. İş materiallarında baş vermiş hadisənin görüntüləri öz əksini tapmış və CD Disk Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsinin icraatında olan işə əlavə edilmişdir. Lakin buna baxmayaraq ekspertiza tərəfindən onun hərəkətlərində yol hərəkəti haqqında qanunun tələblərinin pozulması olması ilə bağlı gəldiyi nəticə tam əsassızdır. Tərəfindən iş araşdırılakən ekspertiza keçirilməsi barədə bildirilsədə təkrar ekspertizanın keçirilməsi təmin edilməmişdir. Bununla bağlıda məhkəməyə müraciət edərək iş üzrə obeyktiv araşdırmanın aparılması üçün iş üzrə şikayət ərizəsinin dəlillərinin araşdırılması, təkrar ekspertizanın keçirilməsi və ekspertin ilk olaraq məhkəməyə çağrılaraq məhkəmə zalında dinlənilməsi zəruridir. Bu baxımdan da hesab edir ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsi tərəfindən qəbul edilmiş 01 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir, bundan sonra iş üzrə ona inzibati tənbehin tətbiq edilməsi bildirilmiş və hazır ki, mübahisələndirilən qərar qəbul edilmişdir. Bu baxımdan məcburiyyət qarşısında qalaraq barəsində tətbiq edilmiş əsassız tətbiq edilmiş inzibati tənbehin tətbiqi barədə qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhər X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X8 xx.xx.2023-cü il tarixində saat 16:46-da İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Gəncə şəhər X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X8 xx.xx.2023-cü il tarixində saat 16:46-da İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, iş materiallarına hadisənin video görüntüsü əlavə edilmişdir. Məhkəmə yol-nəqliyyat ekspertizasının xx.xx.2024-cü il tarixli qərarına əsasən X5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına şəkil və video görünütü əlavə edilməmişdir. Rədd materialı alınsa da rədd materialında video görüntü müəyyən edilməmişdir. Halbuki rədd materialında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 mart 2024-cü il tarixli qərarda məhz video görüntüyə istinad edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 xx.xx.2023-cü il tarixində saat 16:46-da İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İnzibati xəta haqqında qərar Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 mart 2024-cü il tarixli qərara əsaslanmışdır. Məhkəmə hesab edir ki, Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 mart 2024-cü il tarixli qərarla şəxsin X5 əməlində İXM-nin 327.1-ci maddəsinin tərkibi olması ekspertiza rəyinə əsaslanmışdır. Lakin Məhkəmə yol-nəqliyyat ekspertizasının xx.xx.2024-cü il tarixli qərarına əsasən X5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu qeyd edilmişdir. Bu hal özü özülyündə İXM-nin 327.1-ci maddəsinin tərkibini yaratmır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirli bilməyərək, onun əks istqiamtəli həərkət zolağına çıxmağına səbəb kimi digər maşının onu vurması və hava şarının açılması nəticəsində idarəetməni itirməsini göstərmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirlsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Gəncə şəhər X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə şəhər X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarla X5 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, Gəncə şəhər X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər X2ytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X5 inzibati xəta törətməsinə dair Gəncə şəhər X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər X13 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2707/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2707/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver