Məhkəmə qərarları › İş №3(125)-271/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-271/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-271/2022 27.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, zərər çəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Gəncə şəhəri Baş Polis İdarəsinin X7 şöbəsindən daxil olmuş materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Gəncə şəhəri Bağbanlar küçəsində hərəkətdə olan zaman “VAZ-2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Fiat Doblo” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı “VAZ-2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə İXP ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00-da sürücülük hüququ olmadan “VAZ-2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərər çəkmiş şəxs X1 idarə etdiyi “Fiat Doblo” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə “VAZ- 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri Bağbanlar küçəsində hərəkətdə olarkən “Fiat Doblo” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Həmin vaxt qeyd olunan nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmamışdır. Törətdiyi əmələ görə çox peşmandır. Ailə vəziyyətinin nəzərə alınaraq, onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 məhkəməyə ərizə təqdim edərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Bağbanlar küçəsində idarə etdiyi “Fiat Doblo” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ-2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Lakin, onun avtomobilinə maddi ziyan dəymişdir. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materialları ilə müəyyən olunur ki, VAZ-2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs sürücülük hüququ olmamışdır. “Avtomotoservis və ticarət Müəssisəsi”nin xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “Fiat Doblo” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1045 manat zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, məsuliyyəti ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar