Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2710/2023 24.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İHakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Gəncə şəhər, Məhsəti qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsində tərtib olunmuş material baxılması üçün 24 oktyabr 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib olunmuş 24 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində 28 May küçəsində Heydər Əliyev parkına gedərkən Post Patrul avtomobilini gördükdə yüksək səslə nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində 28 May küçəsində Heydər Əliyev parkına gedərkən Post Patrul avtomobilini gördükdə yüksək səslə nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o protokolda göstərilən əməli törətməmiş, ictimai qaydanı pozmamış, nalayiq ifadələr işlətməmişdir. O bölmədə olan zaman polis əməkdaşları onu döyərək xəsarət yetirmişlər. O bu barədə araşdırılma aparılmasını xahiş edir. O polisə hörmət edən şəxs olmuşdur. Heç zaman polisə qarşı nalayiq hərəkətlə etməz. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o həmin vaxt dostu Şəxsla söhbət etmiş, heç bir nalayiq ifadələr işlətməmişlər. Dostu edilən hərəkəti ona qarşı etmişdir. Polis əməkdaşı səhv başa düşmüşdür. Lakin polis əməkdaşları heç bir səbəb olmadan onları bölməyə aparmışlar. Bu zaman Post Patrulun əməkdaşları dostu Şəxs zor tətbiq etməklə onu avtomobilə əyləşdirərək Polis Bölməsinə aparmışlar. Polis Bölməsində dostu Şəxs döymüşlər. Ona qarşı heç bir təyziq olmamışdır. Onu polis əməkdaşları aparıb evə kimi yola salmışlar. Məkməmə iclasında raportu tərtib edən X3 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində 10 saylı marşurut üzrə xidmətdə olarkən ekipaj yoldaşı Akif Vəkilov ilə 28 May küçəsində hərəkətdə olarkən Göbələk kafesinin yanında olarkən iki nəfərin adları sonradan məlum olan Türkiyə vətəndaşı X6 və Azərbaycan vətəndaşı Şəxs oradan keçdiklərini görmüşlər. Şəxs bu vaxt post patrul maşınını görüb uca səslə nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Onlar Şəxs fiziki güc tətbiq edərək patrul maşınına əyləşdirmiş və 3-cü Polis Bölməsinin növbətçi hissəsinə təhvil vermişlər. İnzibati icraat aparılan şəxsi döyməmişlər. O orta dərcə alkqol sərxoşu olmuşdur. Müayinə üçün aparıldıqda da tez tez yerə yıxlırdı. Məkməmə iclasında PPXT əməkdaşı X4 da X3 ilə eyni məzmunda izahat vermişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3323/2023 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan Şəxs orta dərəcə alkoqol sərxoşu olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:30-da tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün özü etiraf etməsə də şahid ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Şəxs ifadəsində qeyd etdiyi halları məhkəmə məsuliyyətdən yayınmaq üçün vermiş olduğu ifadə kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat miqdarında cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2710/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2710/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver