Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2711/2024 06.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində qanunsuz olaraq İXM-nin 329.1-ci və 333.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixində Xaçmaz rayon polis mayoru X5 tərəfindən inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. O, bu qərarla razı deyil və qərar ləğv edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixində saat 11:16 radələrində Xaçmaz rayon, Nabran kəndi ərazisində Xaçmaz rayon DYP-i əməkdaşları tərəfindən **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən saxlanılmışdır. Polis əməkdaşları ona yaxınlaşaraq əllərində olan alkotester vasitəsi ilə yoxlanış aparmış və 0.53 promil içkili olduğunu bildirmişlər. Dəfələrlə içkili olmadığını bildirsə də, polis əməkdaşları tərəfindən avtomobil X6 aparılmış saxlanc üçün X4 həyətinə yerləşdirilmişdir. Etirazına baxmayaraq narkoloq həkimin müayinəsi təmin olunmamışdır. Məlumat üçün bildirir ki, Yalama kəndi ilə Xaçmaz rayon mərkəzi xəstəxanası arasındakı məsafə avtomobillə 50-60 dəq təşkil edir. Yalnız bundan sonra o, şəxsi təşəbbüsü ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına gedərək narkoloji müayinədən keçmiş (narkoloq rəyi ərizəyə əlavə olunur) narkoloq həkim rəyinə əsasən spirtli içkinin təsiri altında olmadığı, ayıq olduğu məlum olmuşdur. Bundan sonra yenidən X3yıdaraq avtomobilini tələb etmiş və polis əməkdaşları bölməyə gələrək (iddia etdiklərinə görə inzibati xətanı saat 11:00 da aşkar etmələrinə baxmayaraq) xx.xx.2024-cü il tarixdə saat 19:16 radələrində İX.M-nin 333.1-ci maddəsinə əsasən ona inzibati protokol tərtib etmişlər. Lakin İXM-nin 101.1-ci maddəsində inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməsi göstərilmişdir. Onun tərəfindən protokolda etiraz qeydləri aparılmış, orada hansı səbəbdən 11:15 radələrində saxlanıldığı təqdirdə inzibati xəta haqqında protokolun 19:16 radələrində tərtib olunma səbəbi və etirazlara baxmayaraq həkim narkoloq müayinəsindən keçirilməməyi hüquq və vəzifələrinin izah olunmaması göstərilməmişdir. Bu maddənin 100.1.8 maddəsində inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatların göstərilməli olduğu qeyd olunsa da, ona təqdim olunmuş protokol surətində və qərarda bu barədə heç bir qeyd yoxdur. O, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və şikayətçi X2 məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan: 10 may 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 19 iyun 2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, X2 ayıqdır. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X2 İXM-in 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. - 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin başverdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayətçi onun əməlində inzibati xəta tərkibinin olmamasını təsdiq təsdiq edən mötəbər sübutu (sərxoşluq vəziyyətinin müayinə aktını) məhkəməyə şikayət ərizəsinə əlavə edərək təqdim etmişdir. Həmin akta əsasən şikayətçinin barəsində protokol tərtib edildiyi gün ayıq olması müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2711/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2711/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver