Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2714/2023 24.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci və 346.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Gəncə Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: Gəncə Şəhər Məhkəməsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci və 346.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işin məhkəmə baxışına hazırlanması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında material məhkəmənin dəftərxanasına verilmiş, müvafiq qaydada baxılması üçün qeydiyyata alınaraq, icraata verilmişdir. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o iclasda iştirak etməmişdir. Məhkəmə iclas katibi protokolu tərtib etmiş şəxslə telefon əlaqəsi yaratmış, onun və barəsində icraat aparılan şəxsin iştirakının məcburiliyini ona bildirmişdir. Buna baxmayaraq, protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş və barəsində icraat aparılan şəxsin də iştirakını təmin edə bilməyəcəyini bildirmişdir. Bundan əlavə, barəsində icraat aparılan sürücülük hüququnun olmamasına dair müvafiq arayış iş materiallarına əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Barəsində icraat aparılan şəxsin iştirakı protokol tərtib etmiş orqan tərəfindən təmin edilmədiyindən işə mahiyyəti üzrə baxmaq mümkün olmamışdır. Bu baxımdan, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci və 346.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-ə geri qaytarılsın. Sədrlik edən: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2714/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2714/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver