Məhkəmə qərarları › İş №3(125)-2720/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2720/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2720/2024 15.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mustafa oğlunun iştirakları ilə, Şəxs Mustafa oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Mustafa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Vəzifəli şəxs Şəxs Mustafa oğlu direktoru olmaqla mebel istehsalı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Gəncə şəhəri, X10 küçəsi 72A ünvanında yerləşən "xxxx" MMC-də yoxlayıcı orqan olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsi tərəfindən təyin edilmiş xx.xx.2023-xx.xx.2023-cü il və xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə keçirilməli planlı yoxlamalar barədə məlumatlı olmasına baxmayaraq yoxlayıcı orqana yalan məlumat verərək yoxlamada iştirakdan yayınmaqla və səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməməklə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 4-4-cü maddəsi ilə müəyyən edilmiş iş saatları ərzində sahibkar tərəfindən yoxlayıcıların yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmasına və bilavasitə, yaxud səlahiyyətli nümayəndəsi və işçiləri vasitəsilə yoxlayıcıya yoxlama aparılmasına şərait yaratmaq vəzifələrini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4cü maddəsi ilə nəzərdə tutulmuş sahibkar tərəfindən yoxlama prosesində sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olma inzibati xətasını törətmişdir. Ona görə də Şəxs Mustafa oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunması xahiş edilmişdir. Məhkəmə iclasında Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X4 inzibat icraat haqqında qərarı müdafiə edərək, ona uyğun izahat verərək, qərarın təmin edilməsini xahiş etdi Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs Mustafa oğlu izahatında bildirdi ki, yoxlama aparılan tarixlərdə ölkə ərazisində olmamışdır. Ölkə ərazisində olsa da ya Bakıda, yada digər şəhərlərdə olmuşdur. Uzun müddətdir ki, biznes faəliyyəti ilə məşğul olur. Gəncə şəhərinə ən çox investsiya yatıran xarici biznesmendir.Onun yoxlama barədə məlumatı olsa da həmin tarixlərdə Gəncə şəhərində olmamışdır. O işdə olmayan zaman hər hansı səlahiyyətli nümayəndəsi onu əvəz etmir. Fövqəladədən şəxslər yoxalama üçün gəldikdən mühafizə ona xəbər vermiş, o isə mühafizəyə Fövqəladənin işçilərinə yoxlama üçün şərait yaradılmasını bildirmişdir. Lakin onlar yoxlama aparmadan getmişlər. Eyni zamanda Gəncə şəhər Məhkəməsinin 2022-ci il tarixli qərardadından görünür ki, yoxalma keçirilməsinə mane olma hərəkətlə törədilən inzibati xəatadır. Lakin o mane olma ilə bağlı heç bir hərəkət etməmişdir. Odur ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın nəzarəti şöbəsinin inspektoru daxili xidmət kapitanı X5 izahatında bildirdi ki, əvvəllər aparılmış yoxlama nəticəsində Şəxs Mustafa oğlunun əməlində İXM-nin 518.1-ci maddəsinin tərkibi olduğuna görə protokol tərtib edilmiş və həmin protokol məhkəmədə baxılaraq təmin edilmiş, Şəxs Mustafa oğlu cərimə edilmişdir. Ondan sonrakı, illərdə yoxlama aparılması ilə bağlı, 2023 və 2024-cü illərdə Şəxs Mustafa oğluna yoxlama üçün şərait yaradılması barədə məlumat göndərilsə də, Şəxs Mustafa oğlu ölkə xaricində olduğunu və yoxlamada iştirak edə bilməyəcəyini bildirmişdir. Şəxs Mustafa oğlunun direktoru olduğu "xxxx" MMC-yə yoxlama nəzərdə tutulan hər gün ərzində işçilərlə gedilmiş və bu barədə akt tərtib edilmişdir. Şəxs Mustafa oğlu böyük bir mebel fabrikini idarə edir və orda yanğın təhlükəsizliyi qaydalarına əməl etmək mütləqdir. Xırda bır hadisədə çox böyük itikilər yaşana bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, "xxxx" MMCnin mühafizəçisi vəzifəsində işləyir. X6 Xidmətinin əməkdaşları iki və ya üç gün şirkətə gəlmişlər. O da bu barədə Şəxs Mustafa oğluna məlumat vermiş, Şəxs Mustafa oğlu isə onlara şərait yaradılmasını bildirmişdir. X6 Xidmətinin əməkdaşları Şəxs Mustafa oğlunun və ya hər hansı bir səlahiyyətli nümayəndənin olması barədə soruşulmuş, o isə Şəxs Mustafa oğlunun və ya səlahiyyətli hər hansı bir nümayəndənin olmadığını bildirmişdir. Onlar isə ordan çıxıb getmişlər. İş materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış -Gəncə Şəhər Prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Mustafa oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati icraat başlanılmışdır. -xx.xx.2023-cü il tarixli 6040 nömrəli “Yanğın-texniki müayinənin aparılması haqqında” qərardan görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə "Ulusoy Group” MMC- də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsi tərəfindən plan üzrə yanğın-texniki müayinənin aparılması qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli FHN-nin DYNl-nin DYNX-nin məktubundan görünür ki, "xxxx" MMC-nin direktoruna xx.xx.2023-xx.xx.2023-cü il tarixdə MMC ərazisində yanğın-texniki müayinənin keçirilməsi ilə bağlı məlumat məktubu ünvanlanmış və məktubda sahibkar tərəfindən yoxlamanın aparılmasına şərait yaradılması, səlahiyyətli nümayəndənin ayrılması xahiş olunmuşdur. -xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixli 6040 nömrəli qərar əsasən xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığında Gəncə şəhəri, X10 küçəsi 72A ünvanında yerləşən “Ulusoy Group" MMC-də keçirilməli olan yanğın-texniki müayinələr ilə əlaqədar FHN əməkdaşları tərəfindən sahibkarlıq obyektinə gedilmiş, lakin sahibkar tərəfindən sahibarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə baxış keçirilməsinə şərait yaradılmamış, nəticədə İXM-nin 602.4-cü maddəsi ilə inzibati “Ulusoy Group" MMC barəsində inzibati protokol tərtib olunmuşdur. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-3369/2023 nömrəli qərardadından görünür ki, FHN tərəfindən tərtib edilmiş "Ulusoy Group” MMC tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 602.4-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair 14 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati protokola məhkəmədə baxılmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatlar protokola tam qeyd olunmadığından və habelə İXM-nin 602.4-cü maddəsi ilə vəzifəli şəxsin inzibati məsuliyyəti müəyyən edildiyi halda inzibati protokolun hüquqi şəxs barəsində başlaması əsası ilə inzibati protokol FHN-ə geri qaytarılmışdır. -Gəncə Şəhər Məhkəməsindən əldə edilmiş məlumata əsasən bundan sonra qeyd olunan inzibati xəta hadisəsi ilə əlqədar məhkəməyə inzibati protokol daxil olmamışdır. -xx.xx.2024-cü il taixli 2085 nömrəli "Yanğın-texniki müayinənin aparılması barədə” qərardan görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə "xxxx" MMC-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsi tərəfindən plan üzrə yanğın-texniki müayinənin aparılması qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən FHN-nin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə "Ulusoy Group” MMC-də yoxlamanın keçiriləcəyinə dair məlumat məktubuna cavab olaraq MMC-nin direktoru və nümayəndəsinin xx.xx.2024-xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasında olacağı bildirilmişdir. -xx.xx.2024-cü il tarixli KY242102830 nömrəli çıxarışdan görünür ki, xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə "Ulusoy Group” MMC-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsi tərəfindən plan üzrə keçirilməli olan yanğın-texniki müayinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. -xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, xx.xx.2024-cü il tarixli 2085 nömrəli qərara əsasən xx.xx.2024-xx.xx.2024-cü il tarix aralığında Gəncə şəhəri, X10 küçəsi 72A ünvanında yerləşən “Ulusoy Group" MMC-də keçirilməli olan yanğın-texniki müayinələr ilə əlaqədar FHN əməkdaşları tərəfindən sahibkarlıq obyektinə gedilmiş, lakin MMC-nin gözətçisi MMC ərazisində rəhbərliyin olmamasını bildirmiş, obyektdə yanğın-texniki müayinənin aparılmasına şərait yaradılmamışdır. -Şəxs Mustafa oğluna məxsus U21484290 nömrəli pasport üzrə sərhədkeçmə məlumatlarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ölkə ərazisindən çıxmış və xx.xx.2024-cü il tarixdə ölkə ərazisinə daxil olmuşdur. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemindən əldə edilmiş kommersiya qurumunun dövlət reyestr məlumatına əsasən "xxxx" MMC xx.xx.2020-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş idarəsində qeydiyyata alınmaqla ********** saylı VÖEN əsasında fəaliyyət göstərir, qanuni təmsilçisi və direktoru Şəxsdır. -U21484290 nömrəli pasport üzrə sərhədkeçmə məlumatlarından görünür ki, Şəxs xx.xx.2023 cü il tarixdə ölkə ərazisindən çıxmış, xx.xx.2023-cü il tarixdə ölkə ərazisinə daxil olmuşdur. Məhkəmə, proses iştirakçısının çıxışını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Mustafa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, barəsində icraat aparılan şəxsin ölkə xaricində olması səbəbi ilə xx.xx.2023-cü il xx.xx.2023-cü il tarixlərdə və xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yanğın-texniki müayinələrin keçirilməsində iştirak edə və şərait yarada bilməməsi barədə izahatında göstərdiyi xüsusatlar, sərhədkeçmə məlumatlarına əsasən sonuncunun 2023-cü il üzrə təyin edilmiş yoxlama tarixində bütünlüklə, 2024-cü il tarixə təyin edilmiş yoxlamanın isə son 2 günündə Azərbaycan Respublikası ərazisində olması ilə təkzib edilir. Eyni zamanda inzibati icraat aparlan şəxsin yoxlamaya mane olmanın yalnız hərəkətlə yerinə yetirilməsi və bu halın məhkəmə qərardadında öz əksini tapmasına münasibətdə isə məhkəmə qeyd edir ki, Gəncə şəhər məhkəməsinin hər hansı bir qərdadlndakı hüquqi mövqe məhkəmə üçün predusiyal əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olma həm hərkət həm hərəkətsizliklə yerinə yetirilə biləcək inzibati xətadır. Şəxs Mustafa oğlunun əvvəlcədən məlumat verilməsinə baxmayaraq özünün və ya hər hansı səlahiyyətli nümayəndəsinin təyin olmaması və baxış üçün şərait yaradılaaması məhz sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olması hərkətsizliklə törədilmiş inzibati xətadır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 4-4.1.2-ci maddəsinə əsasən sahibkarın iş saatları ərzində yoxlayıcıların yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmasına şərait yaratmaq; və həmin qanunun 4-4.1.3cü maddəsinə əsasən yoxlamanın başladığı və davam etdiyi müddətdə yoxlamada iştirak etmək və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmək vəzifəsi mövcuddur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Mustafa oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş sahibkar tərəfindən yoxlama prosesində sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olma inzibati xətasını törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemindən əldə edilmiş kommersiya qurumunun dövlət reyestr məlumatına əsasən "xxxx" MMC xx.xx.2020-ci il tarixdə 12 saylı Ərazi Vergilər Baş idarəsində qeydiyyata alınmaqla ********** saylı VÖEN əsasında fəaliyyət göstərir, qanuni təmsilçisi, direktoru Şəxsdır və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs Mustafa oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Mustafa oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Mustafa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1.000 (bir min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar