Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2723/2024 26.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsininin icra məmuru X1, zərərçəkmiş şəxslər X7, X2, X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024cü il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü AR-nın vətəndaşı, evli, ünvan 2 ünvanında yaşayan Şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)- 1585/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən hər ay iki uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq X5, Gəncə “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun 3240 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 10025 manat pul vəsaiti alınaraq X10, Gəncə şəhər 6 saylı Notariat Kontorunun 8İ-1562 saylı, xx.xx.2024- cü il tarixli icra sənədinə əsasən 5025 manat pul vəsaiti alınaraq X6, Gəncə şəhər 3 saylı Notariat ofisinin 8İ-940 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 4200 manat pul vəsaiti alınaraq X4 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıqlar göndərilmiş,borclu çağrışlara gəlməmiş axtarış vasitəsi ilə yeri müəyyən edilmişdir. Şəxs hazırda 7200 manat aliment borcu, X10 10025 manat, X13ma 3100 manat, X4 2400 manat pul borcu olmaqla ümumilikdə icra sənədləri üzrə 22725 manat borcu mövcuddur. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsininin böyük icra məmuru X9 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, lakin icra sənədini icra etməmişdir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, borcunu maddi imkanı zəif olduğu üçün ödəyə bilməmişdir. Uşaqlar onun yanında olduğu üçün X11 ondan aliment borcunu tələb etmir. X10 olan borcundan 400 manat, X6 olan borcundan 2325 manat, X4 olan borcundan isə 2200 manat ödəniş etmişdir. Qalan borcunu da qısa müddət ərzində ödəyəcəkdir. Qeyd edilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında online qaydada dindirilmiş zərərçəkmiş şəxs X11 zahat verərək Şəxs aliment borcundan imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 izahatında bildirmişdir ki, ona olan borcundan ödəniş edilməmişdir, hazırda da ona olan borcundan cəmi 400 azn ödəniş etmişdir. Qeyd edilən halları nəzərə alaraq qanuna uyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 ona olan borcundan ödənişlər edildiyini, hal-hazırda 2700 manat ödənilməmiş pulun qaldığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 olan borcundan ödənişlər edildiyini, halhazırda 2000 manat ödənilməmiş pulun qaldığını bildirmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1585/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən hər ay iki uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq X5 ödənilməlidir. Gəncə “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun 3240 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 10025 manat pul vəsaiti alınaraq X10 ödənilməlidir. Gəncə şəhər 6 saylı Notariat Kontorunun 8İ-1562 saylı, xx.xx.2024- cü il tarixli icra sənədinə əsasən 5025 manat pul vəsaiti alınaraq X6 ödənilməlidir. Gəncə şəhər 3 saylı Notariat ofisinin 8İ-940 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 4200 manat pul vəsaiti alınaraq X4 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)- 1585/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Gəncə şəhər 3 saylı Notariat ofisinin 8İ-940 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Gəncə “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun 3240 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Gəncə şəhər 6 saylı Notariat Kontorunun 8İ-1562 saylı, xx.xx.2024- cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan “bir neçə icraatın bir icraatda birləşdirilməsi haqqında” 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)- 1585/2015 saylı, xx.xx.2015-ci il tarixli, Gəncə “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun 3240 saylı, xx.xx.2024-cü il tarixli, Gəncə şəhər 6 saylı Notariat Kontorunun 8İ-1562 saylı, xx.xx.2024- cü il tarixli, Gəncə şəhər 3 saylı Notariat ofisinin 8İ-940 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materallarına əlavə edilmiş tələbin könüllü icra edilməsi haqqında xx.xx.2015-ci il, xx.xx.2022-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, borcluya məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş “borclunun axtarılması haqqında” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş elektron çıxarışdan görünür ki, Şəxs adına hər hansı bir əmlak mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, bugünədək icra sənədi üzrə borcundan çox az ödəniş etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi qismən ödənişlər edilməsini və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2723/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2723/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver