Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2724/2024 26.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Hüseynova (Qasımova) Maysara Musa qızının iştirakları ilə, xx.xx.1979-cu ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1894/2022 saylı icra sənədinə əsasən Şəxs hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment iddiaçı Hüseynova (Qasımova) Maysara Musa qızının xeyrinə tutulması qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək 3780 manat borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, hazırda alimenti vaxtlı-vaxtında hər ay ödəyir. Möhlət verilərsə, yığılmış borcunu da ödəyəcəkdir. 20 günə borcundan 1000 manat ödəməyə imkanı vardır. Məhkəmə iclasında tələbkar Hüseynova (Qasımova) Maysara Musa qızı izahatında göstərdi ki, uşaq 6 aydan bir müayinəyə gedir, sol böyrəyində böyümə vardır. Sonuncu dəfə 2020-ci ildə 500 manat, keçən ay isə 120 manat ödəmişdir. Borcunu ya indi ödəməli, ya da tutulmalıdır. İnzibati materiala əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1894/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin iddiaçı Hüseynova (Qasımova) Maysara Musa qızının xeyrinə tutulması qət edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1894/2022 saylı icra sənədini icra etməmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1894/2022 saylı icra sənədi üzrə icraat başlanmışdır. xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, icra sənədinin icrası məqsədi ilə Şəxs tələbin könüllü icrası barədə məlumatlandırılmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, borcu könüllü ödəməyəcəyi təqdirdə borcluya məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, borclu Şəxs İcra İdarəsinə dəvət olunmuş izahatı alınaraq, borcunu ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdar edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta İXM-in 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 15:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-2724/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2724/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver