Məhkəmə qərarları › İş №3(125)-2725/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2725/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2725/2023 25.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Gəncə şəhər DYP Yol patrul xidməti inspektoru polis serjantı Səmədli Mirnemət Hicran oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333-1.1-ci maddələrinə əsasən 21 oktyabr 2023-cü il tarixdə inzibati xəta haqqında İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə “Mersedes Benz 200” minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1986-cı il tarixdə ünvan 2 ünvanında yaşayan Şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop və ya güclü təsir göstərən digər maddələrdən istifadə olnması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, İXM-in 329.3-cü və 333-1.1-ci maddəsinin pozulamsı hallarına yol verilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Gəncə şəhər Baş Polis İdarəsinin nümayəndəsinin və barəsində icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Gəncə şəhər DYP Yol patrul xidməti inspektoru polis serjantı Səmədli Mirnemət Hicran oğlu tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokolla İXM-nin 329.3-cü və 333-1.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsi ilə xitam verilməlidir. İş materiallarında olan: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx.xx.2023-cü il tarixli 3265/2023 saylı aktdan görünür ki, Şəxs sidiyində THC aşkar edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 3(125)-2691/2023 nömrəli Qərarından görünür ki, Şəxs 21 oktyabr 2023-cü il tarixli İXP ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində inzibati xətanı törətmiş hesab edilərək 600 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində icraat aparılan şəxs eyni inzibati xətanı törətməsinə artıq bir dəfə tənbeh edildiyindən məhkəmə iş üzrə icraat xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xətanın törədilib törədilməməsi sübut edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda inzibati xəta haqqında icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333-1.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokol ləğv edilsin və inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən, on gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar