Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2728/2024 26.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X3 və X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 157-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokollar tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 16-da yaşayan X4 ilə aralarında yaranan mübahisə zamanı onun sifət nahiyəsinə şillə ilə vurmuş və xx.xx.2024-cü il tarixdə Ş.İ.Xətai prospektində yerləşən mağazaya girərək ucadan ünvansız və ünvanlı nalayiq ifadələr işlətmiş, xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, zərərçəkmiş şəxs Rövşən Zeynalovu vurmamışdır, maşınlarını ona məxsus mağazanın qabağında saxlamaqla bağlı mübahisə olmuşdur Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mağazaya girib söyüş söyərək onu şillə ilə vurmuşdur. Şikayətçi olduğunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, Şəxs mağazaya girərək ona qarşı nalayiq ifadələr işlətmişdir. Onu vurmaq istəyəndə Rövşən qabağa keçdikdə sonuncunu şillə ilə vurmuşdur. İnzibati materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 16-da yaşayan X4 ilə aralarında yaranan mübahisə zamanı onun sifət nahiyəsinə şillə ilə vurmuşdur. İnzibati materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ş.İ.Xətai prospektində yerləşən mağazaya girərək ucadan ünvansız və ünvanlı nalayiq ifadələr işlətmiş, xırda xuliqanlıq etmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-nin 2-ci X7 Bölməsinin xx.xx.2024cü il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Zərərçəkmiş şəxs X1 2-ci Polis Şöbəsinə verdiyi şikayət ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs adlı şəxsin Ş.İ.Xətai prospektində yerləşən işlədiyi mağazaya gələrək dayısı oğlu Zeynalov Rövşənin yanında ucadan qışqıraraq nalayiq ifadələr işlətməsini, həm ünvansız, həm də ona və şəhid olmuş qardaşına söydüyünü əsas gətirirək şikayətçi olduğunu göstərmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci və 510cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla və zərərçəkmiş şəxslərin izahatları ilə tam sübuta yetir, Şəxs törətdiyi əməllər İXM-in 157-ci və 510-cu maddələri ilə düzgün tövsif olunmuşdur. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İXM-in 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək, Şəxs ilk dəfə inzibati xəta törətməsini, törədilmiş inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs İXM-nin 157-ci və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində daha ciddi xətaya, yəni İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 157-ci maddəsi ilə barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-2728/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2728/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver