Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-274/2025 24.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Gəncə şəhər BPİ-in 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Samux rayonu, Alıuşağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Samux rayonu, Alıuşağı kəndində qeydiyyat olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Gəncə Şəhər Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün 24 yanvar 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-in 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib olunmuş 23 yanvar 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə iş yerində müştəri Ə.Əliyevanı nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-in 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 inzibati protokoldakı xüsusatları təsdiq edərək, izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixində istifadəsində olan mobil nömrəyə zəng edən şəxs özünü Əntiqə adı ilə təqdim edərək bildirmişdir ki, 38-ci Hərbi Şəhərcikdə yerləşən çörək bişirilən yerdə Niyaməddin adlı şəxs onu nalayiq ifadələr ilə təhqir edərək üzərinə hücum etmişdir. Həmin yerə getmiş və adı sonradan məlum olan Şəxs özünü təqdim edərək, PB-nə dəvət etmişdir. Əntiqə adlı şəxs müraciətinə şifahi olaraq baxılmasını tələb edərək, yaşlı qadın olduğu üçün təzyiqinin olması, əsəbləşdiyi üçün ərizə izahat verə bilməyəcəyini, özü Polis Bölməsinə gələcəyini bildirmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilir. Belə ki, başqa problemləri olduğuna görə çörək mağazasına çörək almağa gələn qadının üstünə qışqırmış, ona qarşı nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən peşimandır. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş: “İnzibati qaydada tutma haqqında” 23 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 23 yanvar 2025-ci il tarixdə saat 19:00-da tutulmuşdur. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi ictimai qaydanı pozması və beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. Belə ki, Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan nalayiq ifadələri qərəzli şəkildə və ucadan işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şəxs inzibati qaydada tutulduğundan və onun barəsində cərimə növündə tənbehin tətbiq edilməsi nəzərə alınaraq o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(125)-274/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-274/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver