Məhkəmə qərarları › İş №3(125)-2741/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2741/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2741/2023 15.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, “X5 sanayi ve Ticaret anonim şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DGK Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidmət mayoru, X1 tərəfindən tərtib edilmiş, hüquqi şəxs “X5 sanayi ve Ticaret anonim şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, 00900-00117/23 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan “X5 sanayi ve Ticaret anonim şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyinin ünvanına Türkiyə Respublikasından idxal olunan və Kİ484NG/TT9941 nömrə nişanlı nəqliyyat vasitəsində daşınan “barıtdan başqa, hazır partlayıcı maddələr” yükü xx.xx.2023-cü il tarixli **********9073 nömrəli gömrük bəyannaməsi tərtib edilərək, təyinatı üzrə Gəncə Gömrük idarəsinə (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı nümayəndəliyin ünvanına gələn “barıtdan başqa, hazır partlayıcı maddələr” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan şirkət tərəfindən bu təmin olunmamış və onunla da gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, 00900-00117/23 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində “X5 sanayi ve Ticaret anonim şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində aparılan araşdırma ilə əlaqədar olaraq nümayəndəliyin qeydiyyatda olduğu ünvanına 3-33-1600/2-004084/2023 saylı məktub göndərilərək xx.xx.2023-cü il tarixdə Gəncə Gömrük idarəsinə dəvət olunmuşdur. Lakin bu günə kimi nümayəndəliyin heç bir nümayəndəsi Gəncə Gömrük idarəsinə gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı rəsmi müraciət etməmişdir. Beləliklə, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan “X5 sanayi ve ticaret anonim şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən qısa idxal gömrük bəyannaməsinin təqdim olunması təmin olunmamışdır. Bununla şirkət İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “X5 sanayi ve ticaret anonim şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2023-cü il tarixli raportundan görünür ki “X5 sanayi ve ticaret anonim şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyinin ünvanına Türkiyə Respublikasından idxal olunan və Kİ484NG/TT9941 nömrə nişanlı nəqliyyat vasitəsində daşınan “barıtdan başqa, hazır partlayıcı maddələr” yükü xx.xx.2023-cü il tarixli **********9073 nömrəli gömrük bəyannaməsi tərtib edilərək rəsmiləşdirilmə üçün təqdim edilmişdir. Lakin sənədlərin ilkin yoxlanılması zamanı Rəsmiləşdirmə mərkəzinin inspektoru X2 tərəfindən məlum olmuşdur ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014cü il tarixli 263 nömrəli Qərarının tələbləri pozularaq “X5 sanayi ve ticaret anonim şirkəti” tərəfindən qısa idxal bəyannaməsi tərtib edilməmişdir. - xx.xx.2023-cü il tarixli **********9073 nömrəli Gömrük bəyannaməsindən görünür ki, “X5 sanayi ve Ticaret anonim şirkətinin” -nin ünvanına “barıtdan başqa, hazır partlayıcı maddələr” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Məhkəmə barəsində inzibati protokol tərtib ediləni, protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, “X5 sanayi ve ticaret anonim şirkəti” Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X5 sanayi ve ticaret anonim şirkəti” -nin ünvanına “barıtdan başqa, hazır partlayıcı maddələr” yükü Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Bununla da hüquqi şəxs “X5 sanayi ve ticaret anonim şirkəti”-nin İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs “X5 sanayi ve ticaret anonim şirkəti”-nin Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: “X5 sanayi ve ticaret anonim şirkəti” (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar