Məhkəmə qərarları › İş №3(125)-2751/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2751/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2751/2024 02.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən verilmiş şikayəti və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli MN ******* saylı tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə geri qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin mübahisələndirdiyi qərar 16 iyul 2024-cü il tarixdə qəbul edilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən hazırki şikayətə sözügedən qərarın surəti əlavə edilsə də, qərarın rəsmi qaydada hansı tarixdə təqdim edilməsinə dair sübut şikayətə əlavə edilməmişdir. Şikayət isə hansı tarixdə tərtib olunduğu qeyd edilmədən məhkəməyə təqdim edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar ona qanunla müəyyən edilmiş müddət ərzində təqdim edilmişdirsə, onun inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürdüyü müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərarın şəxsə rəsmi qaydada təqdim edildiyi vaxt dəqiq müəyyən edildikdən və şikayətin qanunla müəyyən edilmiş müddət ərzində verildiyi müəyyən olunduqdan sonra inzibati xəta haqqında qərardan verilmiş şikayətə baxılması mümkün ola bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1, 132.1.2 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar