Məhkəmə qərarları › İş №3(125)-2792/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2792/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2792/2025 24.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X6, zərərçəkmiş şəxslər X18 və X1 və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X14 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü AR-nın vətəndaşı, evli, ünvan 2 ünvanında yaşayan Şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)- 1585/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq X10 ,Gəncə “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun 3240 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 10025 manat pul vəsaiti alınaraq X15, Gəncə şəhər 6 saylı Notariat Kontorunun 8İ-1562 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 5025 manat pul vəsaiti alınaraq X11, Gəncə şəhər 3 saylı Notariat ofisinin 8İ-940 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 4200 manat pul vəsaiti alınaraq X7, Gəncə şəhər Məhkəməsinin 2(125)-360/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə isə 2155 manat pul vəsaiti alınaraq X2 ödənilməlidi. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıqlar göndərilmiş, borclu çağrışlara gəlməmiş, axtarış vasitəsi ilə yeri müəyyən edilmişdir. Şəxs hazırda 7200 manat aliment borcu, X15 9625 manat, X11 1000 manat, X7 2400 manat , X2 2155 manat pul borcu olmaqla ümumilikdə icra sənədləri üzrə 22380 manat borcu mövcuddur. Bununla da inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X14 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Şəxs X7 2400 manat borcundan 600 manat ödəmiş. O, zərərçəkmiş şəxslər X18 və X4 ilə hər ay borcunun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmişdir. Hazırda O, X15 borcundan 1300 manat, X2 isə borcundan 1000 manat ödəniş etmişdir. O, sonda iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun idarəyə axtarışla aparılmasının səbəbi Bakı şəhərində xəstəxanada olması olmuşdur. Onun oğlu yeddi aydır Bakıda xəstəxanada yatır. O, hazırda borcundan X15 1300 manat, X2 isə 1000 manat ödəniş etmişdir. Borcunun qalan hissəsini hər ay hissə-hissə ödəməklə bağlı onlarla razılığa gəlmişdir. Bundan başqa o, X11 1000 manat borcundan 400 manat, X7 isə 2400 manat borcundan 600 manat ödəniş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X18 izahatında bildirmişdir ki, Şəxs borcundan ona 1300 manat ödəniş etmişdir. Şəxs 8625 manat borcu qalmışdır. O, qalan borcunu növbəti iki ay 500 manat olmaqla, sonrakı aylarda isə 1000 manat olmaqla ödəyəcəyinə söz vermiş və onların arasında razılıq əldə olunmuşdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, Şəxs borcundan ona 1000 manat ödəniş etmişdir. Şəxs 1155 manat borcu qalmışdır. O, qalan borcunu növbəti bir ay 500 manat olmaqla, sonrakı aylarda isə 625 manat olmaqla ödəyəcəyinə söz vermiş və onların arasında razılıq əldə olunmuşdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: - Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1585/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 04 noyabr 2006-cı il təvəllüdlü X8 və 23 yanvar 2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X10 verilməsi qət edilmişdir. - İcraata başlamaq haqqında 10 iyun 2015-ci il tarixli qərardan görünür ki, xx.xx.2015-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - Gəncə şəhər 3 saylı Notariat ofisinin 8İ-940 saylı, xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, X5 xeyrinə Şəxs 4200 manat pul vəsaitinin tutulması qərara alınmışdır. - İcraata başlamaq haqqında 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - Gəncə “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun 3240 saylı, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, X13 xeyrinə Şəxs 10025 manat pul vəsaitinin tutulması qərara alınmışdır. - İcraata başlamaq haqqında 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, 16 fevral 2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - xx.xx.2024-cü il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildirişin borclu tərəfindən götürülməsi öz əksini tapmışdır. - “Borclunun axtarılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - Gəncə şəhər 6 saylı Notariat Kontorunun 8İ-1562 saylı, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, X3 xeyrinə Şəxs 5025 manat pul vəsaitinin tutulması qərara alınmışdır. - İcraata başlamaq haqqında 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, 22 aprel 2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - xx.xx.2024-cü il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildirişin borclu tərəfindən götürülməsi öz əksini tapmışdır. -Gəncə şəhər Məhkəməsinin 2(125)-360/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2155 manat pul vəsaitinin alınaraq X2 ödənilməsi qət edilmişdir. - İcraata başlamaq haqqında 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, 10 aprel 2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - xx.xx.2024-cü il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildirişin borclu tərəfindən götürülməsi öz əksini tapmışdır. -Gəncə Şəhər Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. -Zərərçəkmiş şəxs X13 24 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs ona borcundan 1300 manat ödəniş etmiş. Şəxs 8625 manat borcu qalmışdır. O, qalan borcunu növbəti iki ay 500 manat olmaqla, sonrakı aylarda isə 1000 manat olmaqla ödəyəcəyinə söz vermiş və onların arasında razılıq əldə olunmuşdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdirş -Zərərçəkmiş şəxs X1 24 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs borcundan ona 1000 manat ödəniş etmişdir. Şəxs 1155 manat borcu qalmışdır. O, qalan borcunu növbəti bir ay 500 manat olmaqla, sonrakı aylarda isə 625 manat olmaqla ödəyəcəyinə söz vermiş və onların arasında razılıq əldə olunmuşdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Şəxs 24 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, o, hazırda borcundan X15 1300 manat, X2 isə 1000 manat ödəniş etmişdir. Borcunun qalan hissəsini hər ay hissəhissə ödəməklə bağlı onlarla razılığa gəlmişdir. Bu məqsədlə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, tərəflərin ifadə və ərizələrindən də görünür ki, Şəxs borcundan 24 iyul 2025-ci il tarixdə X2 1000 (min) manat, X15 isə 1300 ödəniş etmiş və geri qalan məbləği hissə-hissə ödəyəcəyinə söz vermiş və aralarında razılıq əldə olunmuşdur. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxsin hərəkətlərində icra vərəqinin icrasında üzürsüz səbəbdən yayınmaya yönəlmiş hal mövcud deyildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar