Məhkəmə qərarları › İş №3(125)-2794/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2794/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2794/2025 25.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlu, Verdiyev Kənan inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Verdiyev Kənan iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 27 may 2025-ci il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində tərtib edilmiş EQ 28197143 nömrəli inzibati xəta haqqında protokolun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verdiyev Kənan şikayətini onunla əsaslandırmışdır ki, 27 may 2025-ci il tarixdə ona məxsus ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilə tətbiq olunan cərimə DYP-yə məxsus olmayan, “Təhlükəsiz şəhər” kamerası vasitsilə qeydə alınıb və protokolun tətbiq edildiyi ərazidə -Gəncə şəhəri, Heydər Əliyev prospektində heç bir dayanma və durma qadağa nişanı yoxdur. Bundan əlavə Verdiyev Kənan bildirir ki, yol səthində heç bir nişanlama və ya xətt (zolaq) yoxdur. Şikayətçi bildirir ki, o avtomobili saxladığı yerdə heç bir nəqliyyat vasitəsinin hərəkətinə mane olmamışdır və tətbiq olunan 2 cərimə balı və 86.40 AZN cərimə əsassızdır və hüquqi əsaslara söykənmir. Bu əsaslara görə, tətbiq olunan protokol və cərimənin hüquqi baxımdan düzgün olmadığını hesab etmiş və həmin protokolun ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Verdiyev Kənan tərəfindən inzibati xəta haqqında protokoldan (qərardan) verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsinə şikayətçi haqqında məlumat- şikayətçinin soyadı göstərilməmiş, həmçinin qeyd edilən EQ 28197143 nömrəli inzibati xəta haqqında protokol ( və ya qərar) və qeyd edilən qərarın nə zaman əladə edilməsi barədə hər hansı bir sənəd şikayətə əlavə edilməmişdir. Belə olan halda şikayətin qanunla müəyyən edilmiş müddətdə verilib verilməməsini müəyyən etmək olmur. Həmçinin şikayət ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməmiş, şikayətçi şikayət ərizəsini iddia ərizəsi formasında tərtib etmişdir. Belə olan halda şikayət ərizəsinə baxılıb hüquqi qiymət verilməsi mümkün deyildir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.6 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Verdiyev Kənanın 27 may 2025-ci il tarixli EQ 28197143 nömrəli inzibati xəta haqqında protokoldan (qərardan) verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar