Məhkəmə qərarları › İş №3(125)-2796/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2796/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2796/2025 24.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızını katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxslər Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 və Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X9 nümayəndəsi X1 , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci, 206-cı, 332.1-ci və 342.7-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Gəncə şəhəri BPİ-nin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri BPİ-nin 1-ci polis şöbəsinin İTB-nin polis sahə rəisi, X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci, 206-cı, 332.1-ci və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokollar tərtib edilərək baxılması üçün xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs “Mercedes Benz 221 Cdi” markalı avtomobillə Gəncə şəhəri, Atatürk prospektində hərəkətdə olduğu zaman Gəncə şəhər BPİ-nin DYP-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları Şəxs narkotik vasitədən istifadə etməsindən şübhələndikləri üçün onu narkoloji dispanserə aparmışlar və orada ondan götürülmüş sidik analizində narkotik maddə aşkar edilmişdir. Bununla da Elşad Əhmədovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inizbati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs “Mercedes Benz 221 Cdi” markalı avtomobillə Gəncə şəhəri, Atatürk prospektində hərəkətdə olduğu zaman Gəncə şəhər BPİ-nin DYP-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları Şəxs narkotik vasitədən istifadə etməsindən şübhələndikləri üçün onu narkoloji dispanserə aparmışlar və orada ondan götürülmüş sidik analizində narkotik maddə aşkar edilmişdir.Toplanmış materialda Şəxs əməlində cinayət tərkibi əlamətləri aşkar edilmədiyindən həmin fakta dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, inzibati protokol tərtib edilməsi üçün polis şöbəsinə göndərilmişdir. Bununla da Şəxs İXM-in 334-1.1-ci, 206-cı, 332.1-ci və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Sonda protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərini etiraf edərək bildirdi ki, o, xx.xx.2025-ci il tarixində dostuna məxsus avtomobil ilə Gəncə şəhəri, Atatürk prospektində hərəkətdə olan zaman YPX əməkdaşı onu saxlamış, o, polisin qanuni tələbinə tabe olub avtomobili saxlamış, qanunsuz tranzit avtomobil idarə etdiyi üçün onu saxladıqları izah edilmiş və sərxoş vəziyyətdə olmağında şübhələr yarandığı üçün Gəncə şəhər Narkoloji Dispanserə dəvət etmişlər. Narkoloji Dispanserdə olan zaman onun sidik nümunəsində THC(marixuana) aşkar edilmişdir. o, ekspert rəyi ilə tanış olmuşdur. O, 5-10 gün bundan qabaq nəşə çəkmişdir. Onun idarə etdiyi avtomobil dostuna məxsus olmuşdur. Onun sürücülük vəsiqəsi olmamışdır. Sonda o, əməlindən çox peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X9 nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, o,xx.xx.2025-ci il tarixində Gəncə şəhəri, Atatürk prospektində yerləşən 95 Aptekin yaxınlığında Mercedes E class markalı saxta 2012-ci il tarixli CV232 tranzit nömrəli avtomobil qarşısına çıxmış, bundan sonra müddət keçmə səbəbindən həmin avtomobili saxlamış və sürücü Şəxs yaxınlaşıb özünü təqdim etmişdir. Sürücü Şəxs özünü qeyri-adekvat apardığını görüb sərxoş vəziyyətdə olmasında şübhə yaranmış və bu səbəbdən Şəxs sərxoşluğunun müəyyən edilməsi məqsədilə Gəncə şəhər Narkoloji Dispanserə aparıb müayinədən keçirmişdir. Narkoloji dispanserdə Şəxs sidik nümunəsində THC(marixuana) aşkar edilmişdir. Şəxs idarə etdiyi avtomobil ona məxsus olmamışdır. Onun etibarnaməsi də olmamışdır. Sonda protokolun təmin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan məlum olur ki, cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 334-1.1-ci, 206-cı, 332.1-ci və 342.7-ci maddələrinin tərkibi olduğundan inzibati icrat açılması üçün qərar Gəncə şəhəri 1-ci PŞ-nin İTB-ə göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 24 iyul 2025-ci il tarixli 1159 nömrəli rəyindən görünür ki, Şəxs Narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, müayinə nəticəsində Şəxs sidiyində “THC” (marixuana) aşkar edilmişdir. - İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:30-da inzibati qaydada tutulmuşdur. -Elektron çıxarışdan görünür ki, Şəxs Vətən müharibəsi iştirakçısıdır. Bundan başqa Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda onun Azərbaycan Respublikasının İXM-nin 334- 1.1-ci, 332.1-ci və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İXM-nin 332.1-ci və 342.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxdığından, məhkəmə yalnız Azərbaycan Respublikasının İXM-nin 334-1.1-ci, 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Belə mövqe ondan irəli gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini dəqiq müəyyən etmişdir. Sözügedən maddəyə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır və bu işlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən edilir.” Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-in 334-1.1, 206-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün qismən etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlərlə tam şəkildə sübuta yetirilir və onun törətdiyi əməllər həmin maddələrlə düzgün tövsif olunmuşdur. Buna görə də Şəxs İXM-in 334-1.1, 206-ci maddələri ilə təqsirli bilinib tənbeh olunmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 334-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in dörd müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını və Vətən müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət edir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı və 334-1.1 maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 37.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması məhkəmə araşdırması zamanı müəyyən edilsə də, onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməməsi qənaətinə gəlindiyindən, İXM-in 37.2-cimaddəsinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin sanksiyası çərçivəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 300 (üç yüz) manat cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X10 Şöbəsinə göndərilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar