Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2797/2025 24.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi sahibkar, Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, 2-ci döngə ev 30 qeydiyyatda olan və Gəncə şəhəri, Yeni Gəncə massivi, Əriklik bağı ərazisində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, , Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 bu protokolu tərtib etmişdir, ondan ötrü ki, xx.xx.1992-ci il Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasnın vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs oğlundan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqsinə əsasən MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə tələbkar X3 məxsus olan 1,0 ha torpaq sahəsində borclular X4, X7, X1, X5, Şəxs, X6 və X10 tərəfindən inşa edilmiş özbaşına tikintilər borcluların hesabına sökülməli, borclular, həmçinin tələbkarın mülkiyyət hüququnun reallaşmasına maneə törədən şəxslər borcluların zəbt etdikləri torpaq sahəsindən çıxarılmalı, və borcluların zəbt etdikləri torpaq sahəsi boşaldılaraq tələbkar X3 təhvil verilməlidir. Gəncə Şəhər Məhkəməsinin Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və müxtəlif tarixlərdə inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar tərəfimizdən borcluya təqdim edilmiş, eyni zamanda izahatı alınmış. Bundan əlavə tələbin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən tələbi icra etməyəcəyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir icra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununlada borclu, tələbi qanunla müəyyən edilmiş müddətə təmin etməkdən boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 -ci nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 protokolda göstərilənlərlə eyni məzmunlu izahat verərək borclu tələbkarla razılığa gəlmək istədiyini, lakin ortaq məxrəcə gələ bilmədiklərini bildirmişdir. Məhkəməiclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs bildirdi ki, təxminən mübahisəli sahədə 9 ildir ki, bir neçə ailə yaşayır. Tələbkar V.R.Rüstəmova torpağın hər sotu üçün 20000 manat olmaqla ümumilikdə ******* manat tələb edir. Hələki razılıq əldə olunmamışdır. Məhkəmədən onlara vaxt verilməsini xahiş etmişdir. İş materiallarında olan: - Gəncə Şəhəri Nizami rayon Məhkəməsinin 2(044)- 93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqsinə əsasən MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə tələbkar X3 məxsus olan 1,0 ha torpaq sahəsində borclular X4, X7, X1, X5, Şəxs, X6 və X10 tərəfindən inşa edilmiş özbaşına tikintilər borcluların hesabına sökülməli, borclular, həmçinin tələbkarın mülkiyyət hüququnun reallaşmasına maneə törədən şəxslər borcluların zəbt etdikləri torpaq sahəsindən çıxarılmalı və borcluların zəbt etdikləri torpaq sahəsi boşaldılaraq tələbkar X3 təhvil verilməlidir. - xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişlərin surətindən görünür ki, borclu Şəxs icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs məhkəmə qərarının üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-2797/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2797/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver