Məhkəmə qərarları › İş №3(125)-2798/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2798/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2798/2025 18.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, X15 Xidmətinin nümayəndəsi Nümayəndə3, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X8, X1 nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, X3 X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 18 iyul 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 18 iyul 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” 18 iyul 2025-ci il tarixli MN № ******* nömrəli qərarı ilə o, Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Qərarda qeyd edilənlərə görə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq, Zərərçəkmiş şəxs əmək müqaviləsi qüvvəyə minmədən hər hansı işlər yerinə yetirilməsinə cəlb etmişdir. O, bununla razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsində hər hansı bir araşdırılma aparılmadan sözügedən qanunsuz qərar qəbul edilmişdir. Qərarda göstərilir ki, guya o, Zərərçəkmiş şəxs qanunsuz işə cəlb etmişdir, lakin bu həqiqətə uyğun deyil. Göstərilənlərə əsasən, onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin “İnzibati tənbeh vermə haqqında” 18 iyul 2025-ci il tarixli MN № ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şikayətçi X6 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirmişdir ki, o, hazırda 26 saylı uşaq bağçasında tərbiyəçi vəzifəsində işləyir. Bağçanın müdiri 01 may 2024-cü il tarixdən 19 avqust 2024-cü il tarixədək işdə olmadığı dövrdə o onu əvəz etmişdir. O, işlədiyi müddətdə heç bir qayda pozuntusu törətməmişdir. O, heç kimi əmək müqaviləsi olmadan işə cəlb etməmişdir. Sonda məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 vəkili Nümayəndə1 izahatında bildirdi ki, Əmək müfəttişliyi əsassız qərar qəbul etmişdir. Belə ki, Zərərçəkmiş şəxs həmin bağçada gözətçi kimi işləməsi halı sübut olunmur. Yəni, Zərərçəkmiş şəxs qeyri-rəsmi də olsa gözətçi kimi bağçada işləməmişdir. Qəbul edilmiş qərar əsassızdır və ləğv edilməlidir. Eyni zamanda o bildirdi ki, rayon (şəhər) Prokurorunun belə inzibati xəta haqında icraat başlamaq səlahiyyəti yoxdur, bu səbəbdən də qərar qanunsuz hesab edilməlidir. Məhkəmə iclaslarında iştirak etmiş X15 Xidmətinin nümayəndəsi Nümayəndə3 izahatında bildirdi ki, X3 barəsində Gəncə şəhər Prokurorluğundan daxil olmuş material əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı şahidlərin onlara verdikləri izahatı deyil, həmin şahidlərin prokurorluqda verdiyi izahatları əsas götürmüşlər. Hesab etmişlər ki, həmin şahidlər X5 məsuliyyətdən yayındırmaq üçün onlara bu cür izahat vermişlər. Ülviyyə xanım həm prokurorluqda, həm də Əmək Müfəttişliyində verdiyi ifadəsində Zərərçəkmiş şəxs açarları ona təhvil verdiyini bildirmişdir. Məhkəmədən şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X14 bildirmişdir ki, onun yoldaşı 2016-cı ildən heç bir əmək müqaviləsi bağlanmadan 26 saylı körpələr evi-uşaq bağçasında gözətçi vəzifəsində işləmişdir. İlk vaxtlar ona hər ay 100 manat, daha sonra isə 150 manat verilmişdir. O özü də yoldaşı ilə birlikdə işləmişdir. O, özünün və yoldaşının həmin bağçada işlə təmin edilməsini istəyir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş: - X3 barəsində tərtib edilmiş 18 iyul 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (ü min) manat inzibati cərimə olunmuşdur. - X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə verdiyi izahatından görünür ki, o, bağçada müdir işləyən zaman Zərərçəkmiş şəxs bağçada gözətçi kimi işlətmədiyini bildirmişdir. -X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsində verdiyi izahatından görünür ki, X3 Zərərçəkmiş şəxs bağçada gözətçi kimi işlətmədiyini bildirmişdir. -X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsində verdiyi izahatdan görünür ki, X3 Zərərçəkmiş şəxs bağçada gözətçi kimi işlətmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəflərin çıxışlarını və şahid ifadələrini dinləyib, şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında materialı nəzərdən keçirib, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir Belə ki vəzifəli şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair X15 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin tərəfindən qəbul edilmiş qərarda qeyd edilmişdir ki, vəzifəli şəxs X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq X13 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb etmiş bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. Lakin, bu faktlar məhkəmə iclasında araşdırılmış və müəyyən edilmişdir ki, X6 tərəfindən Zərərçəkmiş şəxs əmək müqaviləsi olmadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi sübuta yetirilmir. Vəzifəli şəxsin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibi olması üçün əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi lazım idi. İnzibati orqan qərar qəbul edərkən, şahidlərin X15 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsində verdiyi izahatlara deyil porokurorluqda verdikləri izahata əsaslanmışdır. Məhkəmə isə həmin halı əsassız hesab edir. Belə ki, iş materiallarından məlum olur ki, şahidlər prokurorluqda verdikləri ifadələrində Rəfayil Əliyevin qeyd edilən müəsissədə əmək müqaviləsi olmadan işlədiklərini qeyd etsələrdə, X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsində verdiyi izahatlarında bu faktı inkar etmişlər. Belə olan, halda qeyd edilən ziddiyətli və şübhəli məqamlar barəsində icraat aparılan şəxsin xeyrinə həll olunmalı olduğu halda əksinə mövqe nümayiş etdirilərək, Səbinə Qələndərova məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə , məhkəmə hesab edir ki, X3 təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib olunmuş 18 iyul 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul olunmuş 18 iyul 2025-ci il tarixli MN № ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Аpеllyаsiyа Məhkəməsinə şikаyət vеrilə bilər. Sədrlik edən: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar