Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-28/2025 03.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Gəncə şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X12 və Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs (VÖEN: **********, ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 64) (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC xeyrinə və maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi – direktoru X8 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) barədə bildiriş əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən MMC-nin Gəncə şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən binasında Şahid3 2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək həkim mamaginekoloq kimi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X20 Şəxs MMC tərəfindən əmək müqaviləsi olmadan Şahid3 2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək həkim mama-ginekoloq kimi işlərin yerinə yetirilməsinə cəlb edilərək MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və buna görə də Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi Nümayəndə Gəncə şəhər prokurorluğunun “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 16 dekabr 2024-cü il tarixli qərarı ilə razı olmadıqlarını, MMC-nin ginekoloq həkimlərinin olduğunu, MMC-nin Şahid3 kimi mama-ginekoloqa ehtiyacı olmadığını bildirmişdir. Belə ki, Şahid3 müalicə həkimi deyil, o, sadəcə ailə həkimidir. Şahid3 öz xəstələrini analiz vermək üçün X13 göndərmiş, yəni o, göndərən həkim olmuşdur. Belə olan halda Şahid3 ilə Şəxs arasında əmək münasibətlərinin mövcud olması faktı öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirdi ki, 2024cü ilin iyul ayında qayınanası onu ginekoloji yoxlanışdan keçməsi üçün Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-nin Ailə Sağlamlıq Mərkəzinə aparmış, həmin mərkəzdə həkim mama-ginekoloq Şahid3 qəbulunda olmuş, həkim ona “səndə ola bilər hamiləlik baş tutub sənə özüm baxaram” demişdir. O isə bunun mümkün olmadığını bildirmişdir. Həkim isə ona “sənin bilmədiyin bəzi şeylər var, sən hələ uşaqsan, mən sənə baxacam” demişdir. Saat 11 radələri olardı həkim ona “mərkəzdə şərait olmadığını, saat 13:00-da gedərsən "X19"ya orada sənə baxacam” demişdir. Elə bil ki, həkim həm bu Mərkəzdə, həm də X14 işləyir. Həmin gün o, X6 ödəniş edərək Şahid3 qəbuluna yazılmışdır. Həkimin qəbulunda başqa şəxs olduğundan o, növbədə gözləmiş və həmin şəxs çıxdıqdan sonra Niyar həkimin qəbulunda olmuş, problemlərini bildirmiş, sonra Şahid3 otaqda ginekoloji kresloda onu müayinə edən zaman o, etiraz etmiş və bundan sonra Niyar həkim ona baxmamış və onu Şəlalə həkimin yanına yazmış və saat 17:00-da onun yanına gəlməsini bildirmişdir. O, həmin gün Şahid3 yönləndirməsi ilə USM və laboratoriya müayinəsi üçün klinikada ödəniş etmişlər və həmin müayinələrdən keçmişdir. Ultra-səs müayinəsini Şəlalə Quliyeva etmişdir. Növbəti gün yenidən Niyar həkimin yanına gedən zaman həkim X9muş və onu orada qəbul etmişdir. Həmin vaxt ondan yaxma və sidik analizi götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək, bildirdi ki, xx.xx.2020-ci il tarixdən Gəncə şəhərində yerləşən X6 həkim radioloq işləyir. Şahid1 2024cü ilin iyul ayında klinikada qayınanası Şahid2 ilə birlikdə onun qəbulunda olmuşdur. Həmin xəstə əvvəlcə Ailə Sağlamlıq Mərkəzində Şahid3 qəbulunda olmuş, o, Şahid3 göndərişi əsasında xəstəni müayinə etmişdir. Şahid3 yalnız öz xəstələrini müşayət edən zaman gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək, bildirdi ki, Gəncə şəhər prokurorluğunda verdiyi izahatını təsdiq edir. Həkim Şahid3 adı klinikada əmək müqaviləsi olan həkimlərin siyahısında olmayıb. Həmin həkimi tanımır, belə ki, həmin həkim onlara xəstə göndərən həkim kimi olub. Həmin həkim onun rəhbərlik etdiyi klinikanın əmək müqaviləsi olan həkimi olmayıb. Gəncə şəhər prokurorluğuna verdiyi izahat isə aşağıdakılardan ibarətdir. O, 2019-cu il tarixdən X7 icraçı direktoru vəzifəsində işləyir. İşçilərin işə qəbul və işdən azad edilməsini o həyata keçirir. Şahid1 2024-cü ilin iyul ayında X10 USM və laboratoriya müayinələrindən keçmək üçün müraciət etmişdir. Həmin xəstə klinikaya Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-nin həkimi Şahid3 göndərişi əsasında daxil olmuşdur. Şahid3 göndərişi əsasında klinikada müayinədən keçən xəstələrdən əldə olunan gəlirin 20%-i Şahid3 verilir. Şahid3 bir sıra hallarda xəstələri müayinələrdən keçirtmək üçün özü də klinikaya gəlir. Şahid3 ilə və GBX PHŞ ilə klinika arasında əmək müqaviləsi və ya digər müqavilə bağlanmamışdır. Şahid3 klinikaya xəstə göndərsə də, klinikanın həkimi olmamış, xəstələri klinikada müayinə etməmiş, bu səbəblə onun adı sənədlərdə "göndərən həkim" kimi qeydiyyata alınmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadə verərək, bildirdi ki, Şahid3 çox qeyri-adekvat həkim idi. Şahid3 hər zaman xəstəni müşayiət edib, onun yanında gəzib onu həkimlərə aparırdı. Bu səbəbdən Şahid3 ilə xidməti müqavilə bağlanıb və kimsə müqavilə bağlamağa məcbur edilməmişdir. İstisna hallarda həmin həkim gətirdiyi xəstələrdən yaxma və analiz götürülməsində iştirak edib. Ultrasəs müayinəsini Səidə və Şəlalə adlı həkimlər aparırdılar. Şahid3 ancaq göndərən həkim kimi ödəniş edilmişdir. O, sadəcə həmin həkimə xidməti müqavilə bağlamağı təklif etmiş və o da qəbul etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X17 ifadə verərək, bildirdi ki, X6 qeydiyyatçı vəzifəsində işləyir. Xəstələri bütün həkimlər göndərir. Şahid3 həkim kimi tanıyır, ancaq Şahid3 onların işlədiyi klinikada işləmir, sadəcə klinikaya xəstə göndərib və bəzən də öz xəstələrinin yanında klinikaya gəlib. Həmin qeydiyyat vərəqəsində öz xəstəsindən yaxma götürdüyünə görə həkim Şahid3 adı müayinə həkimi kimi qeyd edilmişdir. Həkim Şahid3 X6 öz otağı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirdi ki, 2019cu ilin mart ayından Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ-nin Ailə Sağlamlıq Mərkəzində əmək müqaviləsi əsasında həkim mama-ginekoloq işləyir. Gəncə şəhər prokurorluğunda və X22 Xidmətində notarial qaydada ifadəsini verib. X15 fəaliyyətə başlayandan işləmək üçün müraciət etmişdir. Təxminən iki il müddətində əsas iş yerində iş saatları başa çatdıqdan sonra X10 ara-sıra xəstələrinə baxmaq üçün getmişdir. Ona əmək müqaviləsi bağlanmasına söz verilsə də onunla əmək müqaviləsi bağlanmamışdır. Klinikada öz otağı olmadığını, ara-sıra müraciət olunanda öz xəstələrinə, yəni hamilə qadınlara baxmaq üçün Klinikaya getmişdir. Klinika rəhbərliyi tərəfindən onunla əmək müqaviləsi bağlanmamış, xidməti müqavilə isə müqavilədə qeyd edilən tarixdə yox, sonradan bağlanmışdır. Bilsəydi ki, Klinikaya gedib xəstələrə baxmaq qanunsuzdur, o, Klinikaya heç vaxt getməzdi. Klinikada xəstələrə Samirə həkimin otağında baxmışdır. Onun xəstələri tərəfindən edilmiş ödənişlərdən ona da çatmışdır. Zümrüd X1 otaqda ginekoloji kresloda müayinə etmək istəmiş, amma onu müayinə edə bilməmişdir. Bundan sonra xəstəyə klinikada USM və laboratoriya müayinələrindən keçməsini bildirmişdir. İş materiallarında olan: - "X19" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Şahid1 Salman qızının "genital materialın mikroskopiyası" analiz nəticəsindən görünür ki, analiz nəticə sənədində müalicə həkimi bölməsində Şahid3 adı qeyd olunmuşdur. - "X19" MMC-nin elektron sistemindən çıxarışdan görünür ki, Şahid1 Salman qızının xx.xx.2024-cü il tarixli müayinə qeydiyyatında "həkimin diaqnosik qəbulu" bölməsinin qarşısına Şahid3 adı daxil edilmiş, qəbul üçün 25 manat ödəniş edilmiş, müayinə həkimi bölməsində Şahid3 adı qeydiyyata alınmış, sidiyin əkilməsi və genital materialın mikroskopiyası analizlərinə münasibətdə Şahid3 "göndərən həkim" kimi qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixli "Elekton Prokurorluq informasiya Sisteminə baxış aparılması haqqında" protokoldan görünür ki, Şahid3 və X3 iş yerinin və vəzifələrinin müəyyən edilməsi məqsədilə X4 Sisteminin “Əmək müqaviləsi məlumatları” bölməsinə baxış keçirilmiş, baxış zamanı Şahid3 məxsus 492Q4ED saylı fərdi indentifikasiya nömrəsi ilə edilmiş axtarış nəticəsində sonuncunun “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Ailə Sağlamlıq Mərkəzində həkim mama-ginekoloq vəzifəsində işləməsi, X5 məxsus 1CY4PY2 saylı fərdi indentifikasiya nömrəsi ilə edilmiş axtarış nəticəsində sonuncunun Şəxs MMC-də baş direktor vəzifəsində işləməsi müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli, "taxes.gov.az elektron saytına baxış keçirilməsi haqqında" protokoldan görünür ki, 141224 nömrəli Baxış aparılması haqqında protokoldan görünür ki, X7 dövlət qeydiyyatı barədə məlumat əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “taxes.gov.az” elektron saytına baxış keçirilmiş, baxış nəticəsində X7 hüquqi şəxs olmaqla, təşkilatihüquqi formasının məhdud məsuliyyətli cəmiyyət olması, 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınmaqla ********** saylı VÖEN əsasında fəaliyyət göstərməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyərək, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən Şəxs MMC həmin maddə ilə inzibаti məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilmişdir. Yəni hüquqi şəxs Şəxs MMC ilə Şahid3 arasında əmək qanunvericiliyinin tələbi baxımından bağlanmalı olan əmək müqaviləsi bağlanmamışdır. Bununla da Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini, işin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə hüquqi şəxs qismində təqsirli bilindiyi İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 114, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC (VÖEN: **********, ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 64) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-28/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-28/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver