Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2802/2025 15.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 25 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1245/2010 nömrəli xx.xx.2010cu il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il tarixli sahəsi 44,2 kv. M. Təşkil edən 49 saylı, xx.xx.2007-ci il tarixli sahəsi 34,2 kv. m. təşkil edən 12 saylı qeyri-yaşayış sahəsinə dair müqavilələrin ləğv edilməsi, "xxxx" MMC-dən tikintiyə görə ödənilən 100.000 AZN və ya 125.000 ABŞ dolları, 30.000 manat və 20 manat dövlət rüsumu tutularaq X8 ödənilməsi qət edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o, keçən məhkəmə iclasında tələbkarlarla razılıq əldə edilməsi üçün vaxt istəmiş, lakin bu müddət ərzində razılıq əldə olunmamışdır. Verdiyev Zaman adlı şəxslə o, Rusiyada yaşadığı üçün əlaqə saxlaya bilməmişdir. Zaman Verdiyevin təmsilçisinin maddi marağı olduğu üçün, məbləğin ödənilməsini ondan tələb etmişdir. Bu səbəbdən, onlar heç bir razılığa gələ bilməmişdirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. -İş materiallarına əlavə edilmiş 25 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. -İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2-1118/2011 nömrəli xx.xx.2011-ci il tarixdə verilən təkrar icra sənədinə əsasən tələbkar X9 ilə cavabdeh Gəncə-2500 MMC arasında bağlanmış 05 iyul 2008-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh Gəncə-2500 MMC-dən 4150 (dörd min yüz əlli) manat pul alınaraq X4 verilməsi qət edilmişdir. -Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2-1245/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədi icraata qəbul edilmişdir. -İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, icra vərəqəsinin könüllü icrası barədə Bildiriş borcluya göndərilmişdir. -Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 xx.xx.2011-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2- 1118/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədi icraata qəbul edilmişdir. -İş materiallarına əlavə edilmiş 2011-ci il tarixli bildirişdən görünür ki, icra vərəqəsinin könüllü icrası barədə Bildiriş borcluya göndərilmişdir. -İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2-1423/2022 nömrəli xx.xx.2022-ci il tarixdə verilən icra sənədinə əsasən iş üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-180/2022 saylı qətnaməsi – X1 müştərək qaydada 53768.78 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, iddiaçı X3 verilməsi hisəssində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması qət edilmişdir. -Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2- 1423/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi icraata qəbul edilmişdir. -İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, icra vərəqəsinin könüllü icrası barədə Bildiriş borcluya göndərilmişdir. -İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2-3247/2019 nömrəli xx.xx.2019-cu il tarixdə verilən icra sənədinə əsasən iş üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1634/2015 saylı qətnaməsi – X1 müştərək qaydada 58750 manat, 14687,50 manat məbləğində əldən çıxmış fayda, ümumilikdə 73437 manat 50 qəpik, və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, X6 ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manatın X1 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi hissəsində ləğv edilməsi qət edilmişdir. -Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2- 3247/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi icraata qəbul edilmişdir. -İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, icra vərəqəsinin könüllü icrası barədə Bildiriş borcluya göndərilmişdir. -İş materiallarına əlavə edilmiş Gəncə Kommersiya Məhkəməsinin 2-2-32/2020 nömrəli xx.xx.2020-ci il tarixdə verilən icra sənədinə əsasən ******* manat 89 qəpik məbləğində əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, cavabdeh, "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. -Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2- 32/2020-074 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi icraata qəbul edilmişdir. -İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, icra vərəqəsinin könüllü icrası barədə Bildiriş borcluya göndərilmişdir. -Gəncə şəhəri üzrə İcra İdarəsinin rəisi kiçik ədliyyə müşavirə X2 xx.xx.2023-cü il tarixli bir neçə icra sənədinin bir icraata birləşdirilməsi haqqında qərarından görünür ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2-1118/2011 saylı, xx.xx.2011-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2-3247/2019 nömrəli xx.xx.2019-cu il tarixli, Gəncə Kommersiya Məhkəməsinin 2-2-32/2020 nömrəli xx.xx.2020-ci il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2-1423/2022 nömrəli xx.xx.2022-ci il tarixli, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2-1245/2020 saylı, xx.xx.2010-cu il tarixli icra sənədləri bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs "xxxx" MMC-nin rəhbəri kimi vəzifəli şəxs kimi fəaliyyət göstərdiyindən və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və tələbkarın izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, razılığa gələ bilmədiyini bildirmişdir. Verdiyev Zaman adlı şəxslə Rusiyada yaşadığı üçün əlaqə saxlaya bilməmişdir. Zaman Verdiyevin təmsilçinin maddi marağı olduğu üçün, məbləğin ödənilməsini ondan tələb etdiyini bildirsədə, bu hal tələbkarın Şəxs istədiyi "xxxx" MMC-dən tikintiyə görə ödənilən 100.000 AZN və ya 125.000 ABŞ dolları, 30.000 manat və 20 manat dövlət rüsumunun ödənilməməsi üçün əsas hesab edilə bilməz. Şəxs hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən tələbkarın Şəxs istədiyi Gəncə-2003” MMC-dən tikintiyə görə ödənilən 100.000 AZN və ya 125.000 ABŞ dolları, 30.000 manat və 20 manat dövlət rüsumunun ödənilməsinə laqeydlik göstərmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs cəzasını yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-2802/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2802/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver