Məhkəmə qərarları › İş №3(125)-2805/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2805/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2805/2025 05.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlu, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin mütəxəssisi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat X2 idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat X2 idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin mütəxəssisi X3 ərizə təqdim edərək Şəxs barəsində tərtib edilmiş protokolun baxılması üçün inzibati xətanın törədildiyi yer üzrə Göygöl rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yer hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. 18 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Göygöl rayon Quşqara kəndi ərazisində aparılan yoxlama zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin tələblərinin pozulduğu, yəni tələb olunan fərqlənmə nişanını təqdim etmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin mütəxəssisi X1 vəsatəti təmin edilməli və hazırki inzibati xəta haqqında işin baxılması qaydalarına uyğun olaraq ərazi aidiyyəti qaydalarına uyğun olaraq Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat X2 idarəsindən daxil olmuş inzibati xətalar haqqında iş materialları aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci, 110.1-ci, 112.4-cü və və 114.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat X2 idarəsindən daxil olmuş inzibati xətalar haqqında iş materialları baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Hakim Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar