Məhkəmə qərarları › İş №3(125)-2811/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2811/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2811/2025 04.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, X5 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 10 iyul 2025-ci il tarixli EQ 29147827 nömrəli qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 İşlər Nazirliyinin Baş X8 İdarəsinin 10 iyul 2025-ci il tarixli EQ 29147827 nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DYP-nin xx.xx.2025-ci il tarixli EQ 29147827 qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci və 332.3-cü maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilmişdir. O, DYP-nin həmin qərarı ilə razı deyil, belə ki, həmin qərar ona görə çıxarılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Bakı-Ələt-Qazax_Gürcüstan yolunun 46-cı kilometrliyində surət həddini 10-20 km/saat həddində aşmışdır. Lakin o, İXM-nin 332.3-cü maddəsinin təsiri altına düşən şəxs kimi, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi məsuliyyətə cəlb edilmişdir. Buna səbəb Gəncə Şəhər Məhkəməsinin 3(125)-605/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə onun nəqliyyat vasitəsini idarə etmək hüququ əsassız olaraq məhdudlaşdırılmasıdır. Lakin onun həmin qərardan məlumatı olmamışdır. Bu barədə məlumat əldə etdikdən sonra o, Gəncə Şəhər Məhkəməsinin 3(125)-605/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından şikayət vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 23 iyul 2025-ci il tarixli 3(104)-391/2025 saylı qərarı ilə Gəncə Şəhər Məhkəməsinin 3(125)- 605/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş və onun əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Belə olan halda yolda surət həddini 10-20 km/saat həddində aşmağa görə 400 manat məbləğində cərimə edilməsi barədə qərar qanunsuzdur. Odur ki, sözügedən qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək onun hərəkətində inzibati xəta hadisəsi olmadığından qeyd olunan qərar ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Baş X8i İdarəsinin nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. İş materiallara əlavə edilmiş Gəncə Apellyasiya 23 iyul 2025-ci il tarixli, 3(104)- 391/2025 nömrəli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qərarından X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 17 fevral 2025-ci il tarixli 3(125)-605/2025 saylı qərarının ləğv edilməsi və X4 əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin olunmalı, Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin X4 barəsində qəbul etdiyi 10 iyul 2025-ci il tarixli EQ 29147827 nömrəli qərarı dəyişdirilməlidir. Belə ki, məhkəmə iclası zamanı məlum oldu ki, Gəncə Şəhər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 3(125)-605/2025 saylı qərarı ilə X5 İXM-nin 529.3-cü maddəsinə əsasən təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətnində məhdudlaşdırılmışdır. Həmin müddət ərzində X3 həddini pozduğuna görə məsuliyyətə cəlb edilərkən onun sürücülük hüququ məhdudlaşdırılmış şəxs olduğuna görə o hər iki maddə üzrə təqsirli bilinib, daha ağır tənbeh nəzərdə tutan Azərbaycan Respublikası İXMin 332.3-ci maddəsinə əsasən yəni nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilmişdir. Lakin, X1 hüququnun məhdudlaşdırıldığı Gəncə Şəhər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 3(125)-605/2025 saylı qərarı Gəncə Apellyasiya Məhkəməsinin 23 iyul 2025-ci il tarixli, 3(104)-391/2025 nömrəli qərarı ilə ləğv edilmişdir. Belə olan halda X1 hüququ məhdudlaşdırılmış şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Həmçinin, həmin qərarın ləğv edilməsi şəxsin sürət həddini aşaraq inzibati xəta törətməsini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 3cü bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən X4 barəsində qəbul edilmiş 10 iyul 2025-ci il tarixli EQ 29147827 nömrəli qərarı dəyişdirilsin. X5 Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar