Məhkəmə qərarları › İş №3(125)-2817/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2817/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2817/2025 25.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Samux rayonu, Əhmədbəyli kəndində doğulmuş, ailəli, ortaixtisas təhsilli, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin tabeliyində olan Z.Məmmədov adına xəstəxananın təcili yardım şöbəsində tibb bacısı vəzifəsində işləyən, Samux rayonu, Əhmədbəyli qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 25 iyul 2025-ci il tarixli inzibati xətaya dair icraat başlamaq haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Qərarda qeyd edilir ki, fiziki şəxs - “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ tabeliyindəki Z.Məmmədov adına xəstəxananın X12 şöbəsinin tibb bacısı Şəxs Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində nəzərdə tutulan öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəsin xəbəri olmadan və ya etirazına baxılmadan izlənilməsinə yol verilməməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməməsi tələblərini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş Həkimlərin etik davranış qaydalarının 27-ci bəndində nəzərdə tutulan (bu Qaydaların tələbləri eyni zamanda orta tibb işçilərinə də şamil olunur) vətəndaşın tibbi yardım üçün müraciət edilməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiyadan ibarət həkim sirrinin, vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması tələbini, eləcə də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3.9-cu maddəsində nəzərdə tutulan şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yayılmaması tələbini pozaraq, xx.xx.2025-ci il tarixdə həmin xəstəxananın Təxirəsalınmaz və X12 şöbəsinə aldığı bədən xəsarətləri ilə aqonal vəziyyətdə daxil olan X3 tibbi yardım göstərilən video görüntünün həmin şöbənin tibb bacısı X4 tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınaraq şöbənin əməkdaşlarının istifadə etdiyi “Whatsapp” platformasında yaradılan “Ziqonun qızları və oğlu” adlı qrupda yayılmasından sonra həmin görüntünü müxtəlif sosial şəbəkələrdə yayılmasına səbəb olmuş, nəticədə “İnstagram” sosial şəbəkəsində “Hamamtimes” səhifəsində yayılmış, bununla da informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi kimi internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmaqla, yəni informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar Şəxs izahatı, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-dən Baş Prokurorluğa daxil olmuş xx.xx.2025-ci il tarixli 18-1/2-Z-31-16413/2025 nömrəli məktub və ona əlavə edilmiş sənədlər, videogörüntü və həmin görüntünün sosial şəbəkələrdə yayılmasını əks etdirən çıxarışlarla təsdiq edilmişdir. Şəxs izahatında göstərmişdir ki, iş yoldaşı Sevinc Quliyeva xx.xx.2025-ci il tarixdə növbədə olduğu zaman saat 00:05-də xəstəxananın X12 şöbəsinə X6 aqonal vəziyyətdə daxil olmuşdur. Həmin vaxt xəstə qəbul edilərək mümkün olan laborator və instrumental müayinələr aparılmışdır. Tibbi yardım davam edən zaman Sevinc Quliyeva tərəfindən xəstənin video görüntüsü qeydə alınaraq X12 şöbəsinin əməkdaşlarının toplandığı “Ziqonun qızları və oğlu” adlı “Whatsapp” qrupunda paylaşılmışdır. Növbəti günlərdə işdə olan zaman isə iş yoldaşınlardan kiməsə Elgün İbrahimovun deyilənə görə döyülməsi barədə'məlumat vermiş ola bilər, lakin dəqiq xatırlamır. Qrupda paylaşılmış video görüntünü isə heç kimə göndərməmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞdən Baş Prokurorluğa daxil olmuş xx.xx.2025-ci il tarixli 18-1/2-Z-31-16413/2025 nömrəli məktubda qeyd olunanlara əsasən, X6 xx.xx.2025-ci il tarixdə saat 00:05-də ixtisaslı tibbi yardımın göstərilməsi üçün “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ tabeliyindəki Z.Məmmədov adına xəstəxananın Təcili yardım şöbəsinə daxil olmuş, zəruri olan ilkin tibbi müayinə və müalicə tədbirləri həyata keçirilən zaman X4 tərəfindən onun video görüntüsü qeydə alınaraq paylaşılmışdır. Beləliklə, fiziki şəxs - Şəxs (FİN:xxxxxxx) barəsində İXM-in 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi X7 izahatında qərarda göstərilənlərlə eyni məzmunlu izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin tabeliyində olan Z.Məmmədov adına xəstəxananın təcili yardım şöbəsində tibb bacısı vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə xəstə X1 yaralı vəziyyətdə görüntüsü X12 əməkdaşlarının toplandığı “Ziqonun qızları və oğlu" adlı “Whatsapp” qrupunda paylaşılmışdır. O, videoya baxıb iş yoldaşları ilə müzakirə etmiş, lakin heç kimlə paylaşmamışdır. İş materiallarına əlavə edilmiş “İnstagram” sosial şəbəkəsindəki “Hamamtimes" səhifəsində paylaşımdan məlum olur ki, E.İbrahimovun videosu şəbəkədə yayılmış və video-görüntü ictimailəşmişdir. İş materiallarına əlavə edilmiş video-diskə baxış zamanı aydın olur ki, xəstə E.İbrahimov əməliyyat masasında uzanmış və ona tibbi müdaxilə olunur. Ətrafında tibb bacıları görüntüdə əks olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən, informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə görə internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunu”nun 13-2.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Həmin qanunun 13-2.3-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; dövlət sirri təşkil edən məlumatlar; odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar; pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar; “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla); təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar; Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Məhkəmə inzibati xəta haqqında material; nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də o, İXM-in 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar