Məhkəmə qərarları › İş №3(125)-282/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-282/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-282/2023 03.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, 26 may 1979-cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəmərli küçəsi ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə X3 döyərək fiziki ağrı yetirmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 03 fevral 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə X3 döyərək fiziki ağrı yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 03 fevral 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, hadisə baş verdiyi gün onların yaşadığı küçəyə qaz xətti çəkilməsi işləri gedirdi. Zərərçəkmiş şəxs Cəmalə onun qonşusudur. Son zamanlar aralarında münasibət yaxşı olmamışdır. Həmin gün Cəmalə tərəfindən qaz çəkilməsini həyata keçirən şəxslərə əsassız irad tutularaq onların işinə maneə törədildiyindən qaz idarəsinin işçiləri küçəni tərk edərək getmişlər. Bu isə Aynurənin özü daxil olmaqla küçədə yaşayan digər şəxslərin narazılığına səbəb olmuşdur. Bununla bağlı Cəmalə ilə onun arasında sözlü mübahisə olmuşdur. Cəmaləyə hər hansı bir fiziki güc tətbiq etməmişdir. Özünü təqsirli bilmədiyindən iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, o, hadisə barəsində Aynurənin verdiyi ifadə həqiqətə uyğun deyil. Onların arasında sözlü mübahisə yarandıqdan sonra Aynurə onun baş və üz nahiyyəsindən şillə ilə vurmuşdur. Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərardan görünür ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 15 dekabr 2022-ci il tarixli 2202 nömrəli Rəyindən aydın olur ki, vətəndaş X1 bədənində xəsarət müəyyən edilməmişdir. Beləliklə, iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək məhkəmə müəyyən etmişdir ki, Şəxs X3 döyərək ona fiziki ağrı yetirməsi nə işdə olan ekspert rəyi ilə, nə də Şəxs özünün ifadəsi ilə təsdiq edilməmişdir. Bu inzibati xətanın törədilməsi yalnız zərərçəkmiş şəxsin məhkəmə iclasındakı ifadəsi ilə öz əksini tapmışdır. Bu halda məhkəmə yaranmış şübhənin barəsində icraat aparılan şəxsin xeyirə həll edilməsini və iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar