Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2858/2025 08.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 və Daşkəsən rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsi X3 ştirakı ilə, Daşkəsən rayon Polis Şöbəsinin 23 iyun 2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 onun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 manat inzibati cərimə olunması barədə 23 iyun 2025-ci il tarixli, ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini, onunla yanaşı “VAZ- 2106” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün də inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, **-SG-*** dövlət qeydiyyat nişanlı “BMW X-5” minik markalı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 07:30 radələrində Daşkəsən rayonundan Gəncə şəhəri istiqamətində hərəkət edərkən Gəncə-Daşkəsən yolunun 33-cü km-də hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən VAZ-21O6 markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə barədə Daşkəsən rayon Polis Şöbəsində araşdırıma aparılmış və polis kapitanı X4 tərəfindən barəsində TP7329057 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar əsasında o, İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. O, həmin qərara etiraz edir və əsassız və qanunsuz hesab edir. Belə ki, o, özünü İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilir və buna etiraz etmir. Lakin qərara etirazı ondan ibarətdir ki, уol nəqliyyat hadisəsinin törədilməsində onunla yanaşı əks nəqliyyat vasitəsini idarə edən şəxs də təqsirlidir və o, da yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, qarşıdan gələn həmin nəqliyyat vasitəsi də öz hərəkət zolağından çıxaraq onun hərəkət zolağına girmiş və yol hərəkəti qaydalarını pozmuşdur. Sonunucu onun hərəkət zolağına çıxdıqdan sonra onun hərəkətini görmüş, qəzadan qaçmaq üçün öz hərəkət zolağına keçməyə çalışmış, lakin qəzadan qaça bilməmişdir. Qəza onun hərəkət zolağının yanında, yəni hərəkət zolaqlarını ayıran orta xəttə baş vermişdir. Yəni əgər qarşıdan gələn nəqliyyat vasitəsi öz hərəkət zolağında hərəkət etsəydi bu qəza baş verməyəcəkdi. “VAZ-2106” markalı nəqliyyat vasitəsinin sahibi qəza baş verdikdən dərhal sonra onun da şok vəziyyətindən istifadə edərək avtomobilin qanunsuz olaraq qəza yerindən kənara çəkmiş və bu da hadisənin araşdıran polis əməkdaşında yanlış təsəvvür yaranmasına səbəb olmuşdur. Sürücü həmçinin hadisə yerində özünün də çəkdiyi foto-şəkilləri polis əməkdaşından gizlətmişdir. Onun nəqliyyat vasitəsinin hadisə yerində çəkilmiş fotosu və əks nəqliyyat vasitəsinin qəzal fotosu da sübut edir ki, “VAZ-2106” markalı nəqliyyat vasitəsi də yol hərəkət qavdalarınını pozmuş və hadisənin baş verməsində onun da təqsiri olmuşdur. Digər sürücü də onunla yanaşı İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddə ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etməli idi. O, bu barədə işi araşdıran polis kapitanı Nemət Yolçuyevə dəfələrlə bildirsə də onun qanuni tələblərinə əhəmiyyət verilməmişdir. Göründüyü kimi, qeyd olunan qərarla onun hüquqları pozulmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X5 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, inzibati xətanı törətdiyini etiraf etmiş, lakin digər sürücünün inzibati tənbehdən kənar qaldığını, onun da inzibati xəta törətməsinə baxmayaraq inzibati məsuliyyətə cəlb edilmədiyini bildirmişdir. Sonda o, məhkəmədən digər sürücününü də inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Daşkəsən rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsi X8 bildirdi ki, şikayət əsassızdır, qərar qanuni şəkildə qəbul olunmuşdur, bu səbəbdəndə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə qərardan şikayət vermiş şəxs X2 və Daşkəsən rayon Polis Şöbəsinin YPŞnin DYPB-nin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, 23 iyun 2025-ci il tarixli, ******* saylı inzibati qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 23 iyun 2025-ci il tarixli, TP7329057 saylı inzibati tənbeh vermə haqqında haqqında qərarın surətindən görünür ki, X5 İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və o 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X1 şəhadətnaməsinin surətindən görünür ki, **-SG-*** dövlət qeydiyyat nişanlı “BMW X-5” minik markalı avtomobil X2 mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt ilk növbədə barəsində icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi etirafedici izahatı və qəbul edilmiş qərarla öz təsdiqini tapmışdır. Belə ki, Z.Əliyev şikayətini onunla əsaslandırmışdır ki, o, törətdiyi inzibati xətanı etiraf edir, lakin digər avtomobilin sürücüsünün inzibati məsuliyyətə cəlb edilməməsinə görə onun barəsində qəbul edilmiş qərardan narazıdır. Şikayətin dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, şikayətçinin şikayət ərizəsi onun özünə münasibətdə mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilmişdir. Lakin, şikayətçinin mübahisələndirdiyi məsələ özünün inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı deyil, hadisə ilə bağlı digər sürücünün əməlinə hüquqi qiymət verilməsi ilə bağlıdır. Həmin şəxsin barəsində inzibati xətalara dair işlərə baxılması və tənbeh tətbiq edilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Buna görə də məhkəmə yalnız şikayətçi tərəfindən həmin inzibati xətanın törədilməsini və ya törədilməməsini müəyyən etməklə kifayətlənməli, digər şəxs tərəfindən inzibati xətanın törədilməsinin müəyyən edilməsi və həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi isə məhkəmənin yox, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olduğundan həmin orqan tərəfindən müvafiq araşdırma aparılmalıdır. Məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, şikayətçinin irəli sürdüyü şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məhkəmənin səlahiyyətində olmadığından şikayət ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Daşkəsən rayon Polis Şöbəsinin 23 iyun 2025-ci il tarixli, TP7329057 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-2858/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2858/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver