Məhkəmə qərarları › İş №3(125)-2859/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2859/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2859/2025 25.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, inzibati tənbehvermə haqqında qərardan şikayət vermiş şəxs X3 və protokolu tərtib etmiş şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X2 iştirakı ilə, X3 Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X2 29 may 2025-ci il tarixli MN ******* saylı, 05 iyun 2025-ci il tarixli, MN ******* saylı,19 iyun 2025-ci il tarixli, MN ******* saylı,24 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə qərarlarından şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X7 29 may 2025-ci il tarixli MN ******* saylı, 05 iyun 2025-ci il tarixli, MN ******* saylı, 19 iyun 2025-ci il tarixli, MN ******* saylı, 24 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə qərarlarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, bir gün icra hakimiyyətindən bir nəfər gəlib ondan şəxsiyyət vəsiqəsini istəmiş və vəsiqəsinin şəklini çəkmişdir. Ona bildirilmişdir ki, çöldə olan soyuducunu götürsün. O da bu barədə köşkün sahibinə məlumat vermişdir Obyektin sahibi soyuducunu götürməmişdir. O, artıq həmin köşkdə işləmir. Bu yaxınlarda ona poçtdan zəng vurub ünvanına məktub gəldiyini bildirmişlər. O da gedib həmin məktubları götürmüş və həmin köşkün qarşısında qoyulmuş soyuducuya görə ona dörd dəfə cərimə yazıldığını öyrənmişdir. O, bu barədə köşkün sahibinə məlumat vermiş, o isə məhkəməyə müraciət etməyini və heç nə edə bilməyəcəyini bildimişdir. O, köşkün sahibi olmasa da ona cərimə tətbiq olunmuşdur. Axı həmin soyuducunu köşkün sahibi qoymuşdur. O, inzibati xəta haqqında verilən qərara görə ona tətbiq edilmiş cəriməni əsassız hesab edir. Odur ki, məhkəməyə müraciət edib həmin cərimənin silinməsini xahiş etmək məcburiyyətindədir. Barəsində olan bu inzibati qərarları əsassız hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 şikayət ərizəsində göstərilənlərə eyni məzmunlu izahat verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X4 izahatında bildirdi ki, köşkün yanındakı soyuducunun götürülməsi barədə dəfələrlə xəbərdarlıq etsələr də E.Əsədov buna məhəl qoymamışdır. Ona bu barədə irad bildirərkən soyuducunu götürməyəcəyini, Mənzil-Kommunal İdarəsinin buna razılıq verdiyini bildirmişdir. Məhkəmə şikayəti, proses iştirakçılarının və şahidin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Sosialiqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X2 29 may 2025ci il tarixli MN ******* saylı, 05 iyun 2025-ci il tarixli, MN ******* saylı,19 iyun 2025-ci il tarixli, MN ******* saylı,24 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə qərarından görünür ki, o, Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində hər qərar üzrə 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə bağlı X3 barəsində qərar qəbul edilmişdir. Şikayət verən şəxs bildirir ki, onun yalnız şəxsiyyət vəsiqəsinin surəti çəkilmiş, protokol tərtib edilən zaman onun iştirakı olmamış, izahatı alınmamış və barəsində qərar qəbul edilmişdir. Həmin tarixdə inzibati xəta haqqında işə baxılması ilə əlaqədar E.Əsədova məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Göründüyü kimi X3 barəsində səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işə baxılarkən işə baxılmanın vaxtı və yeri barədə ona lazımi qaydada məlumat verilməmiş, eləcə də onun öz sübutlarını təqdim etməsi, barəsində aparılan icraat çərçivəsində izahat vermək hüquqları təmin edilməmişdir. Bu isə işə baxılarkən işin bütün hallarının araşdırılmadığını göstərir. Buna görə də həmin icraat çərçivəsində qəbul edilmiş qərarlar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X4 tərəfindən qəbul edilmiş 29 may 2025-ci il tarixli MN ******* saylı, 05 iyun 2025-ci il tarixli, MN ******* saylı,19 iyun 2025-ci il tarixli, MN ******* saylı və 24 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar