Məhkəmə qərarları › İş №3(125)-2864/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2864/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2864/2025 15.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29424908 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29424908 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (yüz) manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ayətini onunla əsaslandırmışdır ki, 22 iyul 2025-ci il tarixində Gəncə şəhəri Fərhad Əliyev küçəsində idarə etdiyi nəqliyyat vasitəsi ilə sola dönmə manevri etdiyi üçün yolun üfıqi nişanlanma xətti 1.3-ün tələbini pozmaq ittihamı ilə ona inzibati cərimə tətbiq edilmişdir. Bu barədə Baş X5 İdarəsinin müvafiq elektron qərarı (EQ********) tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsinə əsasən 90 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Sözügedən qayda pozuntusu avtomatik rejimli xüsusi texniki vasitə (yəni yol-nəqliyyat kameraları) vasitəsilə qeydə alınmışdır. Sola dönmə etdiyi yolayrıcında yalnız üfiqi nişanlanma xətti 1.3 mövcud idi; "sola dönmək qadağandır" (3.18.2) və ya "sağa dönmə” məcburi istiqamət (4.1.2) yol nişanları quraşdırılmamışdır. Əvvəllər bu yerdə sola dönmək mümkün idi və yeni dəyişiklik barədə sürücülərə qabaqcadan xəbərdarlıq edilməmişdir. Əlavə olaraq, onun sola dönmə manevri heç bir yol hərəkəti iştirakçısı üçün təhlükə yaratmamışdır. Manevr etdiyi anda qarşıdan gələn nəqliyyat vasitələri və piyadalar yox idi, qəza riski və ya hərəkət təhlükəsizliyinə zərər törədən vəziyyət yaranmamışdır. Bu səbəbdən də inzibati məsuliyyətin tətbiqi üçün əsas olan ictimai təhlükəlilik elementi də mövcud deyil. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli EQ 29424908 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X3 izahatında ərizəni müdafiə edərək bildirmişdir ki, o, heç bir pozuntu törətməmişdir. O, sola dönmə etdiyi yolayrıcında yalnız üfiqi nişanlanma xətti 1.3 mövcud idi; "sola dönmək qadağandır" (3.18.2) və ya "sağa dönmə” məcburi istiqamət (4.1.2) yol nişanları quraşdırılmamışdır. Əvvəllər bu yerdə sola dönmək mümkün idi və yeni dəyişiklik barədə sürücülərə qabaqcadan xəbərdarlıq edilməmişdir. Əlavə olaraq, onun sola dönmə manevri heç bir yol hərəkəti iştirakçısı üçün təhlükə yaratmamışdır. Manevr etdiyi anda qarşıdan gələn nəqliyyat vasitələri və piyadalar yox idi, qəza riski və ya hərəkət təhlükəsizliyinə zərər törədən vəziyyət yaranmamışdır.Ona görə də xx.xx.2025-ci il tarixli EQ 29424908 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, artıq yol ayrıcına girərkən qoşa xətti görmüşdür. Bu səbəbdən də artıq gec olduğu üçün xətti tapdalayaraq sola dönmə manevri etmişdir. O, bildirir ki, onun hərəkətində pozuntu olsa da, o, yolun girəcəyində heç bir nişan quraşdırmayan yol polisinin də əməlində pozuntu vardır. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş -xx.xx.2025-ci il tarixli EQ 29424908 nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə, yəni yolayrıcını keçmə qaydalarının pozulmasına görə, onun barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, Chevrolet Cruze minik markalı ** DN *** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X3 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş video diskə baxış zamanı müəyyən edilmişdir ki, X3 yol ayrıcından əsas yola daxil olur, daha sonra qoşa xətt tələbinə məhəl qoymayaraq sola dönmə hərəkəti edir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə iclasında həm X1 dönmə ilə bağlı öz etirafı, həm də videodiskə baxış keçirilən zaman təqdim olunan görüntüdən şikayətçinin pozuntu törətdiyi aşkar görünür. Onun gətirdiyi dəlilləri isə məhkəmə şəxsin məsuliyyətdən yayınması üçün gətirdiyi dəlillər hesab edir. İş materiallarında olan video görüntüdən görünür ki, Chevrolet Cruz minik markalı ** DN *** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X3 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X2 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29424908 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29424908 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar