Məhkəmə qərarları › İş №3(125)-2865/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2865/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2865/2025 31.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri Gülüstan qəsəbəsi yeni tikililərdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN1688671 protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs qayınanası X1 tutaraq yerə yıxmışdır. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 Natiq Raqif oğlu barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, zərərçəkmiş şəxs X7 onun qayınanasıdır. O, övladını görmək üçün qayınanasının evinə getmiş, lakin sonuncu övladını görməyə icazə verməmişdir. xx.xx.2025-ci il tarixdə saat 01:00 radlərində o övladını görmək məqsədilə getmiş, o evə daxil olarkən sonuncu övladını görməyə icazə verməmişdir. Bu zaman qayınanası onun sinə nahiyəsindən tutaraq yerə yıxmış, o da zərərçəkmişin boğaz nahiyəsindən tutmuş, lakin sonradan boğulacağını gördüyündən tez boğazını buraxmışdır. O, törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirmişdir ki, Şəxs Rafiq oğlu onun kürəkənidir. Dəfələrlə qızı ilə Natiqin mübahisələri olmuş, bu səbəbdən də qızını öz evinə gətirmişdir. Natiq uşaqlarını və qızı Rəqsanəni evinə aparmaq istəyəndə ona hücum çəkərək sağ əli ilə onun baş nahiyyəsinə yumuq zərbəsi endirmiş, sonra sinə nahiyəsini cıraraq onu yerə yıxmışdır. Buna görə də onun onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 04 iyun 2025-ci il tarixli, 545 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsinin rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ körpücük və boyun nahiyələrinin sıyrıqları, sağ bazu nahiyəsinin qançırı-bərk, küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 23 iyun 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs Rafiq oğlunun əməlində heç bir cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin, özünün etirafedici ifadələri və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Şəxs Rafiq oğlu zərərçəkmiş şəxsi yumruq zərbəsi ilə vuraraq döydüyünü öz ifadəsində etiraf etmişdir. Buna görə də həmin inzibati xətanın onun tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlini etiraf edərək peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Şəxsnın ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxsnın qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Orxan Dəmirli İş № 3 - (125)- 2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL 31 iyul 2025-ci il Gəncə şəhəri Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Gəncə şəhər BPİ-nin 1ci PŞ-nin TB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim Dəmirli Orxan 3(125)- 2865/ 2025 İnzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında QƏRARDAD 31 iyul 2025-ci il Gəncə şəhəri Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 tərəfindən protokol tərtib edilərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə material Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati xəta haqqında iş Gəncə Şəhər Məhkəməsinə aiddir. İşin baxılmasını istisna edən hallar, İXM-in 53-cü maddəsində nəzərdə tutuluş hallar mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: 1) İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin. 2) İşə daxil olduğu gün baxılsın. 3) İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının məhkəmə baxışında iştirak etmələri təmin edilsin. 4) İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Gəncə Şəhəri Məhkəməsinin hakimi Dəmirli Orxan AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ _____________________________________________________________________ Gəncə şəhəri, Vəli Xuluflu küçəsi 11 Tel: (022) 265-02-55 № 3(043) –451/ 2021 30 iyun 2021-ci il Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə X10 Gəncə şəhəri, Keçid küçəsi, ev 22, mənzil 2 Şəxs Gədəbəy rayonu, Maarif kəndi İnzibati xəta haqqında iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(043) -451/2021 saylı qərarı məlumat üçün sizə göndərilir. Qoşma: Qərarın surəti “ ” vərəq. Hakim Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar