Məhkəmə qərarları › İş №3(125)-2867/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2867/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2867/2025 31.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd оğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Nəqliyyatda Baş Polis İdarəsinin HNPİ-nin X18 X19 İTB-nin-in baş inspektoru, polis polkovnik-leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X10 iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Gədbəy rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə Rusiya Federasiyası Moskva şəhərində yaşayan Şəxs barəsində Nəqliyyatda Baş Polis İdarəsinin HNPİ-nin X18 X14 daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş ******* nömrəli protokol üzrə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin HNPİ X18 X20 tərtib olunmuş material baxılması üçün 31 iyul 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin HNPİ X18 X19 İTB-nin-in baş inspektoru, polis polkovnik-leytenantı X5 tərəfindən tərtib olunmuş 31 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022ci il tarixdə, saat 16:00 radələrində X15 limanında sərxoş vəziyyətdə ucadan söyüş söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında X18 X19 İTB-nin-in baş inspektoru, polis polkovnik-leytenantı X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə X15 limanında uca səslə nalayiq ifadələr işlədərək hava limanının iş rejimini pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra Şəxs polis bölməsində olarkən qərəzli hərəkətlərinə davam etmiş, eyni zamanda yumruqla və baş zərbələri ilə növbətçi hissənin şüşəsini sındırmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsinə qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Moskvaya gedərkən yanında bal aparmış, bal şüşə bankada yox plastik qabda olmuş, hava limanı əməkdaşları bu vəziyyətdə balı aparmağa icazə vermədikdə, o əsəbləşmişdir. Bundan sonra polis əməkdaşları ona yaxınlaşmış, onu zorla polis bölməsinə aparmışlar. Orda ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmişdir. Polis əməkdaşları onu itələyən zaman qolu növbətçi hissənin şüşəsinə dəymiş və şüşə sınmışdır. Hadisədən əvvəl-hava limanına daxil olmamışdan öncə sipirtli içki ( piyvə) qəbul etmişdir. Hazırda özünü təqsirli hesab etmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi X13 Şəxsın törətdiyi inzibati xətanı etiraf etmədiyini, inzibati xəta üzrə üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X15 limanının polis əməkdaşı X6 şahid qismində izahat verərək bildirdi ki, manqa komandiri ona və polis əməkdaşı X7 hava limanında sərxoş şəxsin olduğunu bildirmiş, onlar dərhal yaxınlaşıb sərxoş şəxs Şəxs buranın ictimai yer olduğunu, ictimai asayişə riayət etməyə borclu olduğunu demişlər, lakin o polis əməkdaşlarını dinləmiyərək söyüş söymüş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında digər şahid X1 Azad Ağamməd oğlunun dediklərini təsdiqləmişdir. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, 31 iyul 2025-ci il tarixdə Şəxs sərxoşluq müayinəsinin nəticəsində orta dərəcə alkoqol sərxoşluğu aşkar edilmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və şahidlərin izahatları ilə tam sübuta yetirilir. Şəxs heç bir əsas olmadan ictimai qaydanı pozaraq ictimai yer olan hava limanında uca səslə səs-küy salaraq, polisin iş rejimini kobud şəkildə pozmuş, onu nizam-intizama dəvət edə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmiş, inzibati xətanın sərxoş vəziyyətdə törədilməsi məsliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs tutulduğu 31 iyul 2025-ci il tаrixdən, sааt 16:00-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar