Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2869/2025 11.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X4, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Məhkəmə inzibati xəta haqqında protokolu, X2 tərəfindən Bakı şəhər DYPİ-nin onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli İnzibati protokolu əsasında qəbul etdiyi xx.xx.2025 -ci il tarixli TP ******* saylı İnzibati xəta haqqında qərarını ləğv edilməsi barədə şikayətini və ona əlavə edilən digər sənədləri araşdıraraq hesab edir ki, aidiyyət qaydaları pozulduğu üçün həmin protokol baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 ərizə ilə məhkəməyə müraciət edərək, bildirdi ki, o, hazırda Göygöl şəhəri, Hummel küçəsi, ev 34, mənzil 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Buna görə də inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməsini xahiş etdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə edilmiş sorğudan və “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, X1 qeydiyyat ünvanı ünvan 1n 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında qərardan şikayətə dair işin baxılmağa hazırlanması zamanı həll edilməli məsələni nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Bakı Şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110, 118ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-2869/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2869/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver